Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3849/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 493-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş 14000-01437/25 nömrəli 05 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin (VÖEN: **********) ünvanına Çin Xalq Respublikasından nəqliyyat vasitələri daxil olmuşdur. Həmin nəqliyyat vasitəsinə dair **********9451, **********9424, **********9403, **********9373, **********9335, **********9322, **********3262, **********3237, **********3228, **********3200, **********3181, **********3161, **********3124, **********0790, **********0757, **********0689, **********9639, **********9944, **********9701, **********9678, **********0317, **********0210, **********20269 və **********3103 sorğu nömrəli gömrük bəyannamələri tərtib olunmuşdur. Gömrük rəsmiləşdirilməsi zamanı AR Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulduğu aşkar olunmuşdur. Bununla əlaqədar X1-Təhqiqat şöbəsinə Şəxs MMC-nin (VÖEN: **********) barədə 3-33-3300/012/002408 nömrəli, xx.xx.2025-ci il tarixli raport daxil olmuşdur. Raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, "İMOTORS” MMC-nin (VÖEN: **********) ünvanına Çin Xalq Respublikasından nəqliyyat vasitələri gömrük postunu keçərək ölkə ərazisinə gətirilmişdir. Həmin nəqliyyat vasitəsi üçün təyinat gömrük orqanı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi müəyyən olunmuşdur. Nəqliyyat vasitəsi təyinatı üzrə Aksizli Mallar üzrə Baş Gömrük idarəsinə çatdırılmışdır. Həmin nəqliyyat vasitəsinə dair **********9451, **********9424, **********9403, **********9373, **********9335, **********9322, **********3262, **********3237, **********3228, **********3200, **********3181, **********3161, **********3124, **********0790, **********0757, **********0689, **********9639, **********9944, **********9701, **********9678, **********0317, **********0210, **********20269 və **********3103 sorğu nömrəli gömrük bəyannamələri təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gün müddətində deyil, gec verilmişdir. Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar göıwük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarf’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü İl 22 İyul Tarixli 263 Nömrəli Qərarına əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC-nin (VÖEN: **********) tərəfindən idxal olunmuş nəqliyyat vasitəsinə dair gömrük bəyannaməsi nəqliyyat vasitəsinin təyinat gömrük orqanına çatdırıldığı vaxtdan 15 gün ərzində təqdim olunmamışdır. Nəticədə "xxxx" MMC barəsində İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3300/012/02408 nömrəli xx.xx.2025-ci il tarixli raportdan görünür ki, **********9451, **********9424, **********9403, **********9373, **********9335, **********9322, **********3262, **********3237, **********3228, **********3200, **********3181, **********3161, **********3124, **********0790, **********0757, **********0689, **********9639, **********9944, **********9701, **********9678, **********0317, **********0210, **********20269 və **********3103 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulduğu, sözügedən nəqliyyat vasitəsinin ölkə ərazisinə daxil olduğu tarixdən 15 (on beş) gün gec bəyan edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Bununla da. "xxxx" MMC tərəfindən idxal edilmiş mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına verilməmişdir. Beləliklə də, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına 94316593 nömrəli vaqonda daxil olan mallara dair gömrük orqanına verilməli olan gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edıl(niş müddətdə gömrük orqanına təqdim edilməmiş və bununla da. "xxxx" MMC tərəfindən gömrük bəyannaməsinin təgdim edilməsi müddəti pozulmuşdur Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC barəsində İXM-in 493-cü maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-3849/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3849/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver