Məhkəmə qərarları › İş №3(004)-3843/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3843/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3843/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Xəlilov küçəsi, ev 54, mənzil 4 ünvanında yerləşən “X1 "xxxx" ASC (VÖEN:1********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Bas Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/013989 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”-nın 12-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiva yolu ilə ixrac etdikləri malların (islərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin raporta Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən “X2 Evrascon" ASC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 1555.8 (min bes yez əlli bes dollar 80 sent) ABS dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, AZ1006, Bakı səhəri, Yasamal rayonu, Qurban Xəlilov, ev 8 qeydiyyatda olan hüquqi şəxs "X2 Evrascon" ASC xx.xx.2022-ci il tarixli, **********3194 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixli, 0-14-0127 nömrəli müqaviləyə əsasən yük “KHB GMBH” şirkətinə ixrac olunmuşdur. Qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətdə 541 (beş yez qırx bir) manat təşkil edən 300 (üç yüz) avro məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Bununla da “X2 Evrascon" ASC İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də barəsində xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir İş materiallarında olan "X2 Evrascon" ASC-dən Bakı Bas Gömrük İdarəsinə göndərilmiş 3-33-1100/1-017922/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubda “KHB GMBH” şirkəti tərəfindən məbləğin tam ödənildiyi, lakin 300 (üç yüz) avro məbləğində pul vəsaitinin həmin şirkətin bankı tərəfindən tutulduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının 7 iyun 2024-cü il tarixli, 6-2- 46/2-582 nömrəli "X2 Evrascon" ASC-nin direktoru Həmzət ismiyevə müraciət məktubunda "X2 Evrascon" ASC-nin ixrac əməliyyatına aid **********3194 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 300 (üç yüz) Avro qalıq təşkil etdiyi qeyd edilmişdir.. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin sanksiyasına əsasən inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “X1 “X1 "xxxx" ASC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 "xxxx" ASC İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş, 300 avronun 30% məbləğində, yəni 90 (doxsan) avro (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar