Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3744/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X6 X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 18 dekabr 2024-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 18 dekabr 2024-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X7 tərtib etdiyi etdiyi 18 dekabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat inzibati cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, vətəndaş X11 fərdi sahibkar X8 tərəfindən 2024-cü ilin fevral ayında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “mebel ustası” işinin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə o, yəni X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşağıda göstərilənlərə əsasən həmin qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən 92059/2025-53-34-001 saylı xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında rəsmi bildiriş göndərilmişdir. Həmin vaxt Yasamal rayon İcra Şöbəsinə getdikdə barəmdə inzibati xəta olması barədə məlumatı olmuşdur. Həmin vaxta qədər heç bir məlumatı olmamışdır. İşin faktiki halları ondan ibarətdir ki, X11 ilə aralarında hər hansı bir əmək müqaviləsi olmamışdır, onu yalnız müvəqqəti olaraq avadanlıqları götürən zaman tanımışdır. Onun kimin işçisi olması, nə iş görməsi barədə onun heç bir məlumatı yoxdur. Hətta onun onun işçisi kimi qeydə alınması və onun ucbatından cərimələndiyini Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən bildiriş gəldikdə bilmişdir. Göründüyü kimi, onun əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Şərh olunanlara əsasən, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 manat cərimə edilməsi haqqında inzibati tənbeh növü tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X7 tərtib etdiyi 18 dekabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Barəsində tərtib olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 manat cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X7 tərtib etdiyi etdiyi 18 dekabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 18 dekabr 2024-ci il tarixli, MN seriyalı ******* saylı saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq şikayət edən şəxs bildirdi ki, əmək müqaviləsi bağlanılmayan işçiləri tanımır və bilmir nəyə görə cərimələnib. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X13 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq nümayəndə bildirdi ki, şəxs istintaq orqanına özü könüllü olaraq müvafiq işçilərlə əmək müqaviləsi bağlanmaması barədə məlumat vermişdir. Nəsimi rayon prokurorluğunda bir hadisə ilə bağlı araşdırma olmuşdur. Araşadırma nəticəsində tərəflərin izahatı alınmışdır. İzahatlar da məhkəməyə təqdim olunur. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 18 dekabr 2024-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərara əsasən X8 İXM-in 192.1-ci maddəsi ilə (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə görə) təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan: Əmək müqaviləsi məlumatlarından görünür ki, X11 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də mebel ustası vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən X8 ünvan 1 ünvanında yerləşən 23 saylı mebel sexini icarə müqaviləsi əsasında işlədərək, fərdi sahibkarlıqla məşğul olur. X3 Rayon Prokurorluğuna verdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, 2024-cü ilin fevral ayında Kamran və Gündüz adlı şəxslər ünvan 2 ünvanında yerləşən mebel təmir sexində əmək müqaviləsi bağlanmadan işləyiblər. Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarından görünür ki, 2024-cü ilin fevral ayında Gündüz Aşırov ünvan 2 ünvanında yerləşən mebel təmir sexində əmək müqaviləsi bağlanmadan mebel ustası kimi işləmişdir. xx.xx.2024-cü il tarixli EPİS-dən əldə edilmiş əmək müqaviləsi məlumatlarına əsasən X5 2024-cü il tarixində hər-hansı əmək müqaviləsi bildirişi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 18 dekabr 2024-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-3744/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3744/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver