Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3881/2023 28.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 iclas katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15i İdarəsinin nümayəndəsi X2, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Baş Polis İdarəsi (BPİ) X15 İdarəsinin (DYPİ) 26 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul edilmiş 26 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 02 fevral 2023-cü tarixdə, saat 08:30 radələrində mülkiyyətində olan “Mercedes Benz E200 minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə A.Mirqasımov küçəsi ilə hərəkətdə olan zaman Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən saxlanılmışdır. Polis əməkdaşı tərəfindən yol ver işarəsinin tələbini pozmağını bildirmişdir. O polis əməkdaşı ilə razı olmayaraq, video görüntüyə baxış tələb etmiş lakin görüntüyə baxış keçirilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin vaxt polis əməkdaşından iş üzrə qərar qəbul edilməməsini, onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Həmin günü tərəfindən müvafiq quruma şikayət ilə müraciət edilmişdir. Ondan sonra 09 mart 2023-cü il tarixə Azərbaycan Resublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X15i İdarəsinə dəvət edilmişdir. Həmin vaxt müəyyən olunmuşdur ki, protokol tərtib etmiş inspektor onun iradına baxmayaraq, 02 fevral 2023-cü il tarixdə protokol tərtib edən zaman qərar da qəbul etmişdir. Halbuki o protokola etiraz etmişdir. Şikayəti əsasında araşdırma zamanı ona təqdim olunan görüntüdə başqa bir nəqliyyat vasitəsinin görüntüsü təqdim edilərək, guya onun nəqliyyat vasitəsi olması bildirilmişdir. Görüntüdə olan nəqliyyat vasitəsinin başqa olmasını, nömrə nişanlı ilə təqdim edilməsini tələb etsə də əsassız olaraq qərar qəbul edilərək, surəti ona təqdim edilmişdir. Bundan başqa İXP ******* saylı, 02 fevral 2023-cü il tarixli protokol əsasında qəbul edilmişdir. Həmin protokol isə natamam olmuşdur. Belə ki, hadisə yeri göstərilməmiş, sübutlar barədə məlumat, ümumiyyətlə hər hansı sübut olub-olmaması barədə qeyd yoxdur. Bundan başqa qərar qəbul edən zaman da heç bir sübut tədqiq edilməmiş, ancaq protokola istintad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsin 3(004)-1573/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərarı ilə şikayət ərizəsi qismən təmin olunaraq, İXP ******* saylı, 02 fevral 2023-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı qərar ləğv edilmiş, yenidən araşdırma aparılması üçün Bakı şəhəri X15 İdarəsinə göndərilmişdir. Lakin məhkəmə qərarı qəbul edildikdən sonra Bakı şəhəri X15 İdarəsinin hüquq şöbəsi ilə bir neçə dəfə əlaqə saxlayıb, şikayətə nə vaxt baxılması barədə məlumat almaq istəsə də, məlumat veriləcəyi bildirilmişdir. İki gün əvvəl isə məlum olmuşdur ki, ona heç bir məlumat vermədən, heç bir araşdırma aparmadan, məhkəmə qərarında göstərilən hallar diqqətə alınmadan yenidən eyni qərar qəbul edilmiş, inzibati məsuliyyətə cəlb edilərək, barəmdə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri X15 İdarəsinin TP ******* saylı, 26 may 2023-cü il tarixli qərarı ona 10 iyul 2023-cü il tarixdə Bakı şəhəri X15 İdarəsinə gedərək, oradan əldə etmişdir. Həmin qərardad ancaq inzibati xəta haqqında protokola istintaq edilmiş, heç bir sübut tətqiq edilməmiş və sübut kimi qeyd edilməmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər BPİ-nin DYPİ-nin tərəfindən qəbul edilmiş 26 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 Adil oğlu şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul edilmiş 26 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15i İdarəsinin nümayəndəsi X6 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə əks etdirin hər hansı foto və ya videogörüntü məhkəməyə təqdim edilə bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X8 əməlində İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 26 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş 26 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X8 02 fevral 2023-cü tarixdə saat 08:33-də “Mercedes Benz E200” markalı **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən 26 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü X8 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hadisənin sxemi və videogörüntü məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Qeyd edilən 26 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, qərarda istinad edilən törədilməsi ehtimal olunan inzibati xətanın törədildiyi tarixdə yəni 02 fevral 2023-cü il tarixdə X3 “Mercedes Benz E200” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “X13” Azərbaycan Respublikası Qanunun hər hansı müddəasının pozulması faktı sübütlarla öz təsdiqini tapmadığından onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanın törədilməsi sübuta yetirilmir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15i İdarəsinin nümayəndəsi X6 tərəfindən 13 dekabr 2023-ci il tarixli TP ******* saylı qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi mümükün olmadığı bildirilmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş 26 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, həmin B.Səmədzadə əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti təmin olunsun. X8 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş 26 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş 26 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3881/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3881/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver