Məhkəmə qərarları › İş №3(004)-3841/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3841/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3841/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12i İdarəsinin nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12i İdarəsinin 20 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12i İdarəsinin 20 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Etibarnamə üzrə onun istifadəsində olan **-PX-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə saat 09.30 radələrində R.Behbudov prospekti ilə hərəkətdə olarkən, Salatın Ələsgərova küçəsinə dönmə əməliyyatı apararkən dönəcəkdə digər nəqliyyat vasitələrinin hərəkətinə süni maneǝ olan polis avtomaşınını saxlayan sonradan tanıdığı kiçik serjant Mədəd Eyvazov ona saxlama əmri vermişdir. O əmrə tabe olaraq avtomaşını saxlamışdır. Kiçik polis serjantı onun avtomaşınına yaxınlaşaraq ara məsafəsi saxlamadan ona telefonla danışdığını bildirmişdir. O telefonla danışmamışdır. Bunu kiçik polis serjantına bildirəndə, telefonla danışmağını aşkar etməsinə özü də şübhə edən kiçik serjant avtomaşınının ödənməmiş cəriməsinin olmasını bildirmişdir. Tərəfindən Xəzər rayon Məhkəməsinin qərarına əsasən tərtib edilmiş inzibati cərimənin xitam edilməsini bildirərək qərarı göstərmişdir. Lakin kiçik serjant qərara baxmayaraq yol vərəqəmin ona göstərilməsini tələb etdi. Kiçik serjantın belə böyük tələbər irəli sürməsi onu sürücü kimi ona öz iradını bildirmək idi. Kiçik serjanta iradını bildirəndə sonuncu tez telefonunu çıxararaq Nəsimi Polis İdarəsinin 21-ci Polis Bölməsindən PPX-nin əməkdaşlarını çağırmışdır. 21-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək çox mədəni surətdə onu polis bölməsinə dəvət etmişlər. O öz nəqliyyat vasitəsinə əyləşərək 21-ci polis bölməsinə gəlmişdir. Bölmənin rəisi onu qəbul edərək hadisə barədə ondan məlumat almışdır. Kiçik serjantın onu tanımayaraq onunla əsəbi surətdə danışması, onu polis əməkdaşına rüşvət verməyə təhrik etməsi hallarına yol vermədiyi üçün kiçik serjant bundan daha da əsəbləşərək vəzifə səlahiyyətlərini aşaraq ona “avtomaşınını ştrafnoya salacam” sözlərini əminliklə deməsi onun qanunlara, sürücü ilə mədəni davranması barədə yol patrul xidməti haqqında təlimatın tələblərini pozmaqla müşayət olunmuşdur. Kiçik seriantın qanunla yox çöl qaydaları ilə hərəkət etməsi onun ya qanunun bilməməsi və ya qanuna əməl etməməsi anlamını özündə ehtiva edir. Hadisə barədə 10-15 dəqiqə 21-ci Polis bölməsinin rəisi ilə söhbətindən sonra sonuncu onun heç bir əsas olmadan bura gətirilməsinin əsassız olduğunu və tərəfindən hər-hansı bir tabesizliyin halının aşkar edilməsini müəyyən olunmadığını bildirmişdir. Bundan sonra hadisə barədə məlumat qeyd etmişdir. Tərəfindən 21-ci polis bölməsində izahat yazaraq xx.xx.2024-cü il tarixdə isə Bakı şəhər X12 İdarəsinə gedərək avtomaşınla bağlı buraxılış vərəqəsini götürərkən ona bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə onun barəsində İXM-nin 332.1-ci və 342.6-cı maddələri ilə inzibati protokol tərtib edilib. Protokolun surətini də müraciət edərək xx.xx.2024-cü il tarixdə götürmüşdür. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12i İdarəsinin tərtib etdiyi 20 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12i İdarəsinin tərtib etdiyi 20 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, o həmin vaxt mobil telefonla danışmamışdır. Polis əməkdaşı ondan yol vərəqəsini tələb etsədə yol vərəqəsini polis əməkdaşına təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12i İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12i İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru vəzifəsində xidmət edir. 10 iyun 2024-cü il tarixdə saat 12:30 radələrində X4 ilə birlikdə R.Behbudov prospekti ilə Salatın Ələsgərova küçəsinin kəsişdiyi yerdə xidmətdə olan zaman “Toyota Land-Cruiser- Prado” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsünün avtomobili idarə edən zaman sol əlində tutduğu mobil telefonla danışdığını vizual olaraq aşkar etmişdir. Bundan sonra həmin avtomobil Mədəd Eyvazov saxlanılaraq sürücüyə qayda pozuntusu izah edilmiş və ondan müvafiq sənədlər tələb edilmişdir. Lakin sürücü yol vərəqəsini verməkdən imtina etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12i İdarəsinin 20 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 “Toyota Land-Cruiser-Prado” markalı **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 10 iyun 2024-cü il tarixdə saat 12:30-da nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə, Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsindəolması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.6-cı maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat miqdarında cərimə edilmişdir. “X11” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Həçin Məcəllənin 342.6-cı maddəsinə əsasən Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12i İdarəsinin 20 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar