Məhkəmə qərarları › İş №3(004)-374/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-374/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-374/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 02 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarından Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən verilmiş protestinə və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov protest ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 02 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 02 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov protesti baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsi baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinin həmin Məcəllənin 208-ci maddəsi ilə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4, 128.2.3 və 129.1.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2023-cü il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin həmin Məcəllənin 128.2-ci maddəsi ilə protest və ya şikayətə baxmaq hüququ olan orqanların (vəzifəli şəxslərin) dairəsi müəyyənləşdirilərək göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Qeyd olunan Məcəllənin 129.1.4-cü maddəsində isə belə protestlərlə bağlı məhkəmə aidiyyəti konkretləşdirilməklə müəyyən olunmuşdur ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin yerləşdiyi yer ünvan 1 ünvanıdır. Ona görə də məhkəmə hesab edir ki, qərardan protest verilərkən aidiyyat qaydası düzgün müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsini həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer, ünvan 1 ünvanı olduğuna görə, bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilmiş protestə bu məhkəmədə baxılmasına əsaslar yaranmadığına görə Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 02 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsinə dair protesti aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3,129.1.3, və 132.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 02 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsinə dair protesti iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar