Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-375/2025 10.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X4, Şikayətçi "xxxx" QSC-nin İnsan resursları üzrə baş direktoru X2 və onun vəkili X12 iştirakları ilə, Şikayətçi "xxxx" QSC-nin İnsan resursları üzrə baş direktoru X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin 07 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" QSC-nin İnsan resursları üzrə baş direktoru X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin 07 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 07 yanvar 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla, vəzifəli şəxs qismində "xxxx" QSCnin İnsan Resursları üzrə Baş Direktoru Sara Cəlalova barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddəsi ilə təqsirli bilinərək, şərti olaraq AR İXM-in 192.6-cı maddəsi ilə 1800 (bir min səkkiz yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Qərar rəsmi qaydada xx.xx.2025-ci il tarixdə alınmışdır. X7 Xidməti X1 tərəfindən "xxxx" QSC-nin regional üzrə anbar meneceri X10 barəsində inzibati protokolun yazılması səbəbi "xxxx" QSC-də Sifariş Toplayıcı vəzifəsində işləyən Şahid Azərbaycan Respublikası Gəncə şəhər Prokurorluğuna şikayət etməsi olmuşdur. İnzibati xəta haqqında iş üzrə qərar sübut olunmamış, bununla bağlı DƏMX tərəfindən eyni inzibati xəta hadisəsi ilə bağlı ikinci dəfə qərar qəbul olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5557/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə eyni inzibati xəta hadisəsi ilə bağlı 07 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Şahid "xxxx" QSC-nə ərizə ilə müraciət etmişdir ki, bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsini xahiş etmiş və işçi Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən 01 (bir) ay ərzində öz ərizəsini geri qaytarmaq hüququndan istifadə etməmişdir. Məhkəmə iclasında "xxxx" QSC-nin İnsan resursları üzrə baş direktoru X8 şikayəti müdafiə edərək bildirmişdir ki, o Şahid tanımır və onu heç vaxt görməmişdir. Bu səbəbdəndə Şahid işdən çıxmaq barədə ərizə yazdırılmağa məcbur edilməsi həqiqətə uyğun deyildir. Bundan başqa Şahid qanunvericiliklə müəyyən edilmiş müddət ərzində son haqq-hesabı verilmişdir, onun hesabına sonradan köçürülmüş vəsait isə Şahid Bəylər qızına köçürülmə olan vəsait olmuşdur. Texniki yanlışlığa yol verilərək həmin vəsait Şahid hesabına köçürülmüşdür. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin 07 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" QSC-nin İnsan Resursları üzrə baş direktoru X2 vəkili X12 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X13 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, 07 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* tarixli qərar qanuni və əsaslıdır. Belə ki, Şahid Gəncə şəhər Prokurorluğuna müraciət edərək, "xxxx" QSC tərəfindən onun əmək hüquqlarının pozulduğunu bildirmişdir. Gəncə şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 24-1-2-2-415-1653-1 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı ilə fakt üzrə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və qərar toplanmış materiallarla birlikdə DƏMX-nə göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X8 tərəfindən Şahid son haqqhesabı vaxtında veriməmiş bundan əlavə sonuncunun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş, yəni onu işdən azad olunma barədə ərizə verməyə məcbur edilmişdir. Bu səbəbdən "xxxx" QSC-nin İnsan resursları üzrə baş direktoru X8 barəsində 07 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq Şahid ödənilməli olan son haqq-hesabın dəqiq məbləğini müəyyən edə bilmirlər. Məhkəmə iclasında “Whatsapp” tədbiqinində olan video görüntü vasitəsi ilə şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, "xxxx" QSC-nin Qərb Regionalının müdiri vəzifəsində çalışan Emil Sadıqov tərəfindən məcbur edilərək ona öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazdırılmışdır. Həmin cəmiyyətdə anbar müdiri vəzifəsində çalışan Xətai Qasımov ona bildirmişdir ki, əks halda onu oğurluq cinayəti törətməklə şərləyəcəklər. Daha sonra onu oğurluq etməsi yalanı ilə Bakı anbarına köçürmüşlər. Son haqq-hesabla bağlı məsələyə münasibətdə bildirmişdir ki, son haqq-hesab qanunvericiliyin tələbələrinə uyğun olaraq ödənilməmişdir. İşdən çıxmaq barədə ərizəni xx.xx.2024-cü il tarixdə yazmış və ərizənin yazıldığı vaxtdan xx.xx.2024-cü il tarixədək işə getməmişdir. Sara Cavlalovanı sözügedən məsələ ilə bağlı məlumatlandırmamışdır, yəni sonuncunun xəbəri olmamış, lakin “Kəmalə” adlı şəxsin bu barədə məlumatı olmuşdur. Onu şərləyərək işdən çıxmağa məcbur edənlər Xətai Qasımov və Emil Sadıqov olmuşdur. Sara Cavlalova ilə əlaqə saxlamaq istəmiş, lakin ona əlaqə vasitəsi verməmişdirlər. Əri ilə birlikdə məsələ ilə bağlı “Vidadi” adlı şəxsin qəbulunda olmuş, lakin heç bir nəticə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Şahid hər gün 09:00-dan 17:00-dək işləyib. Vəzifə səlahiyyətlərindən kənar işlərin yerinə yetirilməsinə cəlb edilməyib. Əmək haqqı 500 manat və əlavə bonuslardan ibarət olmuşdur. Anbarda şübhəli məqamlar olduğu üçün Şahid dəfələrlə şəxsi əşyalarını anbara gətirməməsi barədə xəbərdarlıq edilmişdir. Lakin anbarda olan kameralardan orada olan sellofan torbanı çantasına qoyduğunu görmüşdür. Bundan sonra Tahir adlı şəxs anbara gələrək Şahid anbardan oğurluq etməsi barədə fikirlər təkzib edilməli olduğunu bildirmişdir. Bundan sonra iclas keçirilərək Şahid anbardan oğurluq etməməsi bütün kollektivə bildirilmişdir. 15 iyul 2024-cü il tarixdə Şahid işdən azad edilməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra yenidən qeyri-rəsmi müraciət edərək iş yerinin Bakı şəhərinə dəyişdirilməsini xahiş etmişdir. Onun bu xahişi nəzərə alınaraq yer dəyişməsi qərara alınmış, lakin Şahid Bakı şəhərində yerləşən anbarla tanış olduqdan sonra yenidən fikrini dəyişdiyini bildirərək işdən çıxamaq istədiyini qeyd etmişdir. Onun tərəfindən Şahid işdən azad edilməsi barədə ərizə yazmasına hər hansı təzyiq və ya hədə-qorxu göstərilməmiş, şəxs öz xahişi ilə işdən azad edilmişdir. Bildiyi qədəri ilə son haqq-hesab tam şəkildə ödənilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan: Gəncə şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 24-1-2-2-415-1653-1 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarından görünür ki, fakt üzrə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və qərar toplanmış materiallarla birlikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin 07 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC-nin çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə Şahid 832.36 manat məbləğində son haqq hesab ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 4344 A nömrəli Əmək müqaviləsi bildirişindən görünür ki, Şahid xx.xx.2024-cü il tarixdən "xxxx" QSC-də Sifariş toplayıcı vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixli Şahid tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2024-cü il tarixindən bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli "xxxx" QSC üzrə “Əmək Müqaviləsinə xitam verilməsi barədə” əmrdən görünür ki, "xxxx" QSC-də Sifariş toplayıcı vəzifəsində işləyən Şahid arasında xx.xx.2023-cü il tarixində, bağlanmış 4344 A nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən xitam verilmişdir. "xxxx" QSC-nin Mühasibatlığına işçi ilə son iş günündə son haqq-hesabın aparılması tapşırılmış və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan iş ili üçün istifadə edilməyən 7 təqvim günü üçün pul əvəzi 814.08 (səkkiz yüz on dörd manat, səkkiz qəpik) azn əlavənin və xx.xx.2024-cü il tarixində işlədiyi müddət üçün əmək haqqının ödənilməsinin təmin edilməsi qeyd olunmuşdur. "xxxx" QSC-nin İnsan Resursları üzrə Baş direktoru Cavlalova Sara tərəfindən işçilərin mükafatlandırılması haqqında xx.xx.2024-cü il tarixli 520/24 nömrəli əmrdən görünür ki, çağrı mərkəzi operatoru vəzifəsində işləyən Şahid Bəylər qızına 239.56 manat mükafat hesablanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-5557/2024 saylı qərarından görünür ki, "xxxx" QSC-nin İnsan resursları üzrə baş direktoru X8 tərəfindən verilmiş şikayət qismən təmin olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin 09 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2614/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 3(004)-5557/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 3(004)-5557/2024 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır Həmin qərarda qeyd olunmuşdur ki, inzibati orqan Şahid daha artıq son haqq-hesab ödənilməli olması ilə bağlı hər hansı sübut təqdim etməmiş, bu hissədə araşdırma aparılmamışdır. İnzibati orqan ilkin olaraq Şahid hansı məbləğdə son haqq-hesab ödənilməli olmasını müəyyən etməli, xx.xx.2024-cü il tarixdə ödənilmiş məbləğin son haqq-hesabın məbləği ilə uyğun olub-olmamasını yoxlamalı, xx.xx.2024-cü il tarixdə ödənilmiş ödənişin isə son haqq-hesabla bağlılığını dəqiqləşdirməli idi. Beləliklə, məhkəmə hesab edir ki, iş materiallarında olan bank ödəniş tapşırığından görünür ki, Şahid xx.xx.2024-cü il tarixdə 823.36 manat son haqq-hesb ödənilmiş və xx.xx.2023-cü il tarixli, 4344 A nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələbələrinə uyğun olaraq (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən) xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə ödənilmiş 209.61 manat ödəniş isə Şahid Bəylər qızına hesablanmış 239.56 manat mükafat olmuşdur ki, həmin məbləğdə texniki yanlışlığa yol verilərək Şahid hesabına köçürülmüşdür. İnzibati orqan tərəfindən məsələ ilə bağlı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların tam araşdırması aparılmamış və formal mülahizələrə əsaslanmışdırlar. Şahid və X3 ifadələrindən eləcədə iş materiallarından belə nəticəyə gəlinir ki, X2 Şahid işdən çıxmasına birbaşa və ya dolayı yolla hər hansı təsiri olmamış sadəcə vəzifə funksiyalarından irəli gələrək hüquqi proseduru rəsmiləşdirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin 07 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən verilmiş şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin 07 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdərmirov
Məhkəmə qərarları › İş №3(004)-375/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-375/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver