Məhkəmə qərarları › İş №3(004)-3790/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3790/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3790/2023 10.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyiilə, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X3ndən daxil olmuş inzibati xəta haqqında 10 iyul 2023-cü il tarixli İXP seriyalı ******* saylı protokola (Yasamal RPİ DYPŞ-nin inspektoru X1 tərəfindən tərtib edilmiş) və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Yasamal rayon Polis İdarəsi Dövlət X3 tərəfindən 10 iyul 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdırılaraq, protokol və digər sənədlər düzgün tərtib olunmamış, inzibati icraata zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs sərxoşluğun təyini ilə bağlı keçirilməmiş, onun sərxoşluq dərəcəsi müəyyən edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Bu çatışmamazlıq protokolu tərtib etmiş səlahiyyətli şəxs (vəzifəli şəxs) tərəfindən tamamlanmalıdır. Məhkəmə bu çatışmamazlığı barəsində protokol tərtib etmiş şəxsin ziddinə olaraq, onun əlehinə sübut toplamamalıdır. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyildir. Belə ki, protokolda qeyd edilmişdir ki, həmin protokol cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 iyun 2023-cü il tarixli qərar əsasında tərtib edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, 1. Vətəndaş Şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sərxoş vəziyyətdə avtomobil idarə edərək zərərçəkmiş şəxsin sağlamlığına YÜNGÜL dərəcəli bədən xəsarəti yetirməsinə görə “Baic X3” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilsin. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 iyun 2023-cü il tarixli qərar nəzərdən keçirilərkən Şəxs sərxoşluğun təyini ilə bağlı müayinədən keçirilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-cu maddərinə əsasən, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 10 iyul 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X3nə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar