Məhkəmə qərarları › İş №3(004)-3837/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3837/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3837/2024 06.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21245545 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin 23 iyun 2024-cü il tarixli, EQ 21245545 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinib, 10 manat məbləğində inzibati cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21245545 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 iyun 2024-cü il tarixdə ona AR İXM-nin 328.1-ci maddəsinə əsasən EQ 21245545 nömrəli qərarla törətmədiyim inzibati xətaya görə qanunsuz olaraq cərimə yazılmışdır. Həmin qərar aşağıdakı səbəblərə görə qanunsuzdur. Birincisi AZ10ST838 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi özü olsa da, lakin o həmin avtomobilə dair başqa şəxslərə etibarnamə vermişdir. xx.xx.2024-cü il tarixdə o həmin avtomobili idarə etməmiş və elektron kabinetinə yerləşdirilmiş inzibati xətanın törədilməsinə dair foto və videodan da avtomobili idarə edən şəxsin o olmadığı müəyyən olunur. Ola bilsin ki, inzibati xəta törədilən vaxt bu avtomobili etibarnamə verdiyi digər şəxslərdən biri idarə edib. Lakin inzibati orqan heç bir araşdırma aparmadan və həqiqi təqsirkar şəxsləri müəyyən etmədən barəsində cərimə qərarı qəbul etmişdir. İkincisi, iş materiallarından görünür ki, inzibati xəta 19 may 2024-cü il tarixdə saat 12:55 radələrində baş vermiş, lakin inzibati xəta haqqında EQ 21245545 nömrəli qərar “AsanPay” portalında onun elektron kabinetinə xx.xx.2024-cü il tarixdə, yəni 35 gün sonra yerləşdirilmiş və bu barədə ona sms bildirişi xx.xx.2024-cü il tarixdə saat 10:42-də göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz”. Yəni, AR DİN-nin BDYPİ heç bir əsas və sübut olmädan, qanunvericiliyin tələblərinə pozaraq barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş və ona cərimə yazmışdır. AR İXM-nin Məcəllənin 8-ci maddəsinə əsəsən o öz təqsirsizliyini sübut etməyə borclu deyil və bütün şübhələr onun xeyrinə həll edilməlidir. Buna görə bu iş üzrə özümü təqsirkar hesab etmir, barəsində qəbul edilmiş inzibati təbbehvermə haqqında qərarı əsassız sayır və AR İXM-nin 135-ci maddəsinə əsasən həmin qərar ləğv edilməlidir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21245545 saylı inzibati xəta haqqında qərardan çıxarışdan və əlavə edilmiş foto görüntülərdən görünür ki, X2 tərəfindən **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə 19 may 2024-cü il tarixdə Neftçala şəhəri, H.Əliyev prospekti Bayraq Meydanı istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21245545 saylı inzibati xəta haqqında qərarının “AsanPay” ödəniş portalından əldə edilmiş çıxarışından görünür ki, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixində törədilsə də, şəxsin “AsanPay” portalında olan elektron kabinetinə bir ay dörd gün sonra yəni xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, törədilməsi iddia olunan inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə xx.xx.2024-cü il tarixində aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati orqan aşkar edilmiş inzibati xətanın sənədləşdirilməsini tənzimləyən İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələblərini gözləməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz”. Həmin Məcəllənin 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Halbuki iş materiallarında görünür ki, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixində törədilsə də, şəxsin “AsanPay” portalında olan elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21245545 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21245545 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar