Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-381/2025 10.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X1 iclas katibliyi, Şəxs direktoru Nümayəndə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixində, saat 10.26 və 12.21-də Nərimanov rayonu ərazisində Toyota 99UP960 və Mersedes 99BL050 dövlət qeydiyyat nişanlı taksi minik avtomaşına verilmiş taksi sifarişləri barədə məlumatların “AYNA” İS-ə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi müəyyən edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən "Efir-AZ” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında 22 yanvar 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 tərtib olunmuş protokolu müdafiə edərək, bildirdi ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.1-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin 3.1.2-ci yarımbəndinin və “Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 144 nömrəli Qərarının tələblərinə uyğun olaraq, Şəxs informasiya sistemində olan taksi sifarişləri ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “AYNA” informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmaması və həmin mexanizmin fəaliyyət göstərməməsi müəyyən edildiyindən sözügedən Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsinə əsasən 2025-ci il 22 yanvar tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də «Efir-AZ” MMC barəsində inzibati tənbeh növündə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin direktoru inzibati xətanın olmasını qəbul etdi və yüngül cəza təyin edilməsini xahiş etdi Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «Efir-AZ” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsinə əsasən Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə –vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (bundan sonra - Fərman) 4.27-1-ci bəndinə əsasən həmin Məcəllənin 326-2.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-2.3cü maddəsində göstərilən inzibati xətanın törədilməsi müəyyən edilmişdir. Belə ki, 22 yanvar 2025-ci il tarixində saat 10:26-da Bakı şəhəri, Nərimanov rayonu, Ulduz metro stansiyası qarşısında **-UP-*** dövlət qeydiyyat nişanlı, saat 12:21-də Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metro stansiyası qarşısında **-BL-*** dövlət qeydiyyat nişanlı taksi minik avtomobillərinə verilmiş taksi sifarişləri barədə məlumatların Cəmiyyət tərəfindən “AYNA” informasiya sisteminə ötürülməsini təmin edən mexanizmin yaradılmadığı və fəaliyyət göstərmədiyi aşkar edilmişdir. Cəmiyyətin hərəkətlərində Məcəllənin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri mövcuddur.«Efir- AZ” MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş 22 yanvar 2025ci il il tarixli aktla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «Efir-AZ” MMC -yə İXM-in 326-2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Efir-AZ” MMC İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə təqsirli bilinərək, 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-381/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-381/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver