Məhkəmə qərarları › İş №3(004)-3791/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3791/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3791/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə 05 iyun 2025-ci il tarixli, MN ******* saylı və 05 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 05 iyun 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə ictimai asayişi pozaraq polisin qanuni tələbinə riayət etməmişdir. İnzibati xəta haqqında 05 iyun 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə ictimai asayişi pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində xidmətdə olan zaman Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında uca səslə mobil telefonla danışaraq əxlaqsız söyüşlər söydüyü üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, bu zaman həmin şəxs suallara qeyri-adekvat cavab verdiyi və ictimai asayişi pozduğu üçün tərəflərindən 29-cu PŞ-nə dəvət edilmiş, lakin Şəxs bu zaman yenidən yüksək səslə ünvansız küçə söyüşləri söyməyə və onların qanuni tələbinə riayət etməyərək tabesizlik etməyə başlamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, 20 Yanvar metrostansiyası tərəfdə işlə bağlı telefonla danışmış, əsəbi olduğu üçün söyüş söymüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq söyüş söyməməyini bildirmişlər. Ancaq o, yenə də söyüş söyməyə davam etmişdir. Daha sonra polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 05 iyun 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə ictimai asayişi pozaraq polisin qanuni tələbinə riayət etməmişdir. İnzibati xəta haqqında 05 iyun 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə ictimai asayişi pozmuşdur. “İnzibati qaydada tutma haqqında” 05 iyun 2025-ci il tarixli, AZA 024424 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00-da tutulmuşdur. 04 iyun 2025-ci il tarixli, 2/23265 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs həmin tarixdə tibbi müayinədən keçirilən zaman ayıq olmuşdur. Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi, polis kapitanı Elvin Məmmədov və həmin şöbənin əməliyyat müvəkkili, polis kapitanı Fuad Məmmədov tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi polis polkovnik-leytenantı Fəxrin Bektaşiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, raportun məzmunu “xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində xidmətdə olan zaman Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında 1 (bir) nəfər şəxsin uca səslə mobil telefonla danışaraq küçə söyüşləri söydüyünü aşkar etdik. Həmin şəxsə yaxınlaşıb özümüzü təqdim edən zaman verilən suallara qeyri-adekvat cavab verdiyi və ictimai asayişi pozduğu üçün tərəfimizdən 29-cu PŞ-nə dəvət edilən zaman yenidən yüksək səslə ünvansız küçə söyüşləri söyməyə və polisin qanuni tələbinə riayət etməyərək tabesizlik etməyə başladı. Şöbədə həmin şəxsin xx.xx.2003-cü il təvəllüdlü Şəxs olduğu müəyyən edildi. Qeyd olunanları nəzərə alaraq, həmin şəxs barəsində müvafiq tədbir görülməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm” şəklində olmuşdur. Şəxs polis şöbəsində verdiyi yazılı izahatından görünür ki, o, həqiqətən də xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində Yasamal rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında işlə bağlı dostu ilə telefonla danışarkən uca səslə söyüş söydüyü üçün polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edərək ictimai asayişi pozduğunu izah etdiyini, onu 29-cu PŞ-nə dəvət edən zaman yenidən ünvansız söyüşlər söydüyünü, şöbəyə dəvət edilərkən polisin qanuni tələblərinə tabe olmadığını, etdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş polis əməkdaşının izahatı və barəsində icraat aparılan şəxsin izahı əsasında müəyyən edilmişdir ki, 05 iyun 2025-ci il tarixdə saat 01:00 radələrində 20 Yanvar metrostansiyasının yaxınlığında Şəxs ictimai yerdə nalayiq ifadələr işlətmiş və bu hərəkəti ilə ətrafdakıların normal rahatlığını və ictimai asayişi pozmuşdur. Hadisə yerində xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq özünü təqdim etməsini və nalayiq sözlərə son qoymasını tələb etdikdə, Şəxs bu qanuni tələblərə tabe olmamış, polis əməkdaşının şəxsiyyətini müəyyən etmək məqsədilə onu bölməyə dəvət etməsinə baxmayaraq, tabesizlik göstərmişdir. Məhkəmədə izahat verən polis əməkdaşının ifadəsi ardıcıl, dəqiq və daxili ziddiyyətsizlik olmadan təqdim edilmiş, protokolun məzmununu tam şəkildə təsdiqləmişdir. Barəsində inzibati icraat aparılan şəxs izahatında törətdiyi hadisəni etiraf edərək həqiqətən də ictimai yerdə ucadan danışaraq söyüş söydüyünü, polis əməkdaşları ilə qarşılıqlı təmasda olduğunu və bölməyə aparıldığını təsdiq etmişdir. Təqsirləndirilən şəxsin izahları bu xüsusda ümumi və əsaslandırılmamış xarakter daşıdığından, xətanın baş vermədiyini sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün izahatı, inzibati materialda olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, Şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkəti davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır (İXM 33.1.1). Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həsbetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 05 iyun 2025-ci il tarixdən, saat 01:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsi ilə barəsində 20 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 05 iyun 2025-ci il tarixdən, saat 01:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar