Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3887/2024 13.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X15, Şikayətçi "xxxx" MMC-nin direktoru X4 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X4 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti verilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN!N° ******* saylı inzibati tənbeh vermə haqqında Qərar ilə "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərar onunla “əsaslandırılmışdır” ki, “AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq X6 əmək müqaviləsinə xx.xx.2024-cü ildə xitam verilmiş, lakin son haqq-hesabı xx.xx.2024-cü ildə ödənilmişdir. X1 və X10 əmək müqavilələrinə xx.xx.2024-cü ildə xitam verilmiş, lakin son haqq-hesabları xx.xx.2024-cü il tarixində ödənilmişdir. X2 tərəfindən AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşağıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı JVs ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN JVs ******* saylı inzibati tənbeh vermə haqqında həmin Qərar ləğv edilməlidir. "xxxx" MMC ilə bağlanmış əmək müqavilələri əsasında X11, X12 və X16 aşbaz vəzifəsinə işə qəbul olunmuşdu. Həmin işçilər 25 mart 2024-cü il tarixdə əmək qanunvericiliyi ilə müəyyən olunmuş 1 aylıq xəbərdarlıq müddətini gözləmədən iş yerini -“Ağabala” restoranını tərk etmiş və əmək funksiyalarını yerinə yetirməmişlər. Bununla da restoranda sifarişləri yerinə yetirməyə kifayət qədər işçi olmadığı üçün, restoran əvvəlcədən verilmiş sifariş əsasında 25 mart 2024-cü il tarixə, saat 18:00-a təyin edilmiş 35 nəfərlik banket sifarişindən imtina etmək məcburiyyətində qalmışdır. Bu barədə 7 nəfər işçinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə Akt tərtib edilmişdir. İşçilərin iş yerini tərk etmələrinin səbəbi (xəstəlik və digər səbəb) işəgötürənə məlum olmadığı üçün işəgötürən bir müddət gözləmə mövqeyində olmuşdur. Digər tərəfdən isə işçilərin hamısının eyni vaxtda işdən çıxarılması ilə restoranın fəaliyyətinin iflic vəziyyətinə düşəcəyini sübut etməyə ehtiyac yoxdur. İşəgötürən tərəfindən işçilərin işə qayıtmaları üçün cəhd edilmiş, lakin heç bir nəticə verməmişdir. Humanizm prinsiplərini rəhbər tutan işəgötürən tərəfindən həmin işçilər dərhal işdən azad edilməmiş, bir müddət işçilərin işə qayıtmasına vaxt tanımış lakin bu da heç bir nəticə verməmişdir. İşçilər tərəfindən xəstəliklə bağlı hər hansı təsdiqedici sənəd işəgötürənə təqdim edilmədiyindən, xx.xx.2024-cü il tarixdə işəgötürən tərəfindən həmin işçilərə xəbərdarlıq məktubları göndərilmiş, dərhal iş yerinə qayıtmaları və 1 aylıq xəbərdarlıq müddətində əmək funksiyalarını icra etmələri xahiş edilmiş, əks təqdirdə işəgötürən tərəfindən onlara qarşı dəymiş ziyanın əvəzinin ödənilməsinə dair məhkəmədə iddia qaldırılacağı və məhkəmə xərclərinin də onlardan tələb ediləcəyi bildirilmişdir. “Royal Express” sürətli poçt daşıma xidmətinin poçt qaimələrindən göründüyü kimi, xəbərdarlıq məktubu Yeganə Məmmədova tərəfindən xx.xx.2024-cü il tarixdə, Şəlalə Əliyeva tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. “Royal Express” sürətli poçt daşıma xidmətinin 08 aprel 2024-cü il tarixli Aktından görünür ki, poçt xidməti tərəfindən Bəhruz Mehdiyevin əlaqə nömrəsi ilə əlaqə saxlamaq istənilsə də mobil nömrəyə cavab verilməmişdir. Bununla da məktubun çatdırılması mümkün olmamışdır. İşəgötürən tərəfindən işçilərin barəsində intizam tənbehi verilmiş - xx.xx.2024-cü il tarixli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqavilələrinə xitam verilmişdir. Qərarından şikayət verilən orqanın vəzifəli şəxs barəsində inzibati cərimə tətbiq etməsi üçün yeganə “əsaslandığı” hal son haqq-hesabın ödənilməsinin Bəhruz Məmmədova münasibətdə 3 gün, Yeganə Məmmədova və Şəlalə Əliyevaya münasibətdə 5 gün gecikdirilməsidir. Halbuki, bu gecikdirmə işəgötürənin birbaşa təqsiri üzündən baş verməmişdir. Birincisi hazırkı şikayətə əlavə edilən hesabdan çıxarışlardan görünür ki, həmin tarixə hesabda son haqq-hesabın ödənilməsi üçün kifayət qədər məbləğ olmamışdır. İkinci isə əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işçilərin işəgötürənə vurduğu ziyanın müəyyən edilməsi üçün araşdırmalar aparılmasına zərurət yaranmışdır. Qeyd edilən hallar qərarından şikayət verilən orqana bildirilsə də, xx.xx.2024cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında xx.xx.2024-cü il tarixli, MN N2 ******* saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Əlavə olaraq qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə elektron poçt ünvanı və poçt vasitəsilə müraciət edilərək texniki səhv nəticəsində xx.xx.2024-cü il tarixdə X6 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi əməliyyatının etibarsız hesab edilərək ləğv edilməsində köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X4 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X20 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarı tamamilə qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü tarixli, MN ******* saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq X6 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də, lakin son haqq-hesabı xx.xx.2024-cü il tarixdə ödənilmişdir. X1 və X10 da əmək müqavilələrinə xx.xx.2024-cü il tarixdən xitam verilsə də, son haqq-hesabları xx.xx.2024cü il tarixində ödənilmişdir. Buna görə də AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən "xxxx" MMC-nin direktoru X7 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli 89X nömrəli əmrdən görünür ki, X6 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən” görünür ki, X6 əmək müqaviləsinə ilə bağlı əmək müqaviləsi bildirişi elektron sistemə xx.xx.2024-cü il tarixində yerləşdirilmişdir. İş materiallarında olan Bank Respublika ASC tərəfindən icra edilmiş xx.xx.2024-cü il tarixli, SP0000146 nömrəli ödəniş tapşırığından görünür ki, X3 haqq-hesab ödənişi xx.xx.2024-cü il tarixində ödənilmişdir. İş materiallarına əlavə edilmiş “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli 85X nömrəli əmrdən görünür ki, X8 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli 83X nömrəli əmrdən görünür ki, X10 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bank Respublika ASC tərəfindən icra edilmiş xx.xx.2024-cü il tarixli, SP0000148 nömrəli ödəniş tapşırığından görünür ki, X8 və X5 haqq-hesab ödənişi xx.xx.2024-cü il tarixində ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzşbati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normalarından göründüyü kimi həmin normalar dispozitiv xarakterə malik olmamaqla, imperativ xarakter daşıyır, yəni qanun və Konstitusiya məhkəməsinin qərarı işçilərin hüquqlarının müdafiəsi baxımından birmənalı şəkildə işçinin işdən kənarlaşdırılmasının qaydasını müəyyən edir, ona riayyət edilməsini işəgötürənin üzərinə vəzifə kimi qoyur. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru X7 tərəfindən X6 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsinə baxmayaraq onun son haqq-hesabı xx.xx.2024-cü il tarixində, eləcə də X12 və X10 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsinə baxmayaraq onların son haqq-hesabları isə xx.xx.2024-cü il tarixində ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası əmək və inzibati qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri işəgötürən X7 tərəfindən kobudcasına pozulmuşdur. "xxxx" MMC-nin direktoru X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2024-cü tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3887/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3887/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver