Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3868/2023 11.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 511 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 iyul 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 11 iyul 2023-cü il tarixli MN seriyalı ******* saylı protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 11 iyul 2023-cü il tarixdə avtoxuliqanlıq edərək Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşlarına tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib müdafiə edən şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin polis sahə inspektoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, 11 iyul 2023-cü il tarixdə saat 12:30 radələrində YPX əməkdaşları Bakı şəhəri, Yasamal rayonu ərazisində xidmətdə olarkən **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən asvalt üzərində çoxsaylı izlər buraxaraq “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulduğunu görüb həmin sürücüyə saxla işarəsi verib ona yaxınlaşılmışlar. Bundan sonra sürücüyə və törətdiyi qayda pozuntusu izah edilmiş, avtomobilin texniki pasportunu təqdim etməsi tələb edilmişdir. Lakin sürücü ondan tələb olunan sənədləri təqdim etmədiyi üçün polis əməkdaşıları onun avtomobilini duracağa yerləşdirmək məcburiyyətində qalmışlar. Bu səbəbdən sürücü Şəxs ilə birlikdə mühafizə olunan duracağa doğru hərəkət etmişlər. Duracağa çatdıqda polis əməkdaşı avtomobildən enən zaman Şəxs avtomobili sürərək oradan uzaqlaşmışdır. Bundan sonra Şəxs avtomobil idarə edərək Bakı Şəhər Baş Polis İdarəsinin həyətinə daxil olmuş və orada polis əməkdaşları tərəfindən saxlanmışdır. Şəxs bir daha avtomobilin müvəqqəti duracağa təmin edilməli olduğu təkrar bildirilsədə buna etiraz edərək avtomobili müvəqqəti duracağa yerləşdirməyəcəyini demişdir. Şəxs qanunun tələblərinə riayət etməli olduğu bildirilsədə o polisin qanuni tələbinə məhəl qoymayaraq öz qanuna zidd hərəkətlərinə davam etmişdir. Polis əməkdaşlarının köməyi ilə 28-ci polis bölməsinə təmin edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 511 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, 11 iyul 2023-cü il tarixdə Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nin polis əməkdaşı ona saxla işarəsi verib yaxınlaşmış və avtomobilin müvəqqəti duracağa getməli olduğunu bildirmişdir. O isə bildirmişdir ki, onun əməlində müvəqqəti duracağa təmin edilməli hər hansı xəta olmamışdır. Bundan sonra YPX əməkdaşı onu avtoxuliqanlıq etməkdə ittiham etmişdir. O isə hər hansı avtoxuliqanlıq əməli törətmədiyini bildirmişdir. Polis əməkdaşlarının təkidi nəticəsində onların iştirakı ilə müvəqqəti dayanacağa doğru hərəkət etmişdir. Müvəqqəti dayanacağa çatdıqda o, avtomobildən enən zaman polis əməkdaşları tərəfindən şərlənməkdən qorxduğu üçün oradan uzaqlaşaraq avtomobili Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə sürmüşdür. Orada şikayətini bildirmək üçün avtomobildən düşdükdə polis əməkdaşları onu saxlayaraq 28-ci polis bölməsinə təmin etmişlər. O avtoxuliqanlıq etməmiş və hər hansı qaydada polisin qanuni tələbinə qarşı gəlməmişdir. Yekun olaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, 11 iyul 2023-cü il tarixdə xidmətdə olarkən “Range Rover” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İXM-nin 511-ci maddəsinin tələbini pozduğu üçün saxlanılmışdır. Sürücüyə qayda pozuntusu izah edilmiş və ondan özünə və idarə etdiyi avtomobilə məxsus sənədlər tələb edilmiş, lakin sürücü heç bir sənəd təqdim edə bilmədiyi üçün ona avtomobilin müvəqqəti duracağa təmin edilməli olduğu bildirilmiş və onlar duracağa doğru getmişlər. Müvəqqəti duracağa çatdıqda sürücü onun avtomobildən düşməsindən istifadə edərək dərhal avtomobili idarə edib oradan uzaqlaşmışdır. Bundan sonra sürücü avtomobili idarə edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin dayanacağına daxıl olmuş və orada çətinliklədə olsa saxlanılmışdır. Bundan sonra həmin şəxs 28-ci polis bölməsinə təmin edilmişdir. Məhkəmənin sualına cavab olaraq bilmdirşidir ki, hazırda Şəxs İXM-nin 511-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı video görüntü təqdim edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 digər şahid X4 ilə eyni məzmunlu ifadə verərək onun bildirdiyi xüsusatlara özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan: Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru X4 tərəfindən 28-ci polis bölməsinin rəhbərliyinə ünvanlanmış 11 iyul 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Səbail rayonu, Bünyad Sərdarov küçəsində Mehdi Hüseyn küçəsndən hərəkətə başlayan “Range Rover” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İXM-nin 511-ci maddəsinin tələbini pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, qayda pozuntusunu izah edərək sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücünün şəxsiyyətini bort kompüter vasitəsilə müəyyən etmişdir ki, sürücü Şəxsdur. Sürücünün nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin üzərində olmadığı üçün nəqliyyat vasitəsinin mühafizə olunan duracağa təmin olunacağı bildirilmiş və onun yanına əyləşərək duracağa hərəkətə başlamışdır. Duracağa çatdıqda polis əməkdaşı maşından düşdüyü anda sürücü avtomaşını fırladaraq duracaqdan qaçmışdır. Dəfələrlə ona saxlaması barədə xəbərdarlıq etməsinə baxmayaraq sürücü hərəkətini davam etdirmişdir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin həyətinə daxil olan zaman yolu azdığı üçün məcbur dayanmalı olmuşdur. Ona yaxınlaşıb maşının duracağa getməli olduğunu bildirdikdə o İXM-nin 535-ci maddəsinə əsasən tabe olmamışdır. Polis əməkdaşlarının köməyi ilə həmin şəxs 28-ci polis bölməsinə gətirilmişdir. İnzibati qaydada tutma haqqında 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 14:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan əlavə 23 fevral 2021-ci il tarixli 270-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən: 511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yeni redaksiyada verilmiş İXM-nin 511-ci maddəsində nəzərdə tutulmuş əməllərin Şəxs törətməsi protokolda əks etdirilməmiş və bundan əlavə hər hansı bir sübutla ilə təsdiqlənmir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, hazırki iş üzrə Şəxs barəsində İXM-in 511-ci maddəsində ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Lakin inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 11 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində BPİ DYPİ-nin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 511-ci maddəsi ilə tərtib edilmiş 11 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3868/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3868/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver