Məhkəmə qərarları › İş №3(004)-3747/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3747/2020

12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3747/2020 12.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə, X3 iclas katibliyi ilə, Yasamal rayon prokurorluğunun nümayəndəsi: Yasamal rayon prokurorunun böyük köməkçisi X7, vəsatət vermiş Azərbaycan Respublikası DİN Baki şəhəri Yasamal rayon X11 şöbəsinin müstəntiqi X6, təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 müdafiəçisi X8 iştirakı ilə 200090263 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən X9 barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair Azərbaycan Respublikası DİN Baki şəhəri Yasamal rayon X11 şöbəsinin müstəntiqiValeh Nəbiyevin vəsatətinə əsasən verilmiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun təqdimatına və cinayət işinin ilkin materiallarına qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqdimat, vəsatət və cinayət işinin materiallarından məlum olur ki, X9, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamşı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində X1 yaşadığı ünvan 1 ünvanın ümumi giriş qapsından dəmir alətlə açaraq qanunsuz daxil olub, mənzilin yataq otağında olan çarpayının üzərindəki, balıncın altından C.C.Əhmədovaya məxsus olan 30.000 min manat dəyərində, 03 ədəd qadın üçün qarmaqlı qızıl qol saatlarını, 02 ədəd qadın üçün üzərində qızıl qaşlı olan yolka qol bağlarını, 03 ədəd qadm üçün briliyant qızıl boyunbağlarını, 01 ədəd qadın üçün nazik Erevan istehsalı 750 problu qızıl boyunbağını, 01 ədəd qadın üçün qalın troslu qızıl boyunbağını, 08 ədəd qadın üçün hər birinin üzərində yaşıl, göy və yaqud rəngləri qızıl üzüklərini, 03 ədəd kişi üçün hər birinin üzərində briliyant qaşlı qızıl üzüklərini, 01 ədəd qadın üçün qara göz adlanan qızıl briliyant komplekti üzərində kənarları qara, ətrafı ağ qaşlı, üzərində yaşıl rəngi qızıl üzüyünü, 03 dəst uşaq üçün ay para şəkilində qızıl sırğalarını, 04 dəst qadın üçün üzərində acıq və tünd şəkilində qızıl sırğalarını, 02 ədəd ay para şəkilində üzərində Yekaterinanın fotoşəkilli qızıl klonunu, 10.000 ABŞ dollarını və 800 manat nəğd pullarını gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 ümumlikdə 47.800 (qırz yeddi min səkkiz yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər.200090263 nömrəli cinayət işinin tamamlanması üçün iş üzrə şahid dairəsi müəyyən edilərək ifadələri alınmalı, X4 ifadəsi alınmalı, zərurət olarsa iş üzrə təqsirləndirilən şəxslərə əlavə ittiham elan edilməli və Azərbaycan Respublikası CPM-in 284-289-cu maddələrinin tələblərini yerinə yetirilməlidir. Yuxanda sadalanan istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün müəyyən müddət tələb olunur. Göstərilənləri, həmçinin təqsirləndirilən şəxs X9 həbsdə saxlanılma müddətinin xx xxxxxx 2020-ci il tarixdə başa çatacağını, ona istinad edilən əməlin xarakterini və ağırlıq dərəcəsini, azadlıqda olarsa cinayət prosesini həyata keçirən orqandan qaçıb gizlənmək və iş üzrə həqiqətin müəyyən edilməsinə mane olmaq ehtimalının mövcud olduğunu, həmçinin cinayət işinin mürəkkəbliyini nəzərə alaraqX5 həbsdə saxlanılma müddətinin 02 (iki) ay yəni xx xxxxxx 2021-ci il tarixədək uzadılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən müstəntiq X13 vəsatəti müdafiə edərək, təqsirləndirilən şəxs X5 həbsdə saxlanılma müddətinin 02 (iki) ay yəni xx xxxxxx 2021-ci il tarixədək uzadılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X9 özünü qismən təqsirli bilərək, barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X17 təqsirləndirilən şəxs X9 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatətin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən prokurorluğun nümayəndəsi X14 təqdimatı müdafiə edərək, təqsirləndirilən şəxs X5 həbsdə saxlanılma müddətinin 02 (iki) ay yəni xx xxxxxx 2021-ci il tarixədək uzadılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 4(004)-532/2020 nömrəli qərarından görünür ki, X5 barəsində xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2020-ci il tarixdək müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş ibtidai istintaq müddətinin uzadılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay olmaqla 5 (beş) ayadək, yəni xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Qeyd etmək lazımdır ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Smirnova Rusiyaya qarşı» xx xxxx 2003-cü il tarixli qərarında İnsan hüquq və azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci maddəsini rəhbər tutaraq göstərir ki, Konvensiya üzrə presedent hüququna əsasən şəxsin yaşayış məntəqəsini tərk etməmək barədə iltizam verməklə azad edilməsi üçün dörd məqbul şərt hazırlanmışdır: - barəsində ittiham irəli sürülən şəxsin məhkəməyə gəlməməsi riski; - barəsində ittiham irəli sürülən şəxsin azad ediləcəyi halda ədalət mühakiməsinə mane olmaq üçün addımlar atması riski; - şəxsin ictimai qaydanı pozması riski; - şəxsin növbəti hüquq pozuntuları törətməsi riski. «Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2009-cu il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPMnin 447.5-ci maddəsinin norması məhkəmələr tərəfindən sübutların araşdırılmasını və ya qiymətləndirilməsini özündə ehtiva etmir. Göstərilən qaydada məhkəmə araşdırması yalnız vəsatət və təqdimatda istinad edilmiş, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini ehtimal edən ilkin sübutların, habelə həbs qətimkan tədbirinin seçilməsi üçün prosessual əsasların mövcudluğunun yoxlanılmasından ibarət olmalıdır. Məhkəmə vəsatəti və cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, işin hallarının tam, hərtərəfli və obyektiv istintaqı üçün iş üzrə zəruri olan bəzi istintaq hərəkətlərinin yerinə yetirilməsi, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməli, toplanmış sübutlar əsasında iş üzrə yekun qərar qəbul edilməsi, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə istintaqın qurtarması elan edilib cinayət işinin materialları ilə tanış olması üçün şərait yaradılması, vəsatətlər daxil olarsa baxılıb həll edilməsi, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyindən həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ittiham aktının tərtib olunaraq cinayət işi ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, sonradan ittiham aktı təsdiq edildiyi halda həmin müddətin bitməsinə ən azı 15 gün qalmış cinayət işinin məhkəməyə göndərilməsi üçün müəyyən müddət tələb olunması, təqsirləndirilən şəxs X5 həbsdə saxlanılma müddətinin xx xxxxxx 2020-ci il tarixdə başa çatması, ona istinad edilən əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də həbs qətimkan tədbirinin seçilməsi üçün əsas olmuş digər halların aradan qalxmaması ilə əlaqədar vəsatət təmin edilməli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 159, 447, 448, 452 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. xx.xx.1992-ci ildə Ucar rayonu Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ucar rayonu Alpout kəndində qeydiyyatda olan və hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X9 barəsində həbsdə saxlama müddəti 02 (iki) ay yəni xx xxxxxx 2021-ci il tarixədək uzadılsın. Qərar təqsirləndirilən şəxsə, onun müdafiəçisinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar qəbul olunduqdan 3 (üç) gün müddətində qərarı qəbul etmiş məhkəmə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsi və ya həbsdə saxlanılma yeri müdiriyyətinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar