Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3754/2024 25.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 iclas katibliyi ilə X1 X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli EQ seriyalı 17004944 nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 vəsatət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/ seriyalı 17004944 nömrəli qərarlarından şikayət vermiş, həmçinin məhkəməyə şikayət vermək üçün üzrlü səbəblər nəticəsində buraxılmış müddətin bərpa edilməsini və həmin qərarlardan verilmiş şikayətin icraata götürülməsini xahiş etmişdir. Məhkəmədə çıxış edən X1 oğlu vəsatəti müdafiə edərək, izahatında göstərdi ki, Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ seriyalı 17004944 nömrəli qərarından xəbərdar olmadığından İXM-nin 130.1-ci maddəsində müəyyən edilmiş müddəti buraxmışdır. Bu səbəbdən həmin qərardan şikayət verərək, şikayət vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, ərizəni, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Belə ki, İXM-in 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı üzrlü səbəblərlə əlaqədar deyildir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 17004944 nömrəli qərarından görünür ki, X3 qərardan xəbəri olmuş, lakin uzun müddət keçməsinə baxmayaq bununla bağlı məhkəməyə müraciət etməmişdir. Müddətin buraxılması üçün göstərilmiş səbəblərin üzürlü səbəb hesab edilməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edilir. Belə ki, İXM-in 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli EQ seriyalı 17004944 nömrəli, qərarından şikayət vermək üçün üzrlü səbəblər nəticəsində buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3754/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3754/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver