Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-381/2021 05.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən İXM-in 53, 135, 211-ci maddələrini üstün tutaraq - inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ümumdünya pandemiya vəziyyəti ilə əlaqədar Respublikamızdada Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın yeritdiyi xüsusi karantin rejiminin qaydalarına riayət etmək bir vətəndaş kimi onun da konstitusion borcudur. Lakin və təəsüflər olsun ki, mart 9 Milli Məclis tərəfindən qəbul edilmiş və qüvvəyə minmiş İXM-ın 211 maddəsinin sanksiyasını vətəndaşlara və öz timsalında ona tətbiq edilərkən, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilmişdir. Hüquqi əsaslar: beləki, o, xx.xx.2021-ci il tarixdə saat 20:54, 8103 çağrı mərkəzi tərəfindən müraiəti “3 saat buraxılsın” təsdiqləndi, saat 23:54-də kimi. Qeyd etmişdir ki, bu vaxt ərzində o, marketdən alış-verişlərini edərək, ağır xəstə olan atası üçün dərmanlar alırdı. Aptekdən evə qayıdarkən, evinin qapısının önündə DYP və Yol patrul xidmətinin əməkdaşları tərəfindən saat 23:50-də saxlanmış, onlara buraxılış mesajını təqdim etmiş, demişdir ki, “baxın, mənim vaxtımın başa çatma anı 23:54 düşür”, vaxtımın sona çatmağına 4 dəqiqə qaldığını görən polislərə qapılarının önündə olduğunu desə də, onlar onu söhbətə tutub sonra şəxsiyyət vəsiqəsini təstiq edən sənədin şəklini çəkdilər, evə gəldikdə portaldan cərimə yazıldığını gördü. Hörmətli məhkəmə, şəffaf bir faktı da qeyd etmişdir ki, yoxlanışa qədər düz 35 dəqiqə tıxacda qalmışdır. Çox təssüflər olsun ki, 211-ci maddənin tələbləri bəzi polis əməkdaşları tərəfindən bilərəkdən və ya bilməyərəkdən qanunun düzgün tədbiqindən uzağlaşırlar. İnzibati tənbeh vermə haqqında qərardan tam aydın görsənir ki, ona yazılan qərar zamanı icazəsi olub. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin MN ******* saylı xx.xx.2021ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx.xx.2021-ci il tarixdə elektron və “SMS” icazələri olmadığına görə İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin şikayətə əlavə edilmiş iş materiallarında olan X4 elektron sistemdən çıxarışdakı məlumatlarına əsasən o, Sms-icazə ilə yaşayış yerini tərk etmişdir, xx.xx.2021ci il tarixdə saat 17:10-da 3 saat müddətində və 20:39-da 3 saat müddətində yaşayış yerini tərk etmək üçün icazəsi təsdiq edilmişdir. Bununla da şəxs xx.xx.2021-ci il tarixdə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır və təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 211.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-381/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-381/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver