Məhkəmə qərarları › İş №3(004)-386/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-386/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-386/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X8 iclas katibliyi protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş 10 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 10 yanvar 2024-cü il tarixdə saat 11:00-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC –yə məxsus klinikada planlı yoxlama zamanı sertfikatsız tibb fəaliyyəti (ginekoloq X15 və.s) və lisenziyadan kənar iş və fəaliyyət (uroloji, kometoloji, genetik, cərrahi, stomotoloji) aşkar edilmişdir. Bununla bağlı Səhiyyə Nazirliyi X14nin 10 yanvar 2024-cü il tarixli 12 nömrəli planlı aktı tərtib edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X21 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada planlı (növbəti) yoxlama keçirilmişdir. Yoxlama aparılarkən müəyyən edilmişdir ki, müəssisədə görülən işlərə dair tibbi qeydiyyat sənədləri ARSN-nin təsdiq edilmiş formaları və qaydalarına uyğun olaraq həyata keçirilmir. “Medkus1” elektron proqram təminatı ilə müvafiq qeydlər aparılsa da müəssisənin tibbi fəaliyyətini tam əks etdirmir. Tibbi statistik hesabatlar aparılmır. Klinikada anestezioloji-reanimatoloji iş üzrə fəaliyyət olsa da (həmçinin psixatrik) AR NK-nın xx.xx.2003-cü il tarixli qərarın müvafiq qaydalarına uyğunlaşdırılmayıb. Çalışan işçilərin dövri tibbi müayinələrdən keçməsi barədə sənədlər yoxdur. Rengenoloji iş üzrə müvafiq sənədləşdirmə işləri aparılmır. Müəssisənin ionlaşdırcı şüa mənbələri hesab edilən qurğuların istismarı üçün verilmiş “xüsusi icazə və radioloji gigenik pasport” sənədlərinin etibarlılıq müddəti bitmişdir. (2021-2022). Müəssisədə sterilizasiya prosesi mərkəzləşmiş sterilizasiya sahəsində qaydalara uyğunlaşdırılmayıb. Havalandırma sisteminə texniki qulluq barədə təsdiqedici sənəd yoxlamaya təqdim edilməmişdir. Tibbi fəaliyyət üçün istifadə edilən avadanlıqların normativ texniki uyğunluq barədə təqdim edilən sənədləri natamamdır. Bir sıra cihazların metroloji sənədləri yoxdur. Alətlərin sterilizasiyasına dair qeydiyyat jurnalı bakterisid lampanın işlədilməsinə aid qeydiyyat jurnalı, tempuratura və rütubətə nəzarət vərəqələri yoxlamaya təqdim edilməmişdir. Müəssisədə ixtisası üzrə vəzifə uyğunsuzluqlarına rast gəlinmişdir. Laborant (əmək müqaviləsi üzrə) X22 ixtisasca “mama” vəya “bioloqdur” laborant X1 ixtisasca bioloq, laborant X16 ixtisasca bioloq, ginekoloq X15 ixtisasca pediatr, laborant X9 ixtisasca subioehtiyatları və akvobiotiklərin istifadəsi üzrə mütəxəssis, laborant X27 ixtisasca biologiya müəllimi, həkim-ginekoloq X23 ixtisasca onkoloqdur. Müəssisədə çalışan tibb heyətinin və digər işçilərinin vəzifə təlimatları tərtib edilməyib. Cari olaraq müəssisədə “dietoloji”, “herontoloji”, “narkoloji”, (fizioterapektiv ixtisaslı mütəxəssis yoxdur) “oftalmoloji”, “otorinolarinqoloji”, “mikrobioloji” işlərə dair həm sahələr həm də ixtisaslı mütəxəssisləri yoxdur. Laboratoriya üzrə nəzarət kalibrasiya işlərinə dair qeydiyyat jurnalı yoxlamaya təqdim edilməmişdir. Cihazların iş prinsipinə uyğun təlimatları tərtib edilməyib. Həmçinin müəssisədə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyətlə məşğul olma faktları aşkarlanmışdır: həkim-terapevt X24, həkim terapevt X32, laborant X16, şüa-dioqnostik USM X33, feldşerlaborant X7, laborant X25, həkim laborant X3, həkim ginekoloq X23 (onkoloq kimi sertfikatı olsa da ginekoloji fəaliyyəti üçün sertifikatı yoxdur), laborant X27 həkim terpevt X10, həkim laborant X4, həkim-ginekoloq X26, laborant X2, laborant X9, laborant X34, ginekoloq X15, “mama” X5, həkim genetik X17, kosmetoloq X11 (cəmi 18 nəfər). Bundan başqa müəssisədə lisenziyadan kənar “uroloji”, “kosmetoloji”, “genetik”, “cərrahi stomotoloji” iş və fəaliyyətin olduğu aşkarlanmışdır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Yoxlama direktor Famil Musayev və baş həkim Əsmət Orucovanın iştirakı təmin edilməklə və onlar tərəfindən təqdim edilən sənədlər əsasında keçirilmişdir. Odur ki, izahatında göstərilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC-nin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, iş materiallarına əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2023-cü il tarixli, KY232065932 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plan üzrə (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X14nin planlı yoxlamanın keçirilməsi haqqında 19 dekabr 2023-cü il tarixli 1436 saylı qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X14 tərəfindən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plan üzrə (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X14nin əməkdaşlarının və Şəxs MMCnin direktorunun və baş həkiminin iştirakları ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 12 saylı planlı (növbəti) yoxlama aktından görünür ki, həmin tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada planlı (növbəti) yoxlama keçirilmişdir. Yoxlama aparılarkən müəyyən edilmişdir ki, müəssisədə görülən işlərə dair tibbi qeydiyyat sənədləri ARSN-nin təsdiq edilmiş formaları və qaydalarına uyğun olaraq həyata keçirilmir. “Medkus1” elektron proqram təminatı ilə müvafiq qeydlər aparılsa da müəssisənin tibbi fəaliyyətini tam əks etdirmir. Tibbi statistik hesabatlar aparılmır. Klinikada anesteziolojireanimatoloji iş üzrə fəaliyyət olsa da (həmçinin psixatrik) AR NK-nın xx.xx.2003-cü il tarixli qərarın müvafiq qaydalarına uyğunlaşdırılmayıb. Çalışan işçilərin dövri tibbi müayinələrdən keçməsi barədə sənədlər yoxdur. Rengenoloji iş üzrə müvafiq sənədləşdirmə işləri aparılmır. Müəssisənin ionlaşdırcı şüa mənbələri hesab edilən qurğuların istismarı üçün verilmiş “xüsusi icazə və radioloji gigenik pasport” sənədlərinin etibarlılıq müddəti bitmişdir. (2021-2022). Müəssisədə sterilizasiya prosesi mərkəzləşmiş sterilizasiya sahəsində qaydalara uyğunlaşdırılmayıb. Havalandırma sisteminə texniki qulluq barədə təsdiqedici sənəd yoxlamaya təqdim edilməmişdir. Tibbi fəaliyyət üçün istifadə edilən avadanlıqların normativ texniki uyğunluq barədə təqdim edilən sənədləri natamamdır. Bir sıra cihazların metroloji sənədləri yoxdur. Alətlərin sterilizasiyasına dair qeydiyyat jurnalı bakterisid lampanın işlədilməsinə aid qeydiyyat jurnalı, tempuratura və rütubətə nəzarət vərəqələri yoxlamaya təqdim edilməmişdir. Müəssisədə ixtisası üzrə vəzifə uyğunsuzluqlarına rast gəlinmişdir. Laborant (əmək müqaviləsi üzrə) X22 ixtisasca “mama” vəya “bioloqdur” laborant X1 ixtisasca bioloq, laborant X16 ixtisasca bioloq, ginekoloq X15 ixtisasca pediatr, laborant X9 ixtisasca subioehtiyatları və akvobiotiklərin istifadəsi üzrə mütəxəssis, laborant X27 ixtisasca biologiya müəllimi, həkim-ginekoloq X23 ixtisasca onkoloqdur. Müəssisədə çalışan tibb heyətinin və digər işçilərinin vəzifə təlimatları tərtib edilməyib. Cari olaraq müəssisədə “dietoloji”, “herontoloji”, “narkoloji”, (fizioterapektiv ixtisaslı mütəxəssis yoxdur) “oftalmoloji”, “otorinolarinqoloji”, “mikrobioloji” işlərə dair həm sahələr həm də ixtisaslı mütəxəssisləri yoxdur. Laboratoriya üzrə nəzarət kalibrasiya işlərinə dair qeydiyyat jurnalı yoxlamaya təqdim edilməmişdir. Cihazların iş prinsipinə uyğun təlimatları tərtib edilməyib. Həmçinin müəssisədə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyətlə məşğul olma faktları aşkarlanmışdır: həkim-terapevt X24, həkim terapevt X32, laborant X16, şüa-dioqnostik USM X33, feldşerlaborant X7, laborant X25, həkim laborant X3, həkim ginekoloq X23 (onkoloq kimi sertfikatı olsa da ginekoloji fəaliyyəti üçün sertifikatı yoxdur), laborant X27 həkim terpevt X10, həkim laborant X4, həkim-ginekoloq X26, laborant X2, laborant X9, laborant X34, ginekoloq X15, “mama” X5, həkim genetik X17, kosmetoloq X11 (cəmi 18 nəfər). Bundan başqa müəssisədə lisenziyadan kənar “uroloji”, “kosmetoloji”, “genetik”, “cərrahi stomotoloji” iş və fəaliyyətin olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən “X14” publik hüquqi şəxsinə daxil olmuş məlumatdan görünür ki, ********** nömrəli VÖEN əsasında qeydiyyata alınmış Şəxs MMC-yə xx.xx.2018-ci il tarixdə verilmiş lisenziyada “uroloji”, “kosmetoloji”, “genetik”, “cərrahi stomotoloji” fəaliyyət növü icazə verilmiş tibbi fəaliyyət və işlər sırasında yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən “uroloji”, “kosmetoloji”, “genetik”, “cərrahi stomotoloji” xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinin mənasına görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Həmçinin 215.4-cü maddəsinin mənasına görə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hansı ki, Şəxs MMC-də bu cür işlərin, yəni xx.xx.2018-ci il tarixdə verilən lisenziyada müəyyən edilməmiş, lisenziyadan kənar “uroloji”, “kosmetoloji”, “genetik”, “cərrahi stomotoloji” fəaliyyət növü üzrə işin, tibbi fəaliyyətin həyata keçirilməsi qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (həkim-terapevt X24, həkim terapevt X32, laborant X16, şüa-dioqnostik USM X33, feldşer-laborant X7, laborant X25, həkim laborant X3, həkim ginekoloq X23 (onkoloq kimi sertfikatı olsa da ginekoloji fəaliyyəti üçün sertifikatı yoxdur), laborant X27 həkim terpevt X10, həkim laborant X4, həkim-ginekoloq X26, laborant X1, laborant X9, laborant X34, ginekoloq X15, “mama” X5 , həkim genetik X17, kosmetoloq X11 (cəmi 18 nəfər) praktik tibb fəaliyyətinə buraxılması həmçinin tədqiq olunmuş iş materialları, hüquqi şəxsin nümayəndəsinin (klinikanının baş həkimi, direktoru) yoxlama zamanı verdiyi izahatı ilə tam təsdiq olunur. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddələr ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən törədilmiş daha ağır inzibati xətaya görə Cəmiyyət barəsində 6000 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 55, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 251.1-ci və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri tətbiq edilərək, ona təqsirli bilindiyi daha ciddi xətaya görə 6.000 (altı min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar