Məhkəmə qərarları › İş №3(004)-3776/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3776/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3776/2023 04.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X22 Şöbəsinin nümyəndəsi X5, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi (RPİ) X22 Şöbəsinin (DYPŞ) 03 iyul 2023-ci il tarixli TP seriyalı ******* nömrəli X14 iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər RPİ-nin DYPŞ-i tərəfindən qəbul edilmiş 03 iyul 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X22inin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 150 (yüz əlli) manat cərimə edilmişdir. **-OE-*** dövlət qeydiyyat nişanlı, BMW 528İ minik markalı avtonəqliyyat vasitəsi onun anası X2 məxsusdur və o bu avtonəqliyyat vasitəsini sürüş etibarnaməsi ilə idarə edir. xx.xx.2023 tarixində axşam saat 12 radələrində Əbdürrəhimbəy Haqverdiyev 12 ünvanında yolun kənarında yerləşən aptekə getmək üçün avtomobilini müvəqqəti dayandırmaq qərarına gəlmişdir. Avtomobilinin qabarit ölçüləri parkinq zonasına tam olaraq yerləşməsə belə yol hərəkət iştirakçılarına mane olmaq istəmədiyi üçün avtomobilini yolun sağ hissəndə digər avtomobillərlə eyni cərgədə müvəqqəti park etmişdir. Maşın park halında motor işlək vəziyyətdə, sutkanın qaranlıq vaxtı olduğu üçün yaxınvuran işıqlar işlək vəziyyətdə olmuş və o avtomobilin içərisində sürücü hissəsində əyləşmişdir. **-YP-*** saylı X21 xidməti inspektoru polis kiçik serjantı X10 yaxınlaşaraq səhv parklanma və uzaqvuran işıqlardan istifadə etdiyini iddia edərək avtomobilini yol hərəkət zolağına sürməyini və sərxoşluq müayinəsi edəcəyini bildirmişdir. O avtomobilini Yol Patrul xidməti inspektoru polis kiçik serjantı X5 bildirdiyi kimi yolun sağ hərəkət zolağında saxlamışdır. O X16 qanunun tələblərinə uyğun olaraq “Ani sürətlənmə, kəskin tormuzlama, səbəbsiz zolağ dəyişmə" etmədiyini, habelə nəfəsindən alkoqollu içki qoxusunun gəlmədiyini, özünü rahat ifadə edə bildiyini bildirəndən sonra Daxili İşlər Nazirliyinin “102” saylı qaynar xəttinə zəng edib məlumat vermişdir. Ardından avtomobildən enib sərxoşluq müayinəsində keçdikdən sonra Yol Patrul xidməti inspektoru polis kiçik serjantı X10 ancaq şifahi şəkildə bildirmişdir ki, "sərxoş deyiləm". Bunun ardından onun avtomobilində “Sport Purjin” olduğunu və 20 dyümlük; Ön:245/35 R20 Arxa:275/30 R20 olduğunu bildirmişdir. “Disk təkər ölçülərinin” zavod normasından artıq olmasını ancaq 17 dyümlük disk-təkərin icazəli olduğunu söyləmişdir. O avtomobilində “Sport Purjin” olmadığını bildirərək və “Disk-təkər” ölçüsünün İstehsalçı zavod tərəfindən icazə verildiyi kitabı göstərməyinə məhəl qoymayaraq avtomobilini cərimə meydançasına yerləşdirəcəyini bildirmişdir. O bunu Daxili İşlər Nazirliyin “102” saylı qaynar xəttinə bildirmişdir. Yol Patrul xidməti inspektoru polis kiçik serjantı X7, qanuna uyğun olaraq qərarsız X13 protokol tərtib edəcəyi təqdirdə cərimə meydançasına gedəcəyini bildirmişdir. Dəfələrlə israr edərək qərarsız X13 Protokol istəməyinə baxmayaraq Yol Patrul xidməti inspektoru polis kiçik serjantı X10 bunun sonra tərtib ediləcəyini bildirmişdir. O belə olduğu təqdirdə isə Yol Patrul xidməti inspektoru polis kiçik serjantı X4 Post Patrul Xidməti Əməkdaşlarının çağırılmasını xahiş etmişdir. Bundan sonra Yol Patrul xidməti inspektoru polis kiçik serjantı X10 ona yaxınlaşaraq qərarsız X14 Protokol tərtib etdiyini və onun öz telefonunda tətbiqdə bunu görə biləcəyini bildirmişdir. O qərarı şəxsi telefonunda gördükdən sonra qanuna əsasən X14 protokolun kağız nüsxəsini istəmişdir. X23 xidməti inspektoru polis kiçik serjantı X10 həmin kağız nüsxəni təqdim etməmişdir. Bundan sonra duracağa getmək üçün avtomobilinə əyləşmişdir. Bu əsnada PPX əməkdaşları hadisə yerinə gəlmişdir. Yol Patrul xidməti inspektoru polis kiçik serjantı X10 ona bildirmişdir ki, X18 avtomobilinə əyləşsin və cərimə meydançasına sürsün. O avtomobilə onun istəmədiyi təqdirdə başqa insanın əyəşməsinin qanunsuz oldunu bildirdikdən sonra idarə etdiyi **- OE-*** avtomobilin qeydiyyat şəhadətnaməsini və onun sürücülük vəsiqəsini ondan alaraq Yasamal rayonunda yerləşən duracağa doğru onu avtomobillə təqib etməyini söyləmişdir. O, xx.xx.2023 tarixində X15 təlimatına uyğun olaraq avtomobilini duracağa yerləşdirmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər RPİ-nin DYPŞ-nin tərəfindən qəbul edilmiş 03 iyul 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə başlanmış X14 iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Bakı şəhər RPİ-nin DYPŞ-i tərəfindən qəbul edilmiş 03 iyul 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X22 Şöbəsinin nümyəndəsi X10 bildirdi ki, “BMW 528İ” markalı **-OE-*** dövlət qediyyat nışanlı avtomobilin üzərində 245/35 R20 və 275/30 R20 ölçülü şinlər və disklərin olduğu üçün X9 barəsində qərar qəbul olunmuşdur. Hesab edir ki, 03 iyul 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir və şikayəti əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X9 əməlində İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 03 iyul 2023-ci il tarixli TP seriyalı ******* nömrəli X14 iş üzrə qərar ləğv edilərək başlanılmış X14 icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPŞ tərəfindən qəbul edilmiş 03 iyul 2023-ci il tarixli TP seriyalı ******* nömrəli X14 iş üzrə qərarından görünür ki, X9 25 iyun 2023-cü tarixdə saat 00:07-də “BMW 528İ” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. “BMW 528İ” markalı avtomobilin texniki xüsusiyyətlər kitabçasından görünür ki, həmin avtomobil üçün 245/35 R20 və 275/30 R20 ölçülü şinlər və disklərin istifadəsinə icazə verilir. Qeyd edilən 03 iyul 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü X9 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXMnin 342.2.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Qeyd edilən 03 iyul 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, qərarda istinad edilən törədilməsi ehtimal olunan inzibati xətanın törədildiyi tarixdə yəni 19 iyun 2023-cü il tarixdə X6 “BMW 528İ” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “X16” Azərbaycan Respublikası Qanunun hər hansı müddəasının pozulması faktı sübütlarla öz təsdiqini tapmadığından onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində göstərilən inzibati xətanın törədilməsi sübuta yetirilmir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində X14 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X14 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X14 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X14 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən X14 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X14 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması X14 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X6 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X22i Şöbəsi tərəfindən qəbul edilmiş 03 iyul 2023-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, X9 əməlin törədilməsində təqsirsiz bilinməli və həmin X14 iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən X14 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən X14 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X14 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X6 şikayəti təmin olunsun. X9 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X22i Şöbəsi tərəfindən qəbul edilmiş 03 iyul 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X14 iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X22i Şöbəsi tərəfindən qəbul edilmiş 03 iyul 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X6 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar