Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3834/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27624216 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27624216 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Lakin şikayətçi X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27624216 saylı qərarından verdiyi hazırkı şikayət ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə (vəsatət) təmin edilməli, X1 Azərbaycan Respublikası Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27624216 saylı qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27624216 saylı qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3834/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3834/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver