Məhkəmə qərarları › İş №3(004)-3836/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3836/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3836/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "RS GLOBAL” MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev, ev 12 olan Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən 27 may 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, Bakı səhəri, Yasamal rayonu, Həsənbəv Zərdabi pr., ev.86, m.224 ünvanında qeydiyyatda olan "RS GLOBAL” MMC-nin ünvanına Rusiya Federasiyasından 60AC426/60ZA346 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş **********9628 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, "RS GLOBAL” MMC-nin ünvanına Rusiya Federasiyasından idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta bas vermişdir. Araşdırma zamanı "RS GLOBAL” MMC-nin ünvanına Rusiya Federasiyasından idxal edilmiş malların daşındığı 60AC426/60ZA346 nömrəli nəqliyyat vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2025-ci il tarixdə, saat 20:51-də daxil olduğu, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********9858 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 20:37-də gömrük orqanına təqdim edilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin raportdan görünür ki, "RS GLOBAL''MMC(VÖEN: **********) ünvanına 60AC426/60ZA346 nömrəli avtomobil nəqliyyat vasitəsi ilə gələn yük **********9628 saylı GB ilə bəyan edilmişdir. Lakin İdxalatçı tərəfindən bəyan olunan mallara dair **********9858 nömrəli qısa idxal bəyannaməsi sərhədi keçmədən gec bəyan olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Vəkil məhkəməyə etiraz verməklə bildirmişdir ki, 27 may 2025-ci il, 00100-014465/25 nömrəli inzibati xəta protokolunda "RS GLOBAL” MMC tərəfindən gömrük sərhədindən keçirilən malların qısa idxal bəyannaməsinin malların gömrük ərazisinə daxil olmasından sonra təqdim edildiyi və bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində qeyd olunmuş Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi əsası ilə inzibati xətanın törədildiyi qeyd edilmişdir. Lakin bu protokolun əsassız olduğunu və aşağıdakı səbəblərə görə ləğv edilməli olduğunu bildirir: 1.Əvvəla "RS GLOBAL” MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində qeyd edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Malların gömrük ərazisinə daxil olduğu tarix və saatla sistemə qısa idxal bəyannaməsinin təqdim olunması saatı arasında olan fərq texniki uyğunsuzluq nəticəsində baş vermişdir. Gömrük sistemlərində tez-tez müşahidə edilən və səlahiyyətli qurumlar tərəfindən də tanınan bu cür vaxt sürüşmələri hallarında sahibkarlıq subyektlərinin məsuliyyətə cəlb olunması qanunvericiliyin məqsəd və prinsiplərinə ziddir. Protokolda malların gömrük ərazisinə daxil olma tarixi olaraq xx.xx.2025 tarixli 20:15 göstərilir, lakin bəyannamənin 20:37-də təqdim edildiyi bildirilir. Bu 22 dəqiqəlik fərqin, malların gömrük nəzarətinə verilməsi zamanı yaranan fiziki-logistika müddəti, avtomatlaşdırılmış sistemdə gecikmə və sinxronlaşma problemi nəticəsində baş verdiyi ehtimal olunur. Bu isə obyektiv olaraq hüquq pozuntusu hesab oluna bilməz. 2. Törədildiyi iddia olunan inzibati xəta - İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi İXM-ə 28 dekabr 2018-ci il tarixli 1432- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, 1 fevral 2019-cu il tarixindən etibarən qüvvəyə minmişdir. İnzibati xətanın əsası kimi isə “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nrn təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci maddəsinə istinad olunmuşdur. Yəni buradan belə bir məntiqi nəticə hasil olunur ki, inzibati xətanın əsası kimi istinad olunan fərman qəbul olunarkən, hələ İXM-in 485.2-ci maddəsi inzibati xəta hesab olunmurdu. Bununla yanaşı Gömrük Məcəlləsinin 113.2-ci maddəsinə əsasən, Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Göründüyü kimi Gömrük Məcəlləsinin müvafiq maddəsində qısa idxal bəyannaməsinin nə zaman verilməsi barədə dəqiq vaxt nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinə əsasən, qanunvericilik iyeyarxiyasında Məcəllə (qanun), prezidentin fərmanından hüquqi qüvvəsinə görə üstündür. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hüquq kolliziyalarının mövcudluğu istənilən qanunvericilik sisteminin mürəkkəbliyi və çoxşaxəliliyi ilə izah edilir. Məhz buna görə uzun illər ərzində müxtəlif ölkələrin hüquq təcrübəsində hüquq kolliziyalarını həll edən bir sıra prinsiplər formalaşmışdır. Bu prinsiplərə ilk növbədə iyerarxiya (Lex superior derogat legi inferiori), zaman (Lex posterior derogat legi priori) v ə məzmun (Lex specialis derogat legi generali) prinsiplərini aid etmək olar. Fərqli hüquqi qüvvəyə malik olan hüquqi aktlar arasında kolliziyalar iyerarxiya prinsipi ilə, eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların normaları arasında kolliziyalar isə digər iki prinsipin tətbiqi nəticəsində aradan qaldırılır ("Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 20l3-cü il 8 oktyabr tarixli Qərar). “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra - “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 11 -ci maddəsi ilə normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasında üstünlük ilk növbədə iyerarxiya prinsipinə verilmişdir. X1 2.9-cu maddəsinə əsasən, nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyanın 148 və 149cu maddələrinə, eləcə də “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 11-ci maddəsinin məzmununa müvafiq olaraq, Məcəllənin (qanunun) hüquqi qüvvəsi prezidentin fərmanının hüquqi qüvvəsindən daha üstündür. 3. 17 may 2021-ci il tarixli Qərarında, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin sözügedən maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən İnzibati Xətalar Məcəlləsinin sözügedən maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. Müasir dövrdə iqtisadi münasibətlərin və xarici ticarət əlaqələrinin həcminin artması iqtisadi fəaliyyətin inkişafı üçün yaradılmış münbit şəraitə əsaslanır. Xarici iqtisadi fəaliyyət ticarət-iqtisadi, elmitexniki əməkdaşlıq, maliyyə, valyuta və kredit münasibətlərinin məcmusu kimi çıxış edir. Xarici iqtisadi fəaliyyət dedikdə, həmçinin satış məqsədi ilə xarici bazara ixrac olunan mallara yönəlmiş sahibkarlıq fəaliyyəti başa düşülür. 4. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 263 saylı Qərarına əsasən, malların gömrük sərhədindən keçirilməsi üçün qısa idxal bəyannaməsinin malların daxil olmasından əvvəl və ya ən gec mallar buraxılmamışdan əvvəl təqdim edilməsi tələb olunur. Tərəfimizdən təqdim edilən bəyannamə isə malların buraxılmasından əvvəl və malların gömrük orqanında olduğu zaman təqdim edilmişdir, bu isə hüquqi tələbin pozulmaması deməkdir. 5. İnzibati məsuliyyətin tətbiqi üçün yalnız formal prosedur pozuntusu deyil, niyyət və nəticə də qiymətləndirilməlidir. Halbuki təqdim edilən sənədlərdə nə malların qanunsuz keçirilməsi, nə də dövlətə hər hansı ziyan vurulması hallarına rast gəlinmir. İnzibati xətalar haqqında qanunvericiliyin məqsədi sahibkarı cəzalandırmaq deyil, qayda pozuntusunu önləməkdir. Bu halda isə nə ciddi pozuntu baş verib, nə də dövlət orqanlarına yanlış informasiya verilib. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Vəkil etirazla eyni məzmunlu izahat verdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, 3-33-1100/012/004077 nömrəli xx.xx.2025-ci il tarixli raport, **********9628 sorğu nömrəli gömrük bəyannaməsi, **********9858 sorqu nömrəli qısa idxal bəyannaməsi, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlar, isdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şəxs MMC-nin etirazda qeyd etdikləri hal inzibati iş üzrə icraata xitam verilməsi üçün əsas deyil. Belə ki, "RS GLOBAL''MMC (VÖEN: **********) ünvanına 60AC426/60ZA346 nömrəli avtomobil nəqliyyat vasitəsi ilə gələn yük **********9628 saylı GB ilə bəyan edilmişdir. Lakin İdxalatçı tərəfindən bəyan olunan mallara dair **********9858 nömrəli qısa idxal bəyannaməsi sərhədi keçmədən gec bəyan olunmuşdur. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndi isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Məhkəmə iclasında Şəxs MMC -nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar