Məhkəmə qərarları › İş №3(004)-3798/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3798/2022

13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3798/2022 13.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Yasamal Rayon X7 şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikası DİN Yasamal Rayon X7 şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal rayon X7 Şöbəsinin Yol patrul Xidməti İnspektoru tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Bakı şəhəri, Yasamal rayon X7 Şöbəsinin xx.xx.2022-ci il tarixli TP5113329 nömrəli İnzibati Tənbeh vermə haqqında elektron qərar qəbul edilməklə o, Azərbaycan Respublikası İnzibati .Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri, Yasamal rayon X7 Şöbəsinin əməkdaşları iddia etmişdir ki, güya o, manevr etmə qaydalarının pozulmuşdur. Lakin nəzərə alınmalıdır ki, belə hal baş verməmişdir. Bakı şəhəri, Yasamal rayon X7 Şöbəsinin əməkdaşları ona qarşı əsassız və qərəzli mövqe tutmuşdurlar. Belə ki qaydanı onun qarşısındakı avtomobil sürücüsü pozmuşdur. Lakin yol polisi araşdırma aparmadan hər ikisi barəsində protokol tərtib etmişdir. Əslində o, heç bir inzibati xəta törətməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 tərəfindən verilmiş şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verilən orqanın nümayəndəsi X3 Azərbaycan Respublikası DİN Yasamal Rayon X7 şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarın əsaslı olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda qeyd etdiklərini əsaslandırmaq üçün hadisə baş vermiş yerin fotoşəklini məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş X2 Azərbaycan Respublikası DİN Yasamal Rayon X7 şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından görünür ki, X4 xx.xx.2022-ci il tarixdə 19:20-də Əsəd Əhmədov küçəsi ilə D.Bünyadzadə kəsişməsində “Mazda 3” minik markalı Az ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə barəsində protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildə, X2 xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarda göstərilmiş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X4 onun barəsində qəbul edilmiş İXP4725286 saylı protokol üzrə qəbul edilmiş inzibati qərar üzrə təyin edilmış cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Yasamal Rayon X7 şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Yasamal Rayon X7 şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar