Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-388/2025 16.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mikayıl Müşfiq küçəsi və Parlament prospektinin kəsişməsindən keçdikdən sonra **-YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilində xidmət aparan polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilmişdir. Həmin vaxt avtomobildə ondan başqa 77 yaşlı xəstə atası da olmuş, o, nəqliyyat vasitəsindən düşərək inspektora yaxınlaşmış və saxlama səbəbini soruşmuşdur. O, heç bir qayda pozuntusuna yol vermədiyini inspektora bildirmişdir. İnspektor ona mobil telefon vasitəsilə video görüntü təqdim etsə də, həmin görüntüdə onun işıqforun qadağanedici siqnalında keçməsi və hər hansı qayda pozuntusuna yol verməsi qeydə alınmamışdır. O, bu barədə inspektora məlumat vermiş, bundan sonra inspektor ondan nəqliyyat vasitəsinə aid sənədləri tələb etmişdir. O, avtomobilin MMC-yə məxsus olduğunu, təsisçi və direktorun özü olduğunu, avtomobilə sahiblik hüququnun ona aid olduğunu bildirmiş və sənədləri təqdim etmişdir. Lakin o, MMC tərəfindən verilmiş etibarnamənin kağız formasını unutduğu üçün onu mobil telefonunda göstərmiş, buna baxmayaraq inspektor etibarnamənin yalnız kağız formasında təqdim edilməsini tələb edərək əlavə mübahisə yaratmışdır. Bir müddət sonra inspektor dayandıqları yerə əlavə olaraq iki Yol Patrul Xidməti ekipajını çağırmışdır. YPX avtomobilində gələn zabitlərdən birinə də nəqliyyat vasitəsinə aid sənədlər təqdim edildikdən sonra inspektorlar avtomobilin cərimə meydançasına aparılacağını bildirmişlər. O, bu qərarın qanunsuz olduğunu, nəqliyyat vasitəsinə aid bütün sənədlərin təqdim edildiyini və avtomobilin hansı əsasla cərimə meydançasına aparıldığını soruşmuşdur. Lakin inspektor nəqliyyat vasitəsinə əyləşərək onu idarə etməyə cəhd göstərmişdir. O, inspektorlara protokol və akt tərtib edilmədən avtomobilin cərimə meydançasına aparılmasının qanunsuz olduğunu bildirmişdir. O, nəqliyyat vasitəsində xəstə atasının olduğunu və ona evə çatdırılması üçün şərait yaradılmasını tələb etsə də, inspektorlar buna məhəl qoymayaraq hərəkətlərini davam etdirmiş və atasını avtomobildən düşürmüşlər. O, məcbur qalaraq atasını təkbaşına taksi ilə göndərmişdir. Bundan sonra YPX əməkdaşları protokol və akt tərtib etməkdən imtina edərək ona hədə-qorxu gəlməyə başlamış, bölməyə aparılaraq həbs ediləcəyi və problemlərlə üzləşəcəyi barədə xəbərdarlıq etmişlər. Daha sonra YPX əməkdaşları Post Patrul Xidməti naryadını çağıraraq ona tabesizlik göstərdiyini bildirmişlər. O, polis əməkdaşlarına qanunun hansı tələbini pozduğunu soruşmuş, istəyinin yalnız prosedurun qanunvericiliyə uyğun aparılması, akt və protokolun tərtib edilməsi olduğunu vurğulamışdır. PPX əməkdaşları ondan 26-cı polis bölməsinə getməsini istəmişlər. O, hansı əsasla bölməyə aparıldığını soruşduqda, YPX əməkdaşlarının çağırışı olduğu üçün bölməyə getməli olduğu bildirilmişdir. Onun haqlı etirazına baxmayaraq, YPX əməkdaşları kobud güc tətbiq edərək onu qolundan tutub PPX avtomobilinə mindirmişlər. Hadisə yerində qalan nəqliyyat vasitəsi barədə heç bir məlumat verilmədən o, 26-cı polis bölməsinə aparılmışdır. Bölmədə onun izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. 15 yanvar tarixində Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək baş verən hadisə ilə bağlı şikayətini bildirmiş, avtomobilinin harada olduğunu soruşmuşdur. Lakin şikayətinə cavab verilməmişdir. Daha sonra Bakı Şəhər X9 İdarəsinin inzibati binasına yaxınlaşaraq nəqliyyat vasitəsinin hansı dayanacaqda olduğunu soruşmuş, inzibati binanın 26 saylı xidməti otağında bu barədə məlumat verməsinə baxmayaraq, heç bir araşdırma aparılmamış və ona avtomobilini cərimə meydançasından götürməsi barədə arayış, habelə barəsində qanunsuz tərtib edilmiş protokol və qərar təqdim edilmişdir. Qərarda onun guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi qeyd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 bildirdi ki, atası ilə birlikdə xəstəxanadan qayıdarkən svetoforun yanıb sönən yaşıl işığında keçmiş, onu polis əməkdaşı saxlamışdır. Atası da maşında olmuşdur. YPX əməkdaşı ona video göstərə bilməmiş, sonra isə bildirmişdir ki, onun etibarmnaməsi yoxdur, o, protokolu istəsə də, YPX inspektoru PPX çağırmış, sonra isə hazırda mübahisələndirilən qərar ona təqdim edilmişdir. O, hətta sarıda da keçsə, hazırki vəziyyət dəyişmir, səlahiyyətli orqan tərəfindən aydın videogörüntü təqdim edilmir. Qadağanedici işıq yanmadığından yolu keçmişdir. Qaydaları pozmayıb. Məhkəmədən verilmiş şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, haqqında icraat aparılan şəxs qeyd olunan tarixdə YPX əməkdaşı tərəfindən saxlanılmış və etibarnaməsi olmadığı müəyyən edilmişdir. Nəqliyyat vasitəsi şirkətin mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin qərarından da görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tələblərinə əməl etmədən keçib getmiş, yanında olan o biri avtomobil isə dayanmışdır. Digər avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilmiş, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinə dəvət edilmiş və izahatı alınmışdır. O, sürücü də qeyd olunan halları təsdiq etmişdir. Ona görə də xahiş edir ki, qərar dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Talıb Qasımov izahat verərək bildirdi ki, texniki səbəbdən videogörüntülərdə hadisəni tam göstərə bilmirlər. DYP nümayəndəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu 59 cu maddə ilə protokol tərtib etmişdir ki, vətəndaş svetoforun qadağanedici işığında hərəkəti davam etdirmişdir. Həmin Qanunun 3-cü bəndində sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Yalnız o halda keçməyə icazə verilir ki, sarı işıq yananda arxada nəqliyyət vasitəsi var, kəskin tormoz verilməsi qəzaya səbəb ola bilər. Vətəndaş deyir ki, sarı işıq yananda keçibdir. Vətəndaş qarşısında sarı işıq görür, ondan əvvəlki nəqliyyat vasitəsi artıq hərəkətini dayandırır, o isə sürətini artırıb sarı işıqda keçir. O halda protokol tərtib edirlər ki, sarı işıq yanarkən arxadan nəqliyyat vasitəsi olmur. Lakin indiki işdə arxada nəqliyyat vasitəsi olmamışdır. Hadisə zamanı çəkilişdə dayanan nəqliyyat vasitəsini müəyyən etmiş və izahatını alımışlar, o da qeyd olunan halları təsdiq edə bilər. Bundan başqa hazırda məhkəməyə ordaki svetoforun işləmə funksiyasını saniyə ilə təqdim edir, orda da göründüyü kimi, svetaforlar 7 saniyə fasilə olmaqla işləyir, vətəndaş isə 1 saniyə sonra, yəni yaşıl işıq söndükdən sonra keçir. Ona görə də xahiş edir ki, şikayət təmin edilməsin. Şahid məhkəmədə bildirdi ki, görüntüdə görünən nəqliyyat vasitəsi ona məxsusdur. xx.xx.2025-ci il tarixdə, saat 15:16 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq 28b küçəsi ilə hərəkət edərkən 20 saylı məktəbin qarşısında olan svetoforun yaşıl işığı yanıb sönmədən hərəkətini davam etdirmiş, arxadan başqa “JAC PİCK¬UP HFC1037D3KSF MİNİK” markalı nəqliyyat vasitəsinin də sürətlə gəldiyini , həmçinin mübahisəli svetoforun qadağanedici işığının yandığını gördüyü üçün tez sola manevr etməklə saxlamış, həmin avtomobil isə sürətlə qırmızı işıqda ötüb keçmişdir. Svetoforun yaşıl işığı yandıqdan sona isə bir qədər irəli gedərkən bayaq onun yanından qırmızı işıqda ötüb keçən nəqliyyat vasitəsinin DYP-nin isnspektoru tərəfindən saxlanıldığını görmüşdür. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 15:34-də Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq 28b küçəsi ilə “JAC PİCK¬UP HFC1037D3KSF MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək X5 barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 3(004)- 388/2025 nömrəli qərarı ilə X4 şikayəti təmin olunaraq, X5 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 3(004)- 388/2025 nömrəli qərarından Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, qərar ləğv edilmiş və yenidən araşdırılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş görüntülərdə xx.xx.2025-ci il tarixdə, saat 15:34-də Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq 28b küçəsi ilə “JAC PİCK-UP HFC1037D3KSF MİNİK” markalı, 77-PL- 301 dövlət qeydiyyat nişanlı avtomobinin sürücüsü X2 artıraraq yoluna davam etdiyi və arxada digər nəqliyyat vasitələri gəlmədiyi təqdirdə, ondan qabaqda və pararel gedən nəqliyyat vasitəsinin sürücüsü sürətini azaldaraq dayanmışdır. Həmçinin məhkəmədə digər sürücünün də izahatı alınmış, o,da xx.xx.2025-ci il tarixdə, saat 15:34-də Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq 28b küçəsi ilə “JAC PİCK- UP HFC1037D3KSF MİNİK” markalı, 77-PL- 301 dövlət qeydiyyat nişanlı avtomobilin qırmızı işıq yanmasına baxmayaraq hərəkətini davam etdirdiyinin şahidi olduğunu bildirmişdir. Bundan başqa məhkəmədə təqdim edilmiş hadisənin baş verməsi və svetoforun işləmə funksiyasını saniyə ilə təqdim edilməsinə dair görüntülərə baxarkən svetaforların yaşıl və qırmızı işıqlarının 7 saniyə ara verməklə işləməsi müəyyən edilmişdir. “JAC PİCK- UP HFC1037D3KSF MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil isə digər tərəfdə yaşıl işıq yanmağa 1 saniyə qalmış hərəkətini davam etdimişdir. İXM-nin 85.1-c maddəsinə əsasən YPX inspektoru hadisəni görmüş və “JAC PİCK- UP HFC1037D3KSF MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85.1-ci maddəsinə əsasən Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir; nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir: nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Qanunun 59-cu maddəsinin üçüncü hissəsinə əsasən svetoforun dairəvi siqnallarının mənasına görə sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şikayətçi faktiki olaraq şikayətində həmin qərarın qanunsuzluğu barədə hər hansı bir konkret fakt göstərməmişdir. Qərardan narazı olduğu üçün ləğv edilməsini xahiş etmişdir, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədə araşdırılmış və yuxarıda müəyyən edilən hallar isə şikayətin əsassız olmasını sübut edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin DYPŞnin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-388/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-388/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver