Məhkəmə qərarları › İş №3(004)-3748/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3748/2020

12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3748/2020 12.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyiilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X10 etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Dəvəçi (indiki Şabran) rayonunun Daşlıyataq kəndində doğulmuş, Azərbaycan Respublikasınınvətəndaşı, subay, orta təhsilli, Şabran rayonunun Daşlıyataq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə 13:10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Renault Megane” (minik) markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu Tbilisi prospektində yola bitişik ərazidən arxaya hərəkət etməklə yola çıxarkən yol hərəkəti qaydalarının hərəkətə başlama və manevr etmə tələbini pozaraq X2 idarə etdiyi Bakı Nəqliyyat Agentliyinə məxsus “BMC Procity 12M” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Nəticədə Bakı Nəqliyyat Agentliyinə məxsus avtobusa maddi zərər dəymişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) və 332.4cü(İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə)maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər BPİ DYPİ-sinin etibarnamə üzrə nümayəndəsi X8 protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13:10-da Yasamal rayonu Tbilisi prospektində nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan “Renault Megane” (minik) markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətə başlama və manevr etmə ilə bağlı qanunun tələblərini pozaraq, yəni yola bitişik ərazidən arxaya hərəkət etməklə yola çıxarkən manevrin təhlükəsizliyini təmin etməməklə hərəkətin digər iştirakçılarına maneə yaratmış və nəticədə sürücü X2 idarə etdiyi Bakı Nəqliyyat Agentliyinə məxsus “BMC Procity 12M” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “BMC Procity 12 M” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən X8 inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü protokol üzrə tam təqsirli bilərək izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə əmisi oğlunun Azərbaycan Respublikasının bütövlüyü uğrunda şəhid olması ilə əlaqədar aldığı xəbərdən atası Şıxseyid Bağırov bu xəbərdən sarsılmış və qəflətən səhhəti pisləşdiyi üçün onu xəstəxanaya çatdırmaq məcburiyyətində olmuşdur. Baxmayaraq ki, onun nəqliyyat vasitələrini idarə etmək üçün hüququ yoxdur, lakin sürücülük bacarığı olduğundan atasına məxsus “Renault Megane” (minik) markalı, **-NC- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, bu məqsədlə saat 13:10 radələrində yol kənarında dayanmış avtomobili arxaya hərəkət etdirməklə yola çıxmaq istəyərkən hərəkətdə olan “BMC Procity 12 M” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər hansı bir bədən xəsarəti alan olmamış, yalnız nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Şəxs əlavə olaraq bildirmişdir ki, törətdiyi əməldən peşmandır, əvvəllər hər hansı bir hüquq pozuntusuna yol verməməsini, ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunması nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs publik hüquqi şəxs Bakı Nəqliyyat Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxs hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin sürücü X2 xx xxxxxx 2020-ci il tarixli izahatı məhkəmə iclasında elan edilərkən müəyyən edilmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 13:00-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində hərəkətdə olarkən yol kənarından hərəkətə başlayan “Renault Megane” (minik) markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil arxaya doğru hərəkət edərək onun yol vərəqəsi əsasında idarə etdiyi “BMC Procity 12M” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun qarşı ön hissədən vurmuş və həmin nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan protokola əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixdə 13:10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Renault Megane” (minik) markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu Tbilisi prospektində yola bitişik ərazidən arxaya hərəkət etməklə yola çıxarkən yol hərəkəti qaydalarının hərəkətə başlama və manevr etmə tələbini pozaraq X2 yol vərəqəsi əsasında idarə etdiyi Bakı Nəqliyyat Agentliyinə məxsus “BMC Procity 12M” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Nəticədə Bakı Nəqliyyat Agentliyinə məxsus avtobusa maddi zərər dəymişdir. İnzibati xəta hadisəsinin görüntüləri əks etdirilmiş disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13:10-da Yasamal rayonu Tbilisi prospektində “Renault Megane” (minik) markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətə başlama və manevr etmə ilə bağlı qanunun tələblərini pozaraq, yəni yola bitişik ərazidən arxaya hərəkət etməklə yola çıxarkən manevrin təhlükəsizliyini təmin etməməklə hərəkətin digər iştirakçılarına maneə yaratmış və nəticədə sürücü X2 idarə etdiyi Bakı Nəqliyyat Agentliyinə məxsus “BMC Procity 12M” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. İş materiallarına əlavə edilmiş AC seriyalı 029414 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, X4 BE CE DE kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir və həmin sürücülük vəsiqəsi xx xxxxxx 2014-cü il tarixdə verilməklə xx xxxxxx 2024-cü il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş AD seriyalı 594763 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobus Bakı Nəqliyyat Agentliyinin mülkiyyətindədir. İş materiallarında olan “xxxxxxx” MMC tərəfindən verilmiş ********* nömrəli yol vərəqəsindən müəyyən edilir ki, sürücü X2 istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş AD seriyalı 850014 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Renault Megane” (minik) markalı, **-NC- *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin məktubundan müəyyən edilir ki, Şəxs X6 tərəfindən sürücülük vəsiqəsi verilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon məhkəmələri nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. Baxılması rayon məhkəmələrinə aid edilən inzibati xətalar haqqında işlər İXM-nin 43-cü maddəsində nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokoldan isə görünür ki, həmin protokol Azərbaycan Respublikası DİN Bakı şəhər BPİnin DYPİ-si tərəfindən Şəxs İXM-nin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə protokolda qeyd edilən yalnız 332.4-cü maddədə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə Şəxs hərəkətlərində yalnız həmin maddənin tərkibinin olub-olmamasına qiymət verir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi xətasına görə - yüz manat məbləğində cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İ hissəsinə görə həmin maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin birinci hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan istifadəsində olan “Renault Megane” (minik) markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək xx xxxxxx 2020-ci il tarixdə saat 13:10-da Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində sürücü X2 yol vərəqəsi əsasında idarə etdiyi Bakı Nəqliyyat Agentliyinə məxsus “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş və nəticədə həmin nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində şəxsiyyətini xarakterizə edən hallar nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bundan başqa, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət Yol Polisiİdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114-117, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət X12 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar