Məhkəmə qərarları › İş №3(004)-3834/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3834/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3834/2024 13.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar “Borusan Makina və Güv Sistemləri Sanayi və Tic. A.Ş.”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin rəhbəri X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş 24 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)-28/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-28/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-ndan 148208.38 ABŞ dolları borc (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) və 400 manat mediasiya xərci tutularaq tələbkar "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xeyrinə ödənilməlidir. Borclu "xxxx" MMC-dən 400 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ,142 manat dövlət rüsumu isə tələbkar "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənməlidir. Borclu "xxxx" MMC-dən 145 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənməlidir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 20 iyul 2020-ci il tarixli 04/07 nömrəli alqı-satqı/xidmət müqaviləsi üzrə yaranmış 73226 manat əsas borcu, 1000 manat cərimə olmaqla, cəmi 400 manat mediyasiya xərci və 118 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Cavabdeh “LAYT KOM" MMC-dən 194 manat 68 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticədə Şəxs MMC-nin rəhbəri X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-28/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxsndən 121 863,42 (yüz iyirmi bir min səkkiz yüz altmış üç dollar qırx iki sent) ABŞ dolları əsas borc, 21344,96 (iyirmi bir min üç yüz qırx dörd dollar doxsan altı sent) ABŞ dollan ƏDV borcu, 5000 (beş min) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 148208,38 (yüz qırx səkkiz min iki yüz səkkiz dollar otuz səkkiz sent) ABŞ dolları borc (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) və 400 (dörd yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Anonim Şirkətinə Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ödənilsin. Cavabdeh Şəxs Məhdud Məsuliyyətii Cəmiyyətindən 400 (dörd yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 142 (bir yüz qırx iki) manat dövlət rüsumu isə iddiaçı “Borusan Makina və Güc Sistemləri Sanayi və Ticaret Anonim Şirkəti”nə ödənilməlidir. Cavabdeh Şəxsndən 145 (bir yüz qırx beş) manat ekspertia xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi üzrə icraata 03 iyul 2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şəxs arasında bağlanmış 20 iyul 2020-ci il tarixli 04/07 nömrəli alqı-satqı/xidmət müqaviləsi üzrə yaranmış 73226 manat əsas borcu, 1000 manat cərimə olmaqla, cəmi 74226 (yetmiş dörd min iki yüz iyirmi altı) manat məbləğində borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 118 (bir yüz on səkkiz) manat dövlət rüsumu cavabdeh Şəxsndən tutularaq iddiaçı C.M-Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Cavabdeh Şəxsndən 194 (bir yüz doxsan dörd) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi üzrə icraata 18 sentyabr 2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla bağlı akt tərtib edilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs MMC-nin rəhbəri X4 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar “Borusan Makina və Güv Sistemləri Sanayi və Tic. A.Ş.”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X7 icra sənədinin Şəxs MMC tərəfindən tam icra edilməsini tələb etdiklərini bildirdi. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan X6 barəsində qanunvericiliyə müvafiq tədbir görülməsini xahiş etdi. İş üzrə barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan X5 və digər tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan X6 və məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-28/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxsndən 121 863,42 (yüz iyirmi bir min səkkiz yüz altmış üç dollar qırx iki sent) ABŞ dolları əsas borc, 21344,96 (iyirmi bir min üç yüz qırx dörd dollar doxsan altı sent) ABŞ dollan ƏDV borcu, 5000 (beş min) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 148208,38 (yüz qırx səkkiz min iki yüz səkkiz dollar otuz səkkiz sent) ABŞ dolları borc (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) və 400 (dörd yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Anonim Şirkətinə Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ödənilsin. Cavabdeh Şəxs Məhdud Məsuliyyətii Cəmiyyətindən 400 (dörd yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 142 (bir yüz qırx iki) manat dövlət rüsumu isə iddiaçı “Borusan Makina və Güc Sistemləri Sanayi və Ticaret Anonim Şirkəti”nə ödənilməlidir. Cavabdeh Şəxsndən 145 (bir yüz qırx beş) manat ekspertia xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. “İcraata başlamaq haqqında” 03 iyul 2023-cü il tarixli qərarın surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-28/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə borclu Şəxs MMC-yə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şəxs arasında bağlanmış 20 iyul 2020-ci il tarixli 04/07 nömrəli alqı-satqı/xidmət müqaviləsi üzrə yaranmış 73226 manat əsas borcu, 1000 manat cərimə olmaqla, cəmi 74226 (yetmiş dörd min iki yüz iyirmi altı) manat məbləğində borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 118 (bir yüz on səkkiz) manat dövlət rüsumu cavabdeh Şəxsndən tutularaq iddiaçı C.M-Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Cavabdeh Şəxsndən 194 (bir yüz doxsan dörd) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “İcraata başlamaq haqqında” 18 sentyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə borclu Şəxs MMC-yə göndərilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 28/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxsndən 121 863,42 (yüz iyirmi bir min səkkiz yüz altmış üç dollar qırx iki sent) ABŞ dolları əsas borc, 21344,96 (iyirmi bir min üç yüz qırx dörd dollar doxsan altı sent) ABŞ dollan ƏDV borcu, 5000 (beş min) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 148208,38 (yüz qırx səkkiz min iki yüz səkkiz dollar otuz səkkiz sent) ABŞ dolları borc (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) və 400 (dörd yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Anonim Şirkətinə Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ödənilsin. Cavabdeh Şəxs Məhdud Məsuliyyətii Cəmiyyətindən 400 (dörd yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 142 (bir yüz qırx iki) manat dövlət rüsumu isə iddiaçı “Borusan Makina və Güc Sistemləri Sanayi və Ticaret Anonim Şirkəti”nə ödənilməlidir. Cavabdeh Şəxsndən 145 (bir yüz qırx beş) manat ekspertia xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi üzrə icraata 03 iyul 2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şəxs arasında bağlanmış 20 iyul 2020-ci il tarixli 04/07 nömrəli alqı-satqı/xidmət müqaviləsi üzrə yaranmış 73226 manat əsas borcu, 1000 manat cərimə olmaqla, cəmi 74226 (yetmiş dörd min iki yüz iyirmi altı) manat məbləğində borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 118 (bir yüz on səkkiz) manat dövlət rüsumu cavabdeh Şəxsndən tutularaq iddiaçı C.M-Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Cavabdeh Şəxsndən 194 (bir yüz doxsan dörd) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi üzrə icraata 18 sentyabr 2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Borclu təşkilat tərəfindən isə könüllü icra müddəti ərzində heç bir hərəkət edilməmişdir. Buna görə də icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmiş, dəfələrlə xəbərdarlıqlar edilmişdir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində heç bir hərəkət edilməmiş, həmçinin borclu təşkilatın nümayəndəsi icra şöbəsinə gəlməmiş və icra sənədinin icra edilməməsini səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs MMC-nin rəhbəri X6 icra sənədlərinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədlərinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs MMC-nin rəhbəri X6 vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X4 əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X4 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs MMC-nin rəhbəri X6 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs MMC-nin rəhbəri X4 törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar