Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-387/2022 31.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər DYPİ-nin 18.12.2021-ci il tarixli, EQ ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı şəhər DYPİ-nin 18.12.2021-ci il tarixli, EQ ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin 18.12.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki,18 dekabr 2021-ci il tarixdə A.M.Şərifzadə küçəsində özünə məxsus ** DO *** qeydiyyat nişanlı avtomobilini yolun sağ tərəfində park edərkən saat 18:00 radələrində YPX inspektoru EQ ******* protokol tərtib etmişdir. Qadağan edici yol nişanı böyük bir ağacın arxasında yerləşdiyi üçün və gözlə görünməsi mümkün olmadığı halda tərtib olunmuş protokolu əsassız hesb edir. Ona görə də, həmin qərar inzibati xəta haqqında iş üzrə icraat qaydasında məhkəmə vasitəsilə ləğv edilməlidir. Həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin 18.12.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X2 18.12.2021-ci il tarixində 17:34-də dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan, qərardan şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş fotoşəkildən görünür ki, həmin ərazidə dayanma və durma qaydalarını tənzimləyən yol nişanı mövcuddur və sürücülər tərəfindən görsənən yerdə quraşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə-iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, şikayət vermiş X2 öz şikayətini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan fotoşəkillərdən aydın olur ki, X2 tərəfindən 18.12.2021-ci il tarixdə 17:34 radələrində ünvan 1 ünvanında VAZ 21099 minik markalı 10 DO509 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayanması halı müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Hazırkı halda, X2 qeyd olunan ərazidə qadağaedici nişanın görmədiyini bildirsə də, iş materilları ilə sübuta yetirilir ki, o, 18.12.2021-ci il tarixdə 17:34 radələrində A.M.Şərifzadə küçəsində "Dayanmaq qadağandır” yol nişanı olan yerdə nəqliyyat vasitəsini saxlamışdır. Qanunvericiliyin yuxarıda qeyd edilən normaları ilə isə konkret olaraq 3.27 yol nişanının təsir zonalarında nəqliyyat vasitəsinin durması qadağan edilmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin 18.12.2021-ci il tarixli, EQ ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər DYPİ-nin 18.12.2021-ci il tarixli, EQ ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-387/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-387/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver