Məhkəmə qərarları › İş №3(004)-3805/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3805/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3805/2024 06.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Dövlət X8 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Dövlət X6 daxil olmuş İXP seriyalı ******* nömrəli, 09 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs inzibati xəta törədilən zaman mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə etiraz təqdim edərək öz izahatında bildirmişdir ki, “Khazar LX minik” markalı, 99- PU-685 dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 iyul 2021-ci il tarixli **********31 nömrəli razılıq məktubuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun balansından Nazirliyin tabeliyində X3 Xidmətinin balansına verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasından görünür ki, qanunverici maddə üzrə inzibati xəta tərkibinin yaranmasının əsası kimi ilk növbədə nəqliyyat vasitəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olması kimi şərtləri müəyyənləşdirir. Qeyd olunanlar və işin araşdırılmış hallarından müəyyən olur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Dövlət X10 tərəfindən tərtib edilmiş 09 iyul 2024-cü il tarixli İXP ******* nömrəli protokolunda qeyd olunan “Khazar LX minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fondun nə mülkiyyətində, nə də istifadəsində olmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X2 avtomobilin DSMF-nin balansından çıxarılması ilə bağlı səlahiyyətli dövlət orqanına məlumat verildiyini bildirmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmiş və nümayəndənin iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 09 iyul 2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs Yasamal Rayon Polis İdarəsinin Dövlət X10nin sorğusuna əsasən mülkiyyətində olan “KHAZAR LX MİNİK” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Yasamal Rayon Polis İdarəsinin Dövlət X10nə təqdim etməmişdir. Bakı şəhəri Yasamal rayon Dövlət X10 tərəfindən Şəxsnə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs ünvanında 14 iyun 2024-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. Poçt qəbzinin üzərində olan ştrix-kod (SX007996506AZ) "xxxx" MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Yasamal Rayon Dövlət X6 Dövlət Sosial Müdafiə Fondu” X4 ünvanına göndərilən sorğu 17 iyun 2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondu” X4 ünvanına çatdırılmışdır. Şəxs etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 iyul 2021-ci il tarixli, **********31 nömrəli razılıq məktubuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun balansında olan və bu məktuba əlavə edilən siyahıda qeyd olunan nəqliyyat vasitələrinin Nazirliyin tabeliyində olan qurumların və Fondun struktur bölmələrinin balansına verilməsinə etiraz edilməmişdir. Həmçinin Şəxs etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli, **********8 nömrəli sərəncama əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatının balansında olan xidməti minik avtomobillərinin balansdan-balansa verilməsi təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı X9n nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 iyul 2021-ci il tarixli, **********31 nömrəli razılıq məktubuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun balansında olan və bu məktuba əlavə edilən siyahıda qeyd olunan nəqliyyat vasitələrinin Nazirliyin tabeliyində olan qurumların və Fondun struktur bölmələrinin balansına verilməsinə etiraz edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli, **********8 nömrəli sərəncama əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatının balansında olan xidməti minik avtomobillərinin balansdan-balansa verilməsi təmin edilmişdir. Ancaq Bakı şəhəri Yasamal Rayon Dövlət X10 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə protokol tərtib etmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon Dövlət X6 daxil olmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolu, Şəxs nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədləri və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, polis orqanı tərəfindən Şəxsnə ünvanlanmış sorğu əslində “X3 Xidmətinə” ünvanlanmalı olduğundan, yəni protokol yalnış şəxs barəsində tərtib edildiyindən Şəxsnə münasibətdə onun əməlində inzibati xəta tərkibinin olması istisna olunur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xəta mövcud olmadığı üçün əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar