Məhkəmə qərarları › İş №3(004)-3849/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3849/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3849/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X5 iclas katibliyi ilə Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X6, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17 iyul 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17 iyul 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X3 onun barəsində 17 iyul 2024-cü il tarixli, ******* № li inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qərar əsasında ona 15208.70 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 1520.87 ABŞ, dolları məbləğində cərimə tətbiq edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X9 16560 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15208.70 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamış, bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin göstərilən qərar həqiqəti əks etdirmədiyindən razılaşmaq mümkün deyil. Ona görə ki, onun əməlində 430.4-cü maddədə qeyd edilmiş inzibati xəta mövcud olmamışdır. Belə ki, Çin şirkəti X20 and Export Co., LTD ilə onun arasında 17 may 2022-ci il tarixdə DQ0519 № li alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında alıcı məhsulu almağı, satıcı müqavilə üzrə müəyyən edilmiş qayda və şərtlərdə plastik materialların istehsalında istifadə olunan PET malları verməyi öhdəsinə götürmüşdür. Razılığa uyğun olaraq, 27.05 2022-ci il tarixində DQ0519 № li invoysla 16560 ABŞ dollar satıcı X20 and Export Co., LTD şirkətinə ödənilmişdir. Ödənişdən müəyyən qədər vaxt keçdikdən sonra Çin şirkəti tərəfindən müqavilədə əksini tapmış mallar göndərilməmişdir. Başlanğıcda malların sadəcə ləngidiyi qənaətində olsa da, sonradan ona bunun belə olmadığı məlum olmuşdur. Buna görə də pulun geri qaytarılmasını şirkətdən tələb etmişdir. Müraciətinə cavab olaraq xeyli vaxt sonra Çin şirkəti xx.xx.2022-ci il tarixində pulun az bir qismini - 1351.30 USD dolları geri qaytarmışdır. Qalan 15208.70 ABŞ dolların ödənilməsi və pulun geri qaytarılması üçün Çin Baş Prokurorluğuna müraciətləri olmuşdur. Lakin göstərdiyi çoxsaylı tədbirləri nəticəsiz qalmışdır. Bu səbəblə Çində olduğu zaman şirkətin nümayəndəliyi ilə əlaqə yaratmışdır. Müqaviləyə uyğun olaraq verilmiş ödənişin qaytarılması üçün danışıqlar aparmışdır. Nəhayət 16500 ABŞ dollarını Çindən gətirmişdir. Məhz bu qeyd etdiklərinin hər biri işə əlavə edilən maddi sübutlarla təsdiqlənir. Belə ki, Çin Respublikasından geri qaytarılmış 16500 ABŞ dollar **********735 № li fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən sadələşdirilmiş bəyannamə ilə rəsmiləşdirilmişdir. Son nəticədə xarici ölkəyə verilmiş valyuta vəsaiti inzibati xətanın baş verməsi üçün göstərilən tarixdən xeyli əvvəl - xx.xx.2024-cü il tarixində ölkəyə qaytarılmışdır. Yəni, DQ0519 № li invovsla ödədiyi 16560 ABŞ dolları xx.xx.2022-ci il tarixinə aiddir. Qaydaya görə, 2 il ərzində ödənilmiş məbləğ geri qaytarılmadıqda növbəti gün inzibati xəta törədilməsi günü hesab edilir. Həmin tarix isə xx.xx.2024-cü il tarixindən bir gün sonra xx.xx.2024-cü il tarixinə aiddir. Bu tarix Mərkəzi Bankın verdiyi qərardan da aydın olur. Lakin o inzibati xətanın baş verməsi üçün lazım olan tarixindən xeyli əvvəl - 2 il tamam olmadan qanuni tələblərə əməl etmişdir. xx.xx.2024-cü il tarixində Çin şirkətinə verilmiş vəsaiti tam şəkildə ölkəyə geri qaytarmışdır. Bu **********735 №-li sadələşdirilmiş bəyannamə ilə təsdiqlənir. Yəni, inzibati xəta kimi qeyd edilmiş tarixdən öncə qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl etmişdir. Nəticədə əməlində inzibati xətanın tərkibi olmamışdır. Bu isə barəsində qəbul edilmiş qərarın əsassız olduğunu göstərir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17 iyul 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17 iyul 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Mərkəzi Bankınin nümayəndəsi X12 şikayətin əsassız hesab edilərək təmin edilməməsini məhkəmədən xahilş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X4 barəsində İXM-in 430.4-cü maddəsinə əsasən qəbul edilmiş 17 iyul 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17 iyul 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X8 16560.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15208.70 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 15208.70 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 1520.87 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli köçürmə ərizəsindən görünür ki, X8 tərəfindən 16560.00 ABŞ dolları məbləğində vəsait “X20 abd Export Co” şirkətinin hesabına köçürülmüşdür. Fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən 03 may 2024-cü il tarixli **********735 nömrəli sadələşdirilmiş bəyannamədən görünür ki, X8 tərəfindən Çin Xalq Respublikasından gəldiyi vaxt üzərində 16500.00 ABŞ dolları məbləğində vəsait olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Azərbaycan Respublikası Mərkəzi X11 28 noyabr 2016-cı il tarixli, 45/1 №-li “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” haqqında qərarının 4.3.1.3cı maddəsinə görə, qabaqcadan ödəniş-aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X8 tərəfindən 27 may 2024-cü il tarixdə 16560.00 ABŞ dolları məbləğində vəsait “X20 abd Export Co” şirkətinin hesabına köçürülmüşdür. Bundan sonra 03 may 2024-cü il tarixdə 16500 ABŞ dolları məbləğində vəsait X8 tərəfindən ölkəyə gətirilmişdir. Həmin hal fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən 03 may 2024-cü il tarixli **********735 nömrəli sadələşdirilmiş bəyannamə ilə öz təsdiqini tapır. Buna görə də X8 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17 iyul 2024-cü il tarixli EP seriyalı ******* nömrəli qərar ləğv edilməlidir. Belə ki, X4 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti təmin olunsun. X8 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17 iyul 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar