Məhkəmə qərarları › İş №3(004)-386/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-386/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-386/2022 11.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 20 sentyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 20 sentyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 20 sentyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar düzgün yazılmamışdır. Belə ki, yol hərəkəti nişanları səhv quraşdırıldığına görə elektron kamera tərəfindən ona 327.1-ci maddəsinə görə cərimə yazılmışdır. Həmin cərimənin əsassız olduğunu sübut edən video görüntü vardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 20 sentyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçiX6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə lazımı qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 20 sentyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X6 20 sentyabr 2021-ci il tarixdə, saat 09:58 radələrində idarə etdiyi ** OA *** dövlət nömrə nişanlı, «X7» minik markalı avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə Akim Abbasov küçələrinin kəsişməsində hərəkətdə olan zaman yol nişanlarının tələbinə əməl etməmiş, bununla da İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X6 məhkəməyə şikayətlə müraciət edərək 20 sentyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, X11 İdarəsinin 20 sentyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2022-ci tarixli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin rəisi müavini Namidan Piriyev apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və X4 barəsində İXM-nin 327.1-ci maddəsi ilə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasia Məhkəməsinin 13 aprel 2022-ci tarixli, 3(103)-756/2022 saylı qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 3(004)-386/2022 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə göndərilməsi qərara alınmışdır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 20 sentyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar