Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3788/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin AP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, xx.xx.2023-cü il tarixdə yaşadığı Yasamal rayon ərazisində YPX-nin əməkdaşı (adı sonradan məlum olan) Qocayev Təyar qeyri-qanuni hərəkətlərə yol vermişdir və səhərisi gün protokol yazmışdır, ilk olaraq onu sükan arxasında saxlatmayıb, o, tratuarla market və aptekə piyada şəkildə gedən zaman YPX əməkdaşı onu arxadan çağıraraq özünü təqdim etmədən avtomobilinə yaxınlaşmasını tələb edib yaxınlaşmış (saxlanılma göstərişi olmayıb) ( qanuni və hüquqi baxımından sürücü sükan arxasında sürücüdür). Hətta sükan arxasında olsa belə həkim müayinəsinə aparılma qaydası qanuni şəkildə yerinə yetirilməyib. Əgər qanuni, rəsmi qaydada aparılmayıbsa hansı qanun qaydadan imtina etmiş hesab oluna bilər ki. Sükan arxasında hərəkət zamanı saxlanılma göstərişi varsa avtoregistratordan və ya yaxalarında olan səs yazan aparatdan təqdim edilmir. Sağa dönmə nişanından isdifadə etmədiyi barədə səhəri gün ittiham irəli sürülür, lakin hərəkət edən zaman isdifadə edir. YPX əməkdaşları onu avtomobillərinə əyləşdirib bildirmişlər ki, tibbi müayinə məntəqəsinə aparırlar. O da YPX əməkdaşlarının avtomobilinə əyləşib tibbi müayinə məntəqəsinin qarşısına gəlmişdir. Orada YPX əməkdaşları avtomobildən düşmüşlər yerə, avtomobilin qapılarını bağlamışlar, o isə avtomobildə tək qalmışdır. Avtomobildə tək qaldığı üçün təlaşlanmış və qapını açıb qaçmağa başlamış, YPX əməkdaşları onun dalınca düşmüş, yolda ayağı səkiyə ilişib yıxılmışdır. Bu məsələyə, qanunla müəyyən olunmuş qaydalara, qanuni və hüquqi qiymətin verilməsini və qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin AP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən X6 02 may 2023-cü il tarixdə saat 00:35 radələrində “MERCEDES BENZ C180 minik” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu ərazisində hərəkət edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsinə görə İXM-in 329.3 və 343.1-ci maddələri ilə təqsirli bilinib 400 manat cərimə edilmişdir. AP 021289 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən F.Allahverdiyev İXM-in 329.3 və 343.1-ci maddələri ilə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, şikayətin məzmununda da görünür ki, şəxsin təqsirli bilindiyi və tənbeh edildiiyi inzibati xəta hadisəsi baş vermişdir. Ona görə də şəxsin inzibati xəta törətməsi öz təsdiqini tapır. Həmçinin, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bundan əlavə iş materiallarındakı videoyazıdakı görüntüllərdən görünür ki, X6 qaçır, 2 nəfər YPX əməkdaşı isə onun dalınca düşüblər. X2 səndələyə qaçaraq səkidə yerə yıxılır, yerə yıxıldıqdan sonra YPX əməkdaşları ona yaxınlaşaraq onun tutub yerdən qaldırırlar. İş materiallarındakı “cinayət işinin başlanmasının rədd edilməsinə dair” xx.xx.2023cü il tarixli qərardan görünür ki, X6 həmin qərarda ixzahatında da bildirmişdir ki, YPX əməkdaşları onu tibbi müayinəyə gətirmişlər, orada avtomobildə olarkən təlaşlandığı üçün avtomobilin qapısını açıb qaçmışdır. Həmin qərarda Yasamal RPİ DYPŞ əməkdaşı X9 izahatında göstərmişdir ki, xx.xx.2023-cü ildə X6 xidməti avtomobillləri ilə tibbi müayinəyə gətirilmiş, tibbi müayinə məntəqəsinin qarşısında X6 xidməti avtomobildən düşüb qaçmaq istəmiş, lakin qaçarkən ayağı büdrəyərək yerə yıxılmışdır. Bundan sonra ona saxlamışlar və tibbi myayinə üçün həkimin yanına gətirmişlər, o həkimin yanında müayinədən imtina etmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin AP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3788/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3788/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver