Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-374/2021 22.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxsin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-6150/2018 saylı icra sənədi üzrə 5393.66 manat “xxxx” ASC-yə və xx xxxxxxx 2020-ci il tarixli 2(004)-2812/2020 saylı icra sənədi üzrə 6000 manat X7 ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-6150/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 5393.66 (beş min üç yüz doxsan üç manat altmış altı qəpik) manat “xxxx” ASC-yə ödənilməlidir. Bundan əlavə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-2812/2020 saylı icra sənədi üzrə 6000 manat X7 ödənilməlidir. İcra sənədləri üzrə icraata müvafiq olaraq xx xxxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli qərarlarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, məhkəmə qətnamələrinə hörmətlə yanaşır hal-hazırda maddi imkanının omaması səbəbilə borcunu ödəyə bilmir. Göstərilən hallar nəzərə alınaraq həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X8 bildirmişdir ki, 6000 manat borcdan cəmi 500 manat ödəniş edilmişdir. Hal-hazırda Şəxs 5500 manat borcu qalmışdır. Şəxs barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-6150/2018 saylı icra sənədinə əsasən xx xxxx 2016-cı il tarixli AL-1565 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilmişdir. Cavabdeh Şəxs xx xxxx 2016-cı il tarixli AL-1565 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 1794.56 (bir min yeddi yüz doxsan dörd manat əlli altı qəpik) manat əsas, 1002.10 (bir min ikimanat on qəpik) manat mükafat və 80 (səksən) manat dəbbə pulu, 2487 (iki min dörd yüz səksən yeddi) manat dəymiş zərər, ümumilikdə 5363.66 (beş min üç yüz altmış üç manat altmış altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə xx xxxxxx 2018-ci il tarixli 2(004)-6150/2018 saylı icra sənədinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-2812/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 6000 (altı min) manat məbləğində borc pul tutularaq, iddiaçı X5 xeyrinə ödənilməlidir. Cavabdeh Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə xx xxxxxxx 2020-ci il tarixli 2(004)-2812/2020 saylı icra sənədinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)- 6150/2018 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Bundan əlavə xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-2812/2020 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədlərinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-6150/2018 saylı icra sənədi üzrə 5393.66 manat “xxxx” ASC-yə və xx xxxxxxx 2020-ci il tarixli 2(004)-2812/2020 saylı icra sənədi üzrə 6000 manat X7 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2018-ci və xx.xx.2020-ci il tarixlərində icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu icra sənədini könüllü icra etməmiş və izahatında bildirmişdir ki, maddi vəziyyətinin yaxşı olmaması səbəbindən məhkəmənin qətnaməsinin tələblərini yerinə yetirə bilmir. İcra sənədi bugünədək tam icra olunmur. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(004)-373/2021 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən , saat 19:00 dəqiqədən hesablanmışdır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-374/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-374/2021
22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver