Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3839/2025 07.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə Müsaməddin oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X1 iştirakları ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəmənin icraatına Şəxs ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 03 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC tərəfindən 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc edilməmişdir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə Müsaməddin oğlu inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş Şəxs ASC barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Firması adlı törəmə cəmiyyəti olduğu üçün törəmə cəmiyyəti ilə birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli idi. "xxxx" ASC-nin elektron məhkəmə vasitəsi ilə təqdim etdiyi "Azərbaycan" qəzetində dərc olunan maliyyə hesabatları audit rəyi ilə birlikdə qanunvericiliyin tələbində olduğu kimi birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatları və audit rəyi deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia edir ki, "xxxx" ASC-nin ləğv prosesində olan "xxxx" firması adlı filialının 2023-cü il ərzində dövriyyəsi olduğu üçün, 2023-cü il üçün "xxxx" ASC birləşdirlmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını 2024 -cü ildə hazırlamalı idi və həmin maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə şirkətin internet səhifəsində və ya mətbu orqanda dərc etdirməli idi. Bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş yuxarıda qeyd edilən protokol qeyri-qanunidir və ona görə də ləğv edilməlidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş, 03 iyun 2025-ci il tarixli, MN ******* nömrəli protokol ona görə qeyri qanunidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin istinad etdiyi və "xxxx"ASC-nin filialı hesab edilən "xxxx" firması 20 aprel 2022-ci il tarixdən ləğv prosesindədir və ona görədə filial fəaliyyət göstərmir. Eyni zamanda ASC tərəfindən "xxxx" firması adlı filialın qeydiyyatda olduğu Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2023-cü il üzrə dövriyyə ilə bağlı arayışın təqdim edilməsi barədə müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 17 mart 2025-ci il tarixdə daxil olmuş məktubda qeyd edilmişdir ki, 2023-ci il ərzində filialın dövriyyəsi olmamışdır. Bu səbəbdən, "xxxx" ASC tərəfindən 2023-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hazırlanmamışdır. Göstərilənlərə əsasən, Şəxs ASC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 04 noyabr 2023-cü il tarixli 3-23/2- 3338/2025 nömrəli bildirişindən görünür ki, Şəxs ASC-nin nümayəndəsi 2023-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə rəsmi internet səhifəsində yerləşdirilməməsi və mətbu orqanda dərc olunmamasına görə barəsində açılmış inzibati iş üzrə iştirakçı qismində Maliyyə Nazirliyinə dəvət edilmiş və illik maliyyə hesabatlarının verilməsinə dair müvafiq sübutları Nazirliyə təqdim etmələri təklif olunmuşdur. 02 iyul 2025-ci il tarixli İnternet Vergi İdarəsindən əldə olunmuş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" firması VÖEN-i aktiv statusdadır. "Azərbaycan" X5 07 iyun 2024-cü il tarixli buraxılışından görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus 2023-cü il üzrə illik maliyyə hesabatı konsolidə edilmiş formada dərc edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" firmasının hüquqi şəxs kimi statusu saxlanılmışdır və belə olan halda o əsas cəmiyyətlə birlikdə konsilə edilmiş hesabatda əks olunmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs ASC 2023-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunvericilikdə müyyən edilmiş müddətdə təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməməmiş və mətbu orqanda dərc olunmamamışdır. Bununla bağlı olaraq, həmin cəmiyyətdən illik maliyyə hesabatının 30 iyun 2024-cü il tarixdən gec olmayaraq təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməsini və ya mətbu orqanda dərc olunmasını təsdiq edən sübutları 23 may 2025-ci il tarixdə Maliyyə Nazirliyinə təqdim edilməsi xahiş edilmiş, eyni zamanda maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdarlıq edilmişdir. Lakin, göstərilmiş müddət ərzində də müvafiq hesabatların təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməsini və ya mətbu orqanda dərc olunmasını təsdiq edən sübutları təqdim edilmədiyindən Şəxs ASC tərəfindən müəyyən edilmiş vaxtda maliyyə hesabatları təqdim edilmədiyindən, iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə gəlmədiyindən və gəlməməsinin üzrlü səbəblərini bildirmədiyindən, barəsində inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmişdir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1.8-ci maddəsinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsas cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır. 12.2-ci maddəsinə əsasən dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq müəyyən olunmuş müddətlərdə təqdim edirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 07 fevral 2005-ci il tarixli, 192 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 1.2-ci, 2.1.22-ci maddələrində, 3.2-ci maddəsinin ikinci cümləsində, 4.2-ci, 4.3-cü maddələrində, 4.3-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 4.3-2-ci, 4.4-cü, 5.2-ci (büdcə təşkilatlarına münasibətdə), 8.1-1-ci, 9.1.1-ci maddələrində, 10.1.1-ci maddəsinin ikinci cümləsində, 12.2-ci, 12.6-cı (ikinci halda), 12-1.8-ci, 14.1-ci, 14.1-1-ci, 14.4-1-ci və 14-1.1-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. 12.3-cü maddəsinə əsasən “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan həmçinin aşağıdakılar tələb olunur: qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması; qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsinin auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs ASC 2022-ci il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməməsi Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 462-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 462-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3839/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3839/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver