Məhkəmə qərarları › İş №3(004)-3764/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3764/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3764/2024 18.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 X8 və onun nümayəndəsi, vəkil X7 tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin X12 Şöbəsi və AR DİN Baş X12 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarından (siyahıda 64 qərar göstərilib) verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X8 və onun nümayəndəsi, vəkil X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal RPİ-nin X12 Şöbəsi və AR DİN Baş X12 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarının (siyahıda 64 qərar göstərilib) ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş sənədlərə baxış zamanı məhkəmə tərəfindən X1 qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyü müəyyən olunmuş, lakin həmin müddətin üzrlü səbəbdən ötürüldüyü barədə hər hansı sənəd, o cümlədən müddətin bərpa edilməsinə dair vəsatəti şikayət ərizəsinə əlavə etmədiyi müəyyən edilmiş, həmçinin eyni vaxtda bir neçə (siyahıda 64 qərar göstərilib) qərardan bir ərizədə şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 142.1-ci maddəsinə əsasən. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X8 və onun nümayəndəsi, vəkil X7 tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin X12 Şöbəsi və AR DİN Baş X12 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarından (siyahıda 64 qərar göstərilib) verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X8 və onun nümayəndəsi, vəkil X6 qaytarılmalı və şikayətçiyə Bakı şəhəri Yasamal RPİ-nin X12 Şöbəsi və AR DİN Baş X12 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarından (siyahıda 64 qərar göstərilib) hər birindən ayrılıqda şikayət verilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin verilməsi izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X8 və onun nümayəndəsi, vəkil X7 tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin X12 Şöbəsi və AR DİN Baş X12 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarından (siyahıda 64 qərar göstərilib) verilmiş şikayət və ona əlavə edilmiş sənədlər əmmədov Əfqan Səməd oğlu və onun nümayəndəsi, vəkil X6 qaytarılsın. Bakı şəhəri Yasamal RPİ-nin X12 Şöbəsi və AR DİN Baş X12 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarından (siyahıda 64 qərar göstərilib) hər birindən ayrılıqda şikayət verilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin verilməsi izah edilsin. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar