Məhkəmə qərarları › İş №3(004)-3777/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3777/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3777/2023 21.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 11-də olan (VÖEN **********) Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-in 444.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli məktubda satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Protokol tərtib etmiş şəxs səlahiyyətli orqanın nümayəndəsi X3 məhkəmə iclasında protokolu müdafiə edərək göstərdi ki, vətəndaşın ünvanladığı məktubda Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Bu səbəbdən də protokol tərtib edilmişdir. Ona görə də inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, protokol əsassızdır. Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra “Xidmət”) "Maymed-Avis” MMC (bundan sonra "Şirkət”) barəsində İXM-in 444.2-ci maddəsi əsasında xx.xx.2023-cü il tarixli, ******* saylı protokol (bundan sonra '’Protokol”) tərtib edərək qərar qəbul olunması üçün Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Protokolda inzibati xəta hadisəsini sübut edən fakt qismində Şirkətin xx.xx.2023-cü il tarixli məktubu göstərilmişdir. Belə ki, həmin məktubda Şirkət bildirmişdir ki, X4 “Wolt” tətbiqi vasitəsilə dərman vasitələrini sifariş etmişdir. Şirkətlə həmin tətbiqi idarə edən "Volt Azərbaycan” MMC (bundan sonra '’Volt”) arasında, eləcə də vətəndaşla həmin şirkət arasında müqavilələri imzalanmışdır. Həmin müqavilələrə əsasən malların dəyişdirilməsi və ya geri qaytarılması üçün sifarişçi (vətəndaş) Volta müraciət etməlidir. Volt Şirkətə bununla bağlı müraciət etdikdə dərman vasitələrinin əvəzində ödənilən vəsaitin geri qaytarılması həyata keçiriləcəkdir. Məktubun sonunda Şirkət vətəndaşın Volta müraciət etməsini tövsiyə etmişdir. Göründüyü kimi Xidmətin Protokolu tərtib etmək üçün istinad etdiyi Şirkətin məktubunda Şirkət vətəndaşın mal dəyişdirmə və ya geri qaytarma tələbindən imtina etməmişdir, Voltla bağlanmış müqavilələrin şərtlərinə əsasən Volta müraciət etməsini xahiş etmişdir. Xidmət nəzərə almamışdır ki, Volt, Şirkət və X4 arasındakı münasibət sadə alqı-satqı deyil, informasiya sistemlərindən istifadə edilməklə aparılan malların alqı-satqısı yəni, elektron ticarətin bir növüdür, Elektron ticarət isə Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Elektron ticarət haqqında qanunu ilə tənzimlənir həmin qanunun 1.0.2-ci maddəsinə əsasən elektron ticarətin iştirakçıları satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslərdən ibarətdir. 1.0.5-ci maddəyə əsasən elektron sənəd dövriyyəsi vasitəçisi elektron sənədi göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxsdir. Həmin qanunun 4.1.5-ci maddəsinə əsasən elektron ticarətin prinsiplərindən biri müqavilə azadlığıdır. 4.2-ci maddəyə əsasən hüquqi və fiziki şəxslərin elektron ticarət sahəsində hüquq və vəzifələr əldə etməsinə və həyata keçirməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhdudiyyətlər qoyula bilər. 4.4-cü maddəyə əsasən hüquqi və fiziki şəxslər elektron ticarət sahəsində hüquq və vəzifələrini qanunvericiliyə və bağladıqları müqavilələrə əsasən əldə edir və həyata keçirirlər. 5.6-cı maddəyə əsasən satıcı (təchizatçı) elektron ticarət çərçivəsində malların (işlərin, xidmətlərin) təqdim edilməsini İnternet şəbəkəsi vasitəsilə ödəmək imkanı verən ödəniş proqramının təminatçısı ilə bağlanmış müqavilə əsasında həyata keçirir. Bu elektron alqısatqıda Şirkət satıcı (təchizatçı), Volt elektron sənəd dövriyyəsi vasitəçisi, X4 isə alıcıdır. Qanuna müvafiq olaraq Volt və vətəndaş arasında müqavilə imzalanmışdır. Belə ki, hər bir vətəndaş "Wolt” tətbiqini yükləyərək ondan istifadə etmək istədikdə ilk öncə “İstifadəçilər üçün Xidmət şərtləri” ilə tanış olaraq onu qəbul edir və daha sonra alış-verişə başlayır. Həmin şərtlərin giriş hissəsində göstərilir ki, “Wolt Xidmətindən istifadə etməklə, siz, İstifadəçilər üçün bu Xidmət Şərtləri 'də razılaşmış olursunuz (“Xidmət Şərtləri”'). Xahiş edirik Wolt xidmətindən istifadə etməzdən əvvəl aşağıdakı Xidmət Şərtlərini diqqətlə oxuyun. Əyər Xidmət Şərtləri ilə razı deyilsinizsə. Wolt Xidmətindən 'İstifadə etməməyinizi xahiş edirik. Bu Xidmət Şərtləri, Wolt Xidmətindən hər hansı bir istifadəyə və bunun əsasında bağlanmış Alqı-satqı müqavilələrinə şamil edilir. Wolt Xidmətinin daha ətraflı təsviri və sistem tələbləri haqqında məlumat wolt.com saytında mövcuddur. Həmin şərtlərdə istehlakçıların ləğvetmə hüququ nəzərdə tutulmuşdur. Şərtlərin 4.2-ci maddəsində göstərilir ki, əgər siz istehlakçısmızsa Azərbaycan Respublikasının qanunvericilik müddəalarına uyğun olaraq ləğvetmə hüququnuz var. Bu Xidmət Şərtləri çərçivəsində istehlakçı dedikdə, Woll Xidmətindən istifadə edən və Sifarişləri əsasən onların kommersiya və ya müstəqil peşəkar fəaliyyətinə aid edilə bilməyən məqsədlər üçün yerləşdirən hər hansı fiziki şəxs nəzərdə tutulur. 4.4-cü maddəyə əsasən ləğv etmə hüququnun mövcud olduğu məhsulların alqı-satqı müqaviləsini ləğv üçün səbəb göstərmədən Sifariş üzrə məhsulların çaldırıldığı gündən 14 gün ərzində ləğv etmək hüququna maliksiniz. Ləğv etmə hüququnuzu həyala keçirmək üçün siz 14 gün ərzində aydın bəyanat (məsələn, e-poçı və ya Wollıın ləlbiqdaxili müştəri xidməti çalı vasitəsilə göndərilən mesaj) vasitəsilə ləğv etmə qərarınız barədə Wolt-a məlumat verməlisiniz. Sifarişin izdək i məhsulların ticarətçisi kimi Tərəfdaş, özünün adından ləğvelmə bildirişini almaq üçün Wolı-a səlahiyyət vermişdir -1.5 d maddə}ə əsasən əgər alğı-satqı müqaviləsini ləğv etsəniz. Wolt Müqavilə xə va onun bir hissəsinə əsasən sizdən aldığı bütün ödənişləri, o cümlədən çatdırılma haqqını (va müvafiq hallarda xidmət haqqını) satınalmanı ləğv etdiyiniz barədə bildiriş alınan tarixdən ən geci 14 gün ərzində sizə qaytarır. Göründüyü kimi Şirkət Xidmətə yazdığı xx.xx.2023-cü il tarixli cavab məktubunda Vollla bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq X4nın geri qaytarma üçün Volta müraciət etməsini tövsiyə elmişdir. Amma Xidmət tərəflər arasındakı münasibətin elektron ticarətdən yarandığını, vətəndaşın tanış olaraq qəbul eldiyi "İstifadəçilər üçün Xidmət şərtlərinin müddəalarını nəzərə almadan Şirkətin İXM-in 444.2-ci maddəsinin tələblərini pozması qənaətinə gəlmişdir. Bildirir ki, Voltla Şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli 734301 saylı Partnyor Xidməti Müqaviləsində də vətəndaşların (istifadəçilərin) tələblərinin qarşılanması üçün prosedur müəyyən edilmişdir. Belə ki, həmin müqaviləyə xx.xx.2022-ci il tarixdə edilmiş 1 saylı Əlavənin İ bəndinə əsasən Müqavilənin 2.7-ci maddəsinə dəyişikliklər edilmişdir. Həmin maddədə müəyyən edilmişdir ki, Partnyor (Şirkət) Volta Partnyorun adından hər satış məntəqəsi üzrə 50 AZN-dək olan hər hansı tələblər üçün İstifadəçilərə, əgər bu cür tələb haqlı hesab edilirsə. Partnyorun icazəsi olmadan bu Müqaviləyə əsasən kompensasiya ödəməsi üçün səlahiyyət verir, bir şərtlə ki, Partnyorla yazılı şəkildə hər hansı digər prosedur razılaşdırılmasın. Hər hansı satış məntəqəsi üzrə 50 AZN-dən yuxarı olan hər hansı tələblər, bu Müqaviləyə əsasən, hər zaman Partnyor ilə məsləhətləşərək həll edilməlidir. Hazırki bəndə əsasən Volt tərəfindən Partnyorun adından İstifadəçiyə ödənilmiş hər hansı kompensasiya məbləği Partnyora ödənilən ödənişlərdən çıxılır. Həmçinin, Əlavədə hazırki işin hallarına oxşar vəziyyətlərdə Voltun məsuliyyəti nəzərdə tutulmuşdur. Belə ki, yuxarıda sadalanan 2.7-ci maddənin son cümləsinə əsasən Volt, sifariş və ya ödəniş prosesinə aid olan hər hansı bir şikayət və kompensasiya üçün bunun Volt ilə və ya Partnyor Tətbiqetməsində baş vermiş səhvlə əlaqəli olduğu halda məsuliyyət daşıyır. Hazırki işdə X4 Volta müraciət edir ki, aldığı dərman vasitələri geri qaytarılsın və əvəzi ödənilsin, amma Volt bundan imtina edir. Həmçinin Xidmət Volta da müraciət edərək şikayətin araşdırılmasını və cavablandırılmasını tələb edir. Volt cavabında vətəndaşın şikayətinin haqlı olmadığını və geri qaytarma üçün əsas olmadığını bildirir. Halbuki, Voltun Partnyor müqaviləsinə əsasən dərman vasitələrinin əvəzində ödənilmiş 8.43 AZN məbləğində pul vəsaitini ona qaytarmaq imkanı mövcud idi. Şirkət qabaqcadan buna yazılı razılığını vermişdi. Amma Xidmət bütün bunlara baxmayaraq dərman vasitələrinin geri qaytarılmasından imtina edən Volt barəsində deyil, vətəndaşın geri qaytarma üçün müraciət etmədiyi, Xidmətə yazdığı məktubda geri qaytarmadan imtina etməyən, müqavilə ilə istifadəçilərə öz adından 50 AZN-dək kompensasiya ödəmək hüququnu qarşı tərəfə ötürən Şirkət barəsində protokol tərtib etmişdir. X4 ümumiyyətlə dərman vasitələrinin geri qaytarılması ilə bağlı Şirkətə müraciət etməmişdir. Bu fakt onunla Şirkət əməkdaşı arasında “Whatsapp” tətbiqi üzərindən aparılan xx.xx.2023-cü il tarixli səsli mesajlarla təsdiq edilir. Əməkdaşın Şirkətə müraciət edilib-edilməməsinə dair sualına X4 "müraciət etməmişəm” deyə cavab vermişdir, davamında isə Volta müraciət eldiyini bildirmişdir. Onun dediyinə görə Volt onun müraciətini müsbət cavablandırmamışdır. Maraqlıdır ki, Xidmət həm Volta, həm də Şirkətə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək məsələyə baxıb qanunamüvafıq tədbirlərin görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir. Volt cavab məktubunda göstərmişdir ki, "Kardiomagnil” adlı məhsul Almaniya istehsalıdır və "Wolt” tətbiqində həmin dərman üzərində yazılar eləcə də rus dilində olduğu öz əksini tapır. "Aspirin Kardio 100 mg N28 Tabletlərin üzərində də onun Almaniya istehsalı olduğu barədə məlumat verilib. Göründüyü kimi Volt "İstifadəçilər üçün Xidmət şərtləri"nin 4.5-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin ləğv edilməsi təqdirində mallara dair ödənişləri istehlakçıya qaytarmaq öhdəliyi daşımasına baxmayaraq bunu etməmiş və istehlakçının tələbinin haqlı olmadığım göstərmişdir. Şirkət isə xx.xx.2023-cü il tarixli cavab məktubunda mübahisənin mahiyyətinə toxunmamış, ödənişin qaytarılması üçün prosedura uyğun olaraq Volt şirkətinə müraciət edilməsini və bu təqdirdə ödənişin geri qaytarılacağını göstərmişdir. Bütün bunlara baxmayaraq Xidmət müqavilə ilə ödənişi istehlakçıya geri qaytarmaq öhdəliyi daşıyan, amma bundan imtina edən Volt barəsində deyil, Şirkət barəsində Protokol tərtib etmişdir. tXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Xidmət həmin maddənin ziddinə olaraq Şirkəti İXM- in 444.2-ci maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan X1 Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda Avis aptekdən alınmış dərman vasitələri ilə bağlı, yəni dərman vasitələrinin üzərindəki yazılar və reklamı ilə bağlı narazılığını bildirmişdir. Nə həmin məktubda, nə də ki iş materillarına əlavə edilmiş hər hansı bir sənəddə konkret olaraq Avis aptekdən, o cümlədən Şəxs MMC-dən alınmış hər hansı bir dərmanın, o cümlədən hər hansı bir məhsulun 14 gün müddətində geri qaytaralması və ya dəyişdirilməsi üçün hər hansı bir vətəndaşın Avis aptekə və ya Şəxs MMC-yə müraciət etməsi, lakin həmin aptekin və ya Şəxs MMC-nin həmin dərmanı, məhsulu geri qaytarmaqdan imtina etməsinə və ya dəyişdirilməməsinə dair hər hansı bir faktı özündə əks etdirən sübut mövcud deyildir. Məhkəməyə belə bir sübut təqdim edilə bilmədi. Halbuki İXM-nin 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə inzibati xəta kimi müəyyən edilsə də, həmin maddədə göstərilən əməl təsdiqini tapmamışdır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar