Məhkəmə qərarları › İş №3(004)-387/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-387/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-387/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsi X4, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 07 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 07 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 27 noyabr 2023-cü il tarixdə təxminən saat 16:00 radələrində **-YP-*** DYP tərəfindən saxlanılmışdır. Həmin gün günorta təqribən 15:00 radələrində Azərbaycan Respublikası Baş X12 İdarəsində **-HV-*** qeydiyyat nömrəli avtomobili öz adına keçirtmişdir. Avtomobili saxlayan zaman DYPİ yol patrul inspektoru polis siravisi X7 avtomobildə “Speyser” olduğunu bildirmiş və nəqliyyat vasitəsin heç bir baxış, servis və ekspert rəyi olmadan avtomobilini duracağa yerləşdirmişdir. O bunun qanuna uyğun olmadığını bildirsə də, nəqliyyat vasitəsində tələblərini pozan heç bir əlavə avadanlığın olmamasına rəğmən, nəqliyyat vasitəsi cərimə meydançasına aparılmışdır. DYPİ yol patrul xidməti inspektoru tərəfindən ona xx.xx.2023cü il tarixində təqdim olunmalı olan protokol 3 gün sonra yəni xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. O xx.xx.2023-cü il tarixində 102 məlumat mərkəzinə nəqliyyat vasitəsinin saxlanılması və cərimə meydançasına aparılması barədə müraciət etmişdir. Yol patrul xidməti inspektoru polis siravisi X7 ona demişdir ki, 30 nömrəli otağa yaxınlaşmalıdır. xx.xx.2023-cü il tarixində X12 İdarəsində əməkdaşın dediyi 30 nömrəli otaqda oturan polis mayoru Arzumanlı Arzumana yaxınlaşmışdır. Onunla üzbəüz xidməti otağında söhbət etmişdir. Söhbət zamanı bu məsələ ilə əlaqədar olaraq qanunu tədbir görməsini demişdir. Lakin onun nəqliyyat vasitəsində olan qanuni “Speyser” qanunsuz olduğunu ona bildirərək öz qanunsuz tələblərini irəli sürmüş və otağından qovmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin tərtib etdiyi 07 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin tərtib etdiyi 07 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona məxsus olan “BMW 525İ” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilində “speyser” və “led” işıqlar quraşdırılmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsi X8 bildirdi ki, X3 idarə etdiyi “BMW 525İ” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobildə “speyser” və “led” işıqların quraşdırıldığı müəyyən edilmiş və bu səbəbdən şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 07 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 “BMW 525İ” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 27 noyabr 2023-cü il tarixdə saat 16:11-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 150 (bir yüz əlli) manat miqdarında cərimə edilmişdir. Avtoservis "xxxx" MMC-nin 04 dekabr 2023-cü il tarixli arayışından görünür ki, cəmiyyətin mütəxəssisləri tərəfindən keçirilmiş baxış zamanı “BMW E-60” markalı, **-HV- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərlərə spacer (flans) ilə bərkidilməsi müəyyən olunmuşdur. Spacer (flans) ustalar tərəfindən ləğv olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 07 dekabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar