Məhkəmə qərarları › İş №3(004)-3890/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3890/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3890/2024 13.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, AYN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, AYN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, AYN ******* saylı İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 09 iyul 2024-cü il tarixdə saat 12 radələrində “Asanpay” sistemindən telefonuna cərimə ilə əlaqədar “sms” daxil olmuşdur. Elektron sistemə baxdıqda Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində guya “Opel Astra” markalı, **-BM-*** d.q.n. avtomobilimi ödənişli park yerində qeydiyyat aparmadan 15 dəqiqədən artıq müddət artıq saxlayıb ödəniş etmədən sürüb getdiyinə görə Agentlik tərəfindən İXM-nin 346-1.1-ci maddəsi ilə 10 manat məbləğində cərimə edilməyi barədə qərar və fotoşəkillər yerləşdirilmişdir. Fotoşəkillərə baxdıqda məlum olur ki, avtomobilini 20101 saylı ödənişli parklanma nişanı olan hissədə deyil, yolun bu nişana aidiyyəti olmayan hissəsində saxlamışdır. Lakin buna baxmayaraq “Azparking” əməkdaşı guya avtomobilimin həmin park nişanı olan hissədə dayandığımı qeydə almış, bu isə fotoşəkillərlə sübut edilmir. Belə ki, avtomobilin həqiqətən 20101 saylı parklanma nişanı təsiri hissəsində dayanmağı fotoşəkillərlə sübut edilmir. Bundan başqa, “Ayna” tərəfindən inzibati icraat aparılarkən və cərimə qərarı tərtib edilərkən İXM-nin tələblərinə riayət edilməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan və Qanunla tələb olunan xüsusi texniki vasitənin (XTV) markası, modeli qeyd edilsə də, onun tipi, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və İXM-də mütləq qeyd edilməsi edilən digər barədə məlumatlar göstərilməmişdir. Göründüyü kimi “Ayna”nın elektron qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbukedilmişdir. Hesab edir ki, 09 iyul 2024-cü il tarixdə avtomobili ilə prospektin yolun ödəniş tələb edilməyən hissəsində avtomobili saxladığına görə xəta törətməmişdir, buna görə də “Ayna” tərəfində əsassız və qanunsuz 09 iyul 2024-cü il tarixliŞ, AYN ******* saylı elektron cərimə qərarı çıxarılmışdır. Avtomobili həqiqətən H.Cavid prospektindəki 20101 saylı ödənişli parking olan nişan hissəsinin təsirində dayanmağında bağlı sübut etmə vəzifəsi cərimə tətbiq etmiş qurumun (AYNA) üzərinə düşür (İXM-nin 8-ci maddəsi). Ona görə də, “AYNA” tərəfindən qeyd edilən elektron qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X4 elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. X9 İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəblərdən prosesdə iştirak edə bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxılmasını və qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X5 şikayətə etiraz təqdim edərək bildirmişdir ki, X4 idarə etdiyi “Opel Astra minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 09 iyul 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən 20101 saylı parklanma yerində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş etməmişdir. Bununla bağlı Agentliyin yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etirazda qeyd olunur ki, AYNA-nın 09 iyul 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən açıq-aydın görünür ki, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobil 20101 saylı parklanma yerində 15 dəqiqədən artıq durmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxs həmin parlanmaya görə heç bir ödəniş etməmişdir. Bu fakt səlahiyyətli şəxs tərəfindən müəyyən edilərək, fotoşəkillər çəkilmişdir. Qərara əlavə olunmuş nəqliyyat vasitəsinin ilk fotoşəkili saat 11:18:16-da sonuncu isə saat 12:13:58-də qeydə alınmışdır ki, bu 15 dəqiqədən çox vaxt edir və NA/ istifadəçisi parklanma müddətini başlatmayaraq, ödəniş etməmişdir. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346-1.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 346-1.1 -ci maddəsinə əsasən nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99.1.1 -ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün səbəbdir. Beləliklə hesab edirik ki, AYNA-nın 09 iyul 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X1 şikayətləri əsassızdır və təmin edilməməlidir. “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il Ne 2109 Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra -AYNA) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” (bundan sonra -BNA) publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak AYNA-nın balansına verilmişdir. Qeyd edirik ki, AYNA parklarıma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Ölkə Prezidentinin BNA-ya səlahiyyətlər verilməsinə dair əvvəlki Fərmandan sonra qəbul edilmiş “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanı BNA- nın AYNA-ya birləşdirilməsi və BNA-nın bütün səlahiyyətlərinin AYNA ötürülməsinə ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 09 iyul 2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin” 3.1.2.-Cİ maddəsinə əsasən, müvafiq sahədə inzibati xəta əLməti aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Palatası hesab edir ki, “inzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017ci il tarixli, 1256 nömrəli Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə ötürülmüşdür. Qeyd edirik ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” qoşulma yolu ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” olmuş və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin yenidən təşkilini həyata keçirilmişdir. Həmçinin Azərbaycan Respublikasının Müki Məcəlləsinin 55.5-ci maddəsinə əsasən Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cu il 29 iyul tarixli 2258 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nın 1.3-cü bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hesabına yığılır. Analoji iş üzrə İnzibati Xətalar Məcəlləsinin 346-1.1 -ci maddəsi ilə AYNA tərəfindən qəbul edilmiş qərar həm Səbail Rayon Məhkəməsinin 3(009)-305/2021 saylı 16 fevral 2024-cü il tarixli Qərarı ilə, həm də həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-412/2024 saylı 01 mart 2024-cü il tarixli (hakim Ziya Şirinov) Qərarı ilə qüvvədə saxlanılmışdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 3(103)-711/2024 nömrəli 15 aprel 2024 -cü il tarixli (hakim Emin Mehdiyev) Qərarı ilə AYNA-nın AYN0163366 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin 1-ci hissəsinə əsasən dövlət avtomobil yollarında parklanma yerləri Bakı şəhərinin inzibati ərazisində AYNA tərəfindən müəyyən olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən Bakı şəhərinin inzibati ərazisində AYNA ilə razılaşdırılmaqla təşkil edilir. Həmin maddənin 19-cu hissəsinə əsasən bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi, parklanma yerində 24 saatdan artıq saxlandıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, nəqliyyat vasitəsi Bakı şəhərinin inzibati ərazisində AYNA-nın ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı AYNA-nın ən yaxın mühafizə olunan duracağı barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər. Həmin maddənin 25-ci hissəsinə əsasən parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair bu maddədə göstərilən tələblərə əməl olunmasına nəzarət Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 nömrəli 22 noyabr 1998-ci il tarixli Fərmanın 2.31-1-ci yarımbəndinə əsəsən Bakı şəhərinin inzibati ərazisində AYNA tərəfindən həyata keçirilir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası İXM-nin 99, 124.6 və 346-1.1-ci maddələrini, “Yol hərəkəti haqqında” Qanununun 53-cü maddəsini, Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 nömrəli 22 noyabr 1998-ci il tarixli Fərmanın və Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanını, Səbail Rayon Məhkəməsinin 3(009)-305/2021 saylı 16 fevral 2024-cü il tarixli Qərarını, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-412/2024 saylı 01 mart 2024-cü il tarixli və 3(103)- 711/2024 nömrəli 15 aprel 2024 -cü il tarixli Qərarlarını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X4 idarə etdiyi “Opel Astra minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 09 iyul 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən 20101 saylı parklanma yerində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən parklandığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Opel Astra minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 09 iyul 2024-cü il tarixində saat 11:50:38dən 12:13:48-dək ünvan 1 ünvanında yerləşən 20101 saylı parklanma yerində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən parklanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – on manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, şikayət vermiş X4 öz şikayətini əsaslandıran mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan fotoşəkillərdən aydın olur ki, X3 idarə etdiyi “Opel Astra minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 09 iyul 2024-cü il tarixində saat 11:50:38-dən 12:13:48-dək ünvan 1 ünvanında yerləşən 20101 saylı parklanma yerində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən parklanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1 -ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə ediiməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 127-2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 346-1.1-ci və 346- 1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1 -ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. 127-2.2. Parklanma yerlərində quraşdırılmış parkomat və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına, parklanma müddətinə (parklanma yerinə daxil olması və oranı tərk etməsinə) və parklanmaya görə edilmiş və ya edilməmiş ödənişlərə, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan nəqliyyat vasitələrinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Həmin məcəllənin 125-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qerarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Digər tərəfdən iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə həmçinin İ.Rüstəmovun vəsatətində qeyd etdikləri ilə bağlı bildirir ki, ərizəçinin öz avtomobilini həmin ərazidə saxlaması, park etdiyi halda ödəniş etməməsi, bu fakt mötəbər sübut olan (üzərində tarixi və vaxtı qeyd edilmiş) foto şəkillərlə təsdiq edildiyi halda və tərəflər üçün bu işin mübahisəsiz halı olduğu üçün şikayətçinin vəsatəti əsaslı hesab edilə bilməz və ona görə də təmin oluna bilməz. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXMin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Beləliklə, Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, AYN ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, AYN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar