Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3818/2022 19.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Bakı şəhəri, Yasamal rayonu, Ş.Xiyabani küçəsi, ev 15K-da yerləşən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal rayon Polis İdarəsi (Yasamal RPİ DYPŞ inz.təc. üzrə inspektoru İ.Məmmədov) tərəfindən Şəxs MMC barəsində İXM-in 347-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC-nin mülkiyyətində olan “JAC HFC 5083 KR1 yük” markalı, **-JA-*** nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci ildə inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 bildirdi ki, protokolda göstərilən inzibati xətanı törədən şəxs barədə DYP-nin sorğusuna vaxtından əvvəl cavab verilib, elektron portalda bu barədə məlumat yerləşdirilmişdir. Bu barədə sübutları məhkəməyə təqdim edirik. Onlara məlum olmayan səbəbdən barələrində əsassız protokol tərtib edilmişdir. Ona görə də inzibati xəta tərkibi yaranmamışdır. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 347-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb olmuş sübutlar kimi, protokolda göstərilən avtomobili idarə etmiş fiziki şəxs barədə MMC-yə sorğunun verilməsi (xəbərnaməyə əsasən sorğu xx.xx.2022-ci il tarixdə MMC-yə daxil olmuşdur) və həmin sorğuya 5 gün ərzində cavab verilməməsi ilə əlaqələndirilmişdir. Lakin MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi X2 əsasən, elektron portalda həmin avtomobilin sürücüsü və süpücülük vəsiqəsi barədə məlumatlar əks etdirilmişdir. Bununla da protokolda göstərilən və barəsində sorğu verilən inzibati xətanı törədən avtomobilin sürücüsü barədə DYP-də məlumat olmuşdur. Bununla da sorğu verilməzdən əvvəl DYP-yə məhz həmin inzibati xətanı törətmiş şəxs barədə məlumat verilmişdir. Həmin məlumatı nəzərə almadan sorğunun verilməsi ilə hüquqi şəxsi İXM-nin 347-ci maddə ilə inzibati məsuliyyətə cəlb etmək, İnzibati Xətalar Məcəlləsinin vəzifələrinə və prinsiplərinə ziddir. Çünki İXM-nin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Belə olduğu təqdirdə mülkiyyətində olan avtomobilin sürücüsünün inzibati xəta törətməsini müəyyən edən hüquqi şəxsin, qanunlara hörmətlə yanaşaraq, həmin xəta törətmiş şəxsin gələcəkdə inzibati məsuliyyətdən kənarda qalmaması üçün, xəta törətmiş sürücü barədə könüllü olaraq DYP-yə məlumat verməsi, lakin DYP əməkdaşının həmin məlumatı qeydə almaması, son nəticədə öz vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirməyən DYP əməkdaşının təqsiri nəticəsində hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsassız sorğu vermə ilə nəticələnir. DYP əməkdaşı MMC-nin sürücü barədə məlumatını müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində qeydə almalı idi. Həmçinin nəzərə alınmalıdır ki, sorğu hər bir halda verilməməlidir. Belə ki, İXM-nin 123.1-ci maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Beləliklə sorğu DYP-nin mülahizəsinə əsasən deyil, İXM-nin 123.1-ci maddəsində qeyd edilən halda, yəni müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda verilməlidir. Qeyd edilənlərə əsasən, DYP-yə sürücü barədə məlumat verildikdən sonra, həmin məlumatı nəzərə almayıb, hazırkı vəziyyətdə sorğunun verilməsi əsassız və lüzumsuzdur. Bununla da hazırkı vəziyyətdə MMC-nin inzibati məsuliyyəti istisna edilir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3818/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3818/2022
19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver