Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-386/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X6 iclas katibliyi, Şikayət vermiş şəxs X5 iştirakı ilə X1 Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X9 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07:29 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsindən Xırdalan şəhəri istiqamətində idarə etdiyi “HYUNDAİ SANTA FE” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Bakı şəhər DYP Yol patrul xidməti inspektoru polis baş leytenantı X10 ona saxla əmri verərək avtomobilini saxlamışdır. Bundan sonra inspektor ona yaxınlaşaraq bildirmişdir ki, guya o, işıqforun qadağanedici işığında hərəkətini davam etdirmişdir. Lakin o, qeyd olunanlarla razılaşmamağına baxmayaraq, Bakı şəhəri DYP Yol patrul xidməti inspektoru polis baş leytenantı X10 tərəfindən, barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş və müvafiq qərar qəbul edilmişdir. Bildirmişdir ki, qeyd olunan ərazidə quraşdırılmış müşahidə kameları vasitəsi ilə onun əməlində inzibati xətanın olmadığını açıq-aşkar müşahidə etmək olar. Daha sonra barəsində tərtib edilmiş inzibati akt bir sıra qanun pozuntuları ilə müşayiət olunur. Belə ki, inzibati xəta haqqında protokolla razı olmadığı halda, barəsində dərhal qərar qəbul edilmişdir. Qeyd olunanlarla razı olmadığına görə də barəsində tərtib olunmuş qərardan məhkəməyə şikayət vermək qərarına gəlmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinə barəsində qanunsuz tərtib olunmuş protokol əsasında qərarın ləğv edilməsi barədə rəsmi müraciət etmişdir. Məhkəmə araşdırma zamanı məhkəmə tərəfindən Bakı şəhəri Baş X16 İdarəsindən nümayəndənin və sübutların təqdim olunması tələb olunmasına baxmayaraq, məhkəməyə Bakı şəhəri Baş X16 İdarəsi tərəfindən heç bir sübut təqdim olunmamış, nə də ki idarənin nümayəndəsi iştirak etməmişdir. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 3(004)-6384/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Baş X16 İdarəsi tərəfindən 21 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 21 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı şəhər X16 İdarəsinə qaytarılması barədə qərara alınmışdır. Məhkəmə tərəfindən qərar qəbul olunmasında xeyli müddət keçməsinə baxmayaraq protokolun sistemdən silinməməsindən şübhələndikdən sonra qərara gəlmişdir ki, Bakı şəhər Baş X16 İdarəsinə getsin. Bu zaman orada ona məlum olmuşdur ki, onun iştirakı, məlumatı olmadan bir tərəfli heç bir araşdırma aparılmadan, artıq barəsində yenidən qanunsuz qərar qəbul olunmuşdur. Bundan sonra o, məhkəmə qərarlarını icra edən Bakı şəhər Baş X16 İdarəsinin əməkdaşı polis kapitanı X4 inzibati xəta ilə bağlı görüntüləri tələb etsə də, o, ona görüntüləri təqdim edə bilməmişdir. O, Bakı şəhər Baş X16 İdarəsinin əməkdaşı polis kapitanı X4 2-ci dəfə gizli şəkildə barəsində tərtib olunmuş qərarı niyə onun ünvanına rəsmi göndərilməməsinin səbəbini soruşduqa o, ona “yaddan çıxıb” deyərək cavab vermişdir və sonuncu orada dərhal yeni qərarın üzərinə xx.xx.2025-ci il tarix yazaraq imzalamış və qərarı ona təqdim etmişdir. Bununla da ona aydın olmuşdur ki, qəbul olunmuş qərar məhkəmə tərəfindən rəsmi olaraq Bakı şəhər Baş X16 İdarəsinə göndərildikdən sonra həmin idarənin əməkdaşı polis kapitanı X7 foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin qeydiyyat videoları olmadığı halda qanunu ciddi şəkildə pozaraq, heç bir araşdırma aparmadan, onun inzibati xətanın baxılmasında iştirakını təmin etmədən və məhkəmənin qərarında göstərilənləri nəzərə almadan yenidən xx.xx.2024-cü il tarixdə barəsində TP6937859 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə barəsində Bakı şəhər DYP tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən barəsində əsassız və qanunsuz tərtib edilmiş 21 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu, şikayətin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq iş üzrə foto və videogörüntünün olmadığını, yalnız protokol tərtib etmiş şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi və izahatının alınmasını təşkil edə biləcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə tərəfindən təqdim olunması tələb olunan iş materiallarını məhkəməyə təqdim etməmiş və protokol tərtib etmiş şəxsin də iştirakını təmin etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X9 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X9 xx.xx.2024-cü il tarixdə, saat 07:29-da Bakı şəhəri, Məmmədcəfər Cəfərov, 1a ünvanında idarə etdiyi “X17 minik” markalı, 77YM901 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Rayon Məhkəməsinin 3(004)-6384/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X5 şikayətinin qismən təmin edilməsi və X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X16 İdarəsi tərəfindən 21 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 21 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı şəhər X16 İdarəsinə qaytarılması qərara alınmışdır. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X2 və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X9 xx.xx.2024-cü il tarixdə, saat 07:29-da Bakı şəhəri, Məmmədcəfər Cəfərov, 1a ünvanında idarə etdiyi “X17 minik” markalı, 77YM901 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 327.2-ci maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-386/2025 saylı məktubu ilə səlahiyyətli orqana şikayət üzrə bütün sübutları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə – yüz manat məbləğində cərimə edilir. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X9 barəsində olan Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin məhkəmənin eyni inzibati xəta ilə bağlı inzibati tənbeh vermə haqqında qərarın səlahiyyətli orqan tərəfindən şəxsin təqsirini sübut edə biləcək materiallara əsaslanmadan qəbul edildiyindən ləğv edilərək yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsinə göndərilməsinə baxmayaraq, heç bir araşdırma və sübut toplanılmadan yenidən eyni qərarın qəbul edilməsi, həmçinin səlahiyyətli orqanın nümayəndəsi tərəfindən protokol tərtib etmiş şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi və izahatının alınmasını təşkil edə bilmədiyini və s. kimi hallar inzibati xətanın X9 tərəfindən baş verməsini şübhə altına almış, qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, bundan əlavə X5 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X5 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli və X5 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. X5 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-386/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-386/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver