Məhkəmə qərarları › İş №3(004)-3732/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3732/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3732/2024 15.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru X4, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 2001-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X7 tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 09 iyun 2024-cü il tarixdə Ə.Əhmədov 24B ünvanında komendant otağının şüşəsini sındırmışdır. Nəticədə Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin sahə inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Şəxs məhkəməyə verdiyi izahatında özünü qismən təqsirli bilmişdir. Zərərçəkmiş şəxs X3 bildirmişdir ki, Şəxs ünvan 2 ünvanında işlədiyi binanın komendant otağının qapısının şüşəsini və taxta masanı sındırmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, komendant otağı "xxxx" MTK-nın mülkiyyətindədir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyil. Ona görə də protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. İş materiallarından görünür ki, sahə inspektoru inzibati iş üzrə icraatı natamam şəkildə apararaq işi məhkəməyə təqdim etmişdir. PB-də aparılan inzibati icraat zamanı sahə inspektoru iş üzrə huquqi şəxsin nümayəndəsini dəvət edərək izahatını almamış və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olub-olmamasını, onunla barışıb-barışmamasını, həmçinin dəymiş zərərin aradan qaldırılıb-qaldırılmamasını müəyyən etməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göründüyü kimi yuxarıda qeyd edilən hallar araşdırılmadan şəxs barəsində inzibati icraat başlanmışdır. Bundan əlavə işin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmamışdır. Belə ki, həmin protokol 29-cu PŞ-nin təhqiqatçısı Fuad İsgəndərovun qərarı əsasında tərtib edilmişdir. Lakin iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29-cu PŞ-nin təhqiqatçısı Fuad İsgəndərovun 21 iyun 2024-cü il tarixli qərarına əsasən X1 29-cu PŞ-nə ərizə ilə müraciəti araşdırılmış, araşdırma zamanı yalnız X1 izahatı alınmışdır. İş materialları və ona əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 iyun 2024-cü il tarixli qərar məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, həm cinayət prosesini həyata keçirən orqana daxil olmuş cinayət xarakterli məlumat üzrə aparılan təhqiqat araşdırması zamanı, həm də inzibati xətalar haqqında iş üzrə icraat zamanı əmlaka zərər yetirilməsi faktı bağlı ərizə vermiş şəxslərə baş vermiş hadisə nəticəsində mənəvi, fiziki və ya maddi zərər vurulub-vurulmaması, iş üzrə zərər çəkmiş şəxs qismində onların müraciət etmək üçün subyektiv hüquqlarının olub-olmaması nə Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Fuad İsgəndərov, nə də inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli vəzifəli şəxs olan həmin bölmənin polis sahə inspektoru X7 tərəfindən yoxlanılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, törədilmiş inzibati xəta nəticəsində X2 hər hansı bir mənəvi, fiziki və maddi zərər yetirilməmiş və onun iş üzrə zərər çəkmiş şəxs qismində tanınması üçün subyektiv hüququ mövcud olmamışdır. Beləliklə, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs tərəfindən, o cümlədən faktla bağlı ilkin araşdırma aparmış təhqiqatçı tərəfindən iş üzrə həqiqi zərərçəkmiş şəxs müəyyənləşdirilməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Bundan başqa məhkəməyə baxılması üçün təqdim edilmiş 15 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxs haqqında məlumatlar və törədilməsi ehtimal olunan inzibati xəta nəticəsində yetirilmiş maddi zərər barədə qeydlər göstərilməmiş, hansı obyektə zərər yetirilməsi və onun dəyəri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyənləşdirilməmiş, yəni onların dəyərinin müəyyən edilməsi ilə bağlı mütəxəssis və ya ekspert rəyi alınaraq iş materiallarına əlavə edilməmişdir. Odur ki, protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən yol verilmiş yuxarıda sadalanan nöqsanlar, eyni zamanda protokolun düzgün tərtib edilməməsi və ona əlavə edilmiş materialdakı natamamlıqlarla əlaqədar olaraq məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmamışdır. İşə məhkəmədə baxılarkən isə qeyd olunan nöqsanlar və natamamlıqların aradan qaldırılması mümkün deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 62-ci maddəsinə görə inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. İnzibati xəta haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır və həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə görə olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, 106.1.9-cu maddəsinə görə isə inzibati xətanın törədilməsi nəticəsində maddi zərər yetirilmişdirsə bu barədə qeydlər səlahiyyətli orqan tərəfindən tərtib edilən inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar düzgün tərtib edilmədikdə, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Məhkəmə həmçinin hesab edir ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçıları Fuad İsgəndərov tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların qanuniliyinin yoxlanılması, o cümlədən inzibati xətalar haqqında iş üzrə icraat zamanı yol verilmiş qanun pozuntularının vaxtında aradan qaldırılmasına nəzarətin təmin edilməsi məqsədilə məhkəmə tərəfindən qəbul edilmiş qərardadın surəti Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi, eyni zamanda Azərbaycan Respublikası İXM-nin 54-cü maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraat zamanı qanunların tətbiqinə və icrasına nəzarəti həyata keçirən Yasamal rayon prokuroruna məlumat üçün göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 100, 106-118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş 15 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə geri qaytarılsın. Qəbul edilmiş qərardadın surəti məlumat üçün Yasamal rayon prokuroruna göndərilsin. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar