Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3749/2024 16.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X5 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, 15 iyul 2024-cü il tarixdə saat 18:15 radələrində Yasamal rayonu, Zərdabi küçəsində Şəxs nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 protokolu müdafiə edərək bildirmişdir ki, 15 iyul 2024-cü il tarixdə saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olan X3 və X4 ərazidə xidmətdə olarkən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən “X6” adlı obyektin ünvanının yaxınlığında Şəxs yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozduğunu görüb ona yaxınlaşaraq, nizamintizama dəvət etmişlər. Lakin Şəxs onları gördükdə daha da aqressivləşmiş öz qanuna zidd hərəkətlərinə davam edərək polisin qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdəndə Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Lakin o polisin qanuni tələbinə tabe olmayaraq idarəyə getməkdən imtina etmiş, lakin onlar tərəfindən onun polis idarəsinə gətirilməsi təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, 15 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində yerləşən “X6” adlı obyektdə olan zaman 3 nəfər şəxs ona yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını bildirərək onu Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə dəvət etmişlər. O isə buna etiraz etməyərək onların avtomobilinə əyləşərək baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə getmişdir. Ümumiyyətlə polis əməkdaşlarının dediyi heç bir hal baş verməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər 25 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 15 iyul 2024-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən “X6” adlı obyektin yaxınlığında xidmətdə olarkən bir nəfər şəxsin yüksək səslə nəlayiq ifadələr işlətdiyini və ünvansız söyüşlər söydüyünün şahidi olmuşdur. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların polis əməkdaşı olduğunu gördükdə daha da aqressivləşərək öz qanunsuz əməllərinə davam edərək onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdəndən onlar sonradan adını bildiyi Şəxs şəxsiyyətinin müəyyən edilməsi məqsədilə onu Azərbaycan Respublikası Daxili İşlər Naziriyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Lakin o polisin qanuni tələbinə tabe olmayıb polis şöbəsinə getməkdən imtina etmiş, lakin onlar tərəfindən onun polis idarəsinə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 digər şahid X3 ilə eyni məzmunlu ifadə verərək özünə aid hissədə ifadəni bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Şəxs onun tanışıdır. 15 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində yerləşən Şəxs məxsus “X6” adlı obyektdə olan zaman 3 nəfər şəxs Şəxs yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını bildirərək onu Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin vaxt Faiq isə buna etiraz etməyərək onların avtomobilinə əyləşərək onlarla birlikdə baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Turqay Mahmudov və Nadir Aslanov tərəfindən həmin idarənin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:15-də Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən “X6” ünvanının yaxınlığında olarkən bir nəfər tanımadıqları şəxsin ictimai yerdə ucadan danışaraq ünvansız nalayiq söyüşlər söyməklə yuxarıda göstərilən ünvanın ətrafına çəkilmiş qoruyucu divara yumruq və təpik zərbələri endirərək ictimai qaydanı pozması diqqətlərini cəlb etmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsi intizama dəvət etdikdə iradlarına məhəl qoymamış, polis əməkdaşı olduqları bildirdikdən sonra hərəkətlərini daha da aqressivləşdirmiş, onu sakitləşdirməyə yönəlmiş hərəkətlərinə qarşı nalayiq söyüşlər söyməklə, əl-qol hərəkətləri ilə cavab vermişdir. Bu səbəbdən həmin şəxsi BMCMİ-nə gətirmək istəyərkən o hətta polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək əllərindən çıxaraq bir neçə dəfə qaçmağa cəhd göstərmişdir. Lakin onlar həmin şəxsi saxlayaraq Baş İdarəyə gətirmişlər. Baş İdarədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Əvvəllər AR CM-nin 127.1, 134, 144.2.1, 144.2.3, 150.2.1, 177.2.1, 177.2.3, 177.2.4 177.3.2, 182.2.1, 182.2.3 vǝ 299.3-cü maddələri ilə məhkum olunmuş ünvan 1-də qeydiyyatda olan Şəxsdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasənXırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 15 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və ərazidə xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 15 iyul 2024-cü il tarixdən, saat 18:15-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 15 iyul 2024-cü il tarixdən saat 18:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3749/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3749/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver