Məhkəmə qərarları › İş №3(004)-3769/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3769/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3769/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X5 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 17 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından və 07 iyun 2023-cü il tarixli 3-17-5/1-S-14792/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətə baxılma haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 17 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından və 07 iyun 2023-cü il tarixli 3-17-5/1-S-14792/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 Xidmətinin Bakı şəhər İdarəsində X4 müraciətinə baxılaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6ci maddəsinə əsasən MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən "xxxx" MMC-nin direktoru Emil Sultanov 1700 (bir min yeddi yüz) manat cərimə edilmişdir. Qərarla razı olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinə qeyd edilən qərarın ləğv edilməsi üçün müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin 07 iyu 2023-cü il tarixli 3-17-5/1-S-14792/2023 № - li qərarı ilə verdiyimiz şikayət təmin edilmədi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvədə saxlanılmışdır. "xxxx" MMC xx.xx.2020-ci il tarixdən Muradov Ziyafət ilə əmək müqaviləsi bağlayaraq, onu menecer vəzifəsinə işə götürmüşdür. Eyni zamanda tərəflər arasında xx.xx.2020-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Menecer olaraq Ziyafət Muradov "xxxx" MMC müqavilə əsasında idarə etdiyi “Mirvari Park” yaşayış kompleksinin idarə edilməsinə cavabdeh şəxs olmuşdur. İşlədiyi dövrdə qeyd edilən yaşayış kompleksində yaşayan sakinlərdən kommunal ödənişləri üçün nəzərdə tutulan xidmət haqqını toplayaraq qəbzlər vermiş, lakin topladığı pulların böyük bir hissəsini faktiki olaraq mənimsəyərək "xxxx" MMC-yə təhfil verməmişdir. Bununla bağlı verdiyi izahatda, bu məbləğin 50 000 (əlli min) manat olduğunu özü etiraf etmişdir. Lakin, X4 fəaliyyətinə dair audit yoxlaması zamanı müəyyən edilmişdir ki, 01 yanvar 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Ziyafət Muradov ümumilikdə 72 243.89 manat mənimsəyib. Qeyd edilən məsələlərin araşdırılması, hüquqi qiymət verilməsi, müvafiq araşdırma aparılaraq Ziyafət Muradovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün "xxxx" MMC tərəfindən Yasamal Rayon Prokurorluğuna müraciət edilmişdir. Hazırda araşdırma davam edir. Muradov Ziyafət "xxxx" MMC-nin məlumatı olmadan, qanunsuz olaraq “Mirvari Park” Yaşayış kompleksində xarici vətəndaşın qeydiyyatsız yaşamasına şərait yaratmışdır. Bununla bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən cərimə tətbiq edilmişdir. Prokurorluq orqanlarında araşdırma tamamlanıb yekun hüquqi qiymət verilənə qədər X9 Xidməti tərəfindən hər hansı bir qərar verilməməlidir. Göstərilənləri nəzərə alaraq 17 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının və 07 iyun 2023cü il tarixli 3-17-5/1-S-14792/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X8 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasen xitam verilməsinə baxmayaraq, əmək müaviləsinə xitam üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin, işçinin normal əmək və istirahət rejiminə riayət edilməmiş, iş vaxtından artıq işlərə görə əmək haqqına əlavələr edilməmiş və bununla əlaqədar olaraq işçinin son haqq-hesabi da düzgün hesablanıb ödənilməmişdir. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 17 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X4 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin İ və İİ hissəsinin tələbləri pozularaq xitam verilmişdir. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib barəsində 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə şərti olaraqtətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilmişdir. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli 3-17-5/1-S-14792/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətə baxılma haqqında qərarına əsasən X11 barəsində Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqinda Qərarının ləğv edilməsinə dair verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqinda xx.xx.2023cü il tarixli, MN ******* nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəfin izahatından məlum oldu ki, "xxxx" MMC-nin direktoru X11 tərəfindən işçi X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilsədə həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamış bununlada Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 17 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və 07 iyun 2023-cü il tarixli 3- 17-5/1-S-14792/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətə baxılma haqqında qərarı qanuni və əsaslı olduğundan X11in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2in Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 17 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından və 07 iyun 2023-cü il tarixli 3-17-5/1-S- 14792/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar