Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3794/2020 25.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Azərbaycan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin xx.xx.2020ci il tarixli, İXP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, atası Şuşa şəhərindən məcburi köçkün X2 (Qarabağ veteranı) müvafiq icra orqanının təyin etdiyi obyektdə X3 ticarətlə məşğul olduğu zaman Yasamal rayon ÇPA tərəfindən **-AP-*** dövlət qeydiyyat nömrəli xidməti avtomobillə onu 29-cu polis bölməsinə aparmışlar. Onlara haqsız səbəbdən apardıqlarını söylədiyi zaman ona çox danışdığını və avtomaşına oturmayacağı halda zorla (qolunu buraraq) avtomaşına salacaqlarını bildirmişlər. O, etiraz etmədən onların xidməti avtomobili ilə 29-cu polis bölməsinə getmişdir. Bu hadisə xx.xx.2020 (MN №0729470) baş vermişdir. Onun etirazlarına baxmayaraq protokol tərtib olunmuşdur. Protokola etiraz etməyinə baxmayaraq, bölmənin əməkdaşı Həsənov Yusif ona hədə-qorxu gələrək, yəni protokola etiraz yazdığı halda, cəriməni yerində ödəməyəcəyi halda onu buraxmayacağını və məhkəməyə çıxaracağı ilə hədələmişdir. O, 29-cu bölmədə olan zaman evdən ona Qarabağ veteranı və insult xəstəsi olan atasının yatağından yıxıldığı haqqında telefonla məlumat verilmişdir. O isə polisə bu haqda məlumat vermiş və atasının vəziyyətini izah edib protokolu yazıb onu azad etmələrini tələb edəndə ona yenidən kobud davranaraq qolundan dartışdırıb üstünə qışqırıb yenidən məcburi imza çəkdirmək istəmişlər. Bu hadisədə başqa əməkdaş da üstünə qışqıraraq, o, haqqını tələb etdiyi halda onu hədələmişlər. Bu zaman səsə idarənin daha böyük vəzifəli əməkdaşı yaxınlaşaraq nə baş verdiyini soruşmuş və o, vəziyyəti ona izah etdikdən sonra, Hətəmov Yusifə onun haqlı olduğunu və protokolu yazıb azad edilməsini ona əmr etmişdir. Bundan sonra onu azad etmişlər. 16:40 radələrində girdiyi 29-cu polis bölməsindən 18.30 radələrində azad olmuşdur. O, Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunun 454-cü maddəsini (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir.) əlində əsas tutaraq hesab edir ki, heç bir qanun pozuntusuna yol verməmişdir. Çünki o, ona icazə verilən yerdə ticarətlə məşğul olmuşdur. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, ticarətlə məşğul olduğu dükanın rəsmi sənədi olmasa da, kommunal xərclərini o ödəyir. Onun fərdi sahibkar kimi VÖEN-i də mövcuddur. Həmin dükan müvafiq plana düşdüyü üçün sökülməlidir və ona kompensasiya ödənilməsi də nəzərdə tutulmuşdur. Belə ki, o, dükanda qalan malları dükanın qapısından asmaqla müştərilərə təqdim etmişdir ki, əlindəki mallar batmasın. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından görünür ki, X3 xx.xx.2020-ci il tarixdə saat 16:40-da Yasamal rayonu, 2-ci Alatavada qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğuna görə barəsində xx.xx.2020-ci il tarixli, ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, şikayət vermiş X3 öz şikayətini əsaslandıran sübutları, o cümlədən qanuni ticarət fəaliyyəti ilə bağlı məhkəməyə heç bir dəlil təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3794/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3794/2020
25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver