Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3892/2025 28.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X18 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X7 X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 14 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 14 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X16 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla xx.xx.2025-ci il tarixində MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda göstərilmişdir ki, vətəndaş X11 işəgötürən tərəfindən 2024-cü ilin oktyabr və noyabr ayları üzrə əmək haqqının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsində nəzərdə tutulan müddətdən sonra gecikdirilərək xx.xx.2024-cü il tarixində ödənildiyi müəyyən edilmişdir. Həmçinin K.Aslanovun əmək müqaviləsinə işdən çıxarılma ərizəsində əmək müqaviləsini dayandırmaq istədiyi günü xx.xx.2025-ci il tarixi qeyd etsə də, qanunvericiliyin tələbi pozularaq xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmişdir. K.Aslanovun bayram günü qabağı, iş saatlarının 1 saat qısaldılmadığı (07.11.24, 28.01.25) və həmin artıq saatlara görə ödənişin olunmadığı, bununla da son haqq-hesabın tam ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarla o, İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək, 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X16 tərəfindən qəbul edilmiş yuxarıda qeyd olunun xx.xx.2025- ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surəti onun qeydiyyat ünvanı olan Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60, mənzil 52 ünvanıma xx.xx.2025-ci il tarixində daxil olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X16 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı aşağıdakı əsaslara görə qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X16 barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı İXM-nin tələblərini kobud pozmaqla onun bu barədə məlumatı olmadan, eyni zamanda onun və ya səlahiyyətli nümayəndənin iştirakını təmin etmədən qəbul etmişdir. Əvvəla qeyd etmək istəyir ki, X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində İXM-nin 192.6-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar tərtib edilərkən onun iştirakı təmin edilməmişdir, iş materiallarından da göründüyü kimi, X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan həmin qərar onun ünvanına daxil olduqdan sonra xəbərdar olmuşdur. Beləliklə, X13 Xidmətinin Bakı şəhər İdarəsi barəsində MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı xx.xx.2025-ci il tarixində onun bu barədə məlumatı olmadan və onun və ya səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədən qəbul etməklə onun İXM-nin 61.1ci maddəsində göstərilən hüquqlarını (inzibati xəta haqqında iş iızrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək və digər hüquqlar) kobud şəkildə pozmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, İXM-nin 61.3cü maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi, barəmdə xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edərkən X13 Xidmətinin Bakı şəhər İdarəsi İXM-nin yuxarıda sadaladığı maddələrinin tələblərini pozmuşdur. Hesab edir ki, İXM-nin yuxarıda qeyd olunun maddələrinin tələbləri pozulmaqla barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qanuni və əsaslı sayıla bilməz. Belə olan təqdirdə həmin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir.Həmçinin X13 Xidmətinin Bakı şəhər İdarəsi barəmdə xx.xx.2025- cü il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarında K.Aslanovun işdən çıxarılma ərizəsində əmək müqaviləsini dayandırmaq istədiyi günü xx.xx.2025-ci il tarixi qeyd etsə də, qanunvericiliyin tələbi pozularaq xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmişdir deyə qeyd edilmişdir. Bildirmək istərdi ki, K.Aslanovun "xxxx" MMC- nin rəhbəri olaraq ona ünvanladığı xx.xx.2025-ci il tarixli işdən çıxarılması barədə ərizəsində tutduğu vəzifədən azad edilməsini xahiş etsə də, konkret olaraq tarix qeyd etməmişdir. Qeyd etmək istərdi ki, işçi ərizədə işdən çıxma tarixini qeyd etmədikdə, proses Əmək Məcəlləsinin 69-cu maddəsinin beşinci hissəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Yəni işəgötürən işçinin əmək müqaviləsinə 1 aydan tez (misal üçün, 22 yanvar tarixdə) xitam verdiyi halda, əmək qanunvericiliyinin tələblərini pozmuş olur. Ərizəsində işdənçıxma tarixini qeyd etməyən işçinin əmək müqaviləsinə 1 aydan tez xitam verildiyi halda onun məhkəməyə müraciət edərək işinə bərpa olunması mümkündür. Göründüyü kimi tərəfindən bu hal nəzərə alınmış və müddət gözlənilmişdir. Bundan sonra Kamal Aslanov xx.xx.2025-ci il tarixində yeni ərizə ilə müraciət edərək bildirmişdir ki, artıq xx.xx.2025-ci il tarixdən işə çıxmayacaq və xx.xx.2025-ci il tarixdən işdən azad olunsun. Kamal Aslanovun həmin işdənçıxma ərizəsindən göründüyü kimi, o, xx.xx.2025- ci il tarixinin son iş günü kimi nəzərə alınmasını öz yazılı iradə-ifadəsi şəklində aydın şəkildə göstərmişdir. Bundan sonra K.Aslanovun həmin ərizəsini əsas götürərək xx.xx.2025- ci il tarixində müvafiq əmr verilmiş və K.Aslanovun son iş günün xx.xx.2025-ci il tarixi olması nəzərə alınaraq işdən azad edilmişdir. K.Aslanov işdən çıxarılması ilə bağlı xx.xx.2025-ci il tarixli əmrlə tanış olmuş və imzalamışdır, bu isə onun iradə-ifadəsinə zidd olan hər-hansı bir halın olmadığına dəlalət edir. Əlavə olaraq qeyd edir ki, şəxs öz iradə-ifadəsini ərizəsində aydın şəkildə qeyd edir və ola bilər ki xx.xx.2025-ci il tarixdən digər bir işəgötürənlə əmək müqaviləsi münasibətlərinə girmək niyyətindədir, belə olan halda K.Aslanovla bağlı xx.xx.2025-ci il tarixində işdən azad edilməsi ilə bağlı əmr verilsəydi bu zaman K.Aslanovun hüquqları pozulmuş hesab ediləcəkdi və şəxs X13 Xidmətinə hüquqlarının pozulması ilə bağlı müraciət edə bilərdi. Qeyd olunanlardan göründüyü kimi, K.Aslanovun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilməklə heç bir qanun pozuntuya yol verilməmiş, K.Aslanovun iradə-ifadəsi, bununla bağlı müvafiq ərizəsi və mövcud qanunvericiliyin bütün tələblərinə tam şəkildə əməl edilmişdir. Bundan başqa qeyd etmək istərdi ki, "pozuntu" kimi qiymətləndirilən bu halın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməklə 30 (otuz) gün müddət verilmişdir. Lakin qeyd edilən mexanizmin necə reallaşdırılacağı barədə informasiya verilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli əmr ləğv edilərsə, K. Aslanovla bağlı köhnə tarixlə yenidən sənədləşmə aparılmalıdır, bu isə praktiki olaraq mümkün deyil və ya K.Aslanovun 13.02.205-ci il tarixli əmri ləğv edilməklə o, işə bərpa edilməli və yeni tarixlə, xx.xx.2025-ci tarixli əmrlə yenidən işdən azad edilməlidir. Bu formada icra olunan zaman isə K.Aslanovun artıq əsassız və iradə-ifadəsinə zidd olaraq müəyyən imtiyazlardan istifadə etmək hüququ yarana bilər. Göründüyü kimi, işin bu halları da qərarı qəbul etmiş inzibati orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılmadan, İXM-nin tələbləri pozulmaqla barəmdə qanunsuz və heç bir hüquqi əsası olmayan xx.xx.2025-cü il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, xx.xx.2025-cü il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qeyd etdiyi əsaslara görə də qanuni və əsaslı olmadığından ləğv edilməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməlidir. X1 nümayəndəsi və vəkili Vəkil şikayətlə eyni məzmunlu izahat verməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 14 may 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X14 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 14 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən vətəndaş X11 işəgötürən tərəfindən 2024-cü ilin oktyabr və noyabr ayları üzrə əmək haqqının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbi pozularaq əmək müqaviləsinə nəzərdə tutulan müddətdən sonra gecidirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir, həmçinin müəyyən edilmişdir ki, əmək müqaviləsinə işdən şıxma ərizəsində əmək münasibətinin dayandırmaq istədiyi günü xx.xx.2025-ci il tarixində qeyd etsə də qanunvericiliyin tələbləri pozularaq xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmişdir. K.Aslanovun bayram günü qabağı iş saatlarının 1 saat qısaldılmadığı (xx.xx.2024, xx.xx.2025) və həmin artıq saatlara görə ödənişin olunmadığı, bununla da son haqq-hesabın ödənilmədiyi müəyyən edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4, 192.6 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X5 barəsində 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan X15 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ərizədən görünür ki, tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Həmin ərizənin tarixi xx.xx.2025-cü il tarixidir. Bundan sonra X15 ərizə yazmaqla xx.xx.2025-ci il tarixdən işdən azad olunması barədə əmr verilməsini xahiş etmişdir. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli əmrdən görünür ki, X9 xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a yarımbəndinə əsasən şəxsi ərizəsi nəzərə alınmaqla xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. X15 ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, həftəlik 20 saatdan çox olmamaqla 5 günlük iş rejimi üzrə işləməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli iş vaxtının uçotu cədvəlindən görünür ki, X15 xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə 04 saatlıq iş rejimində işləmişdir Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, vətəndaş X11 işəgötürən tərəfindən 2024-cü ilin oktyabr və noyabr ayları üzrə əmək haqqının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbi pozularaq əmək müqaviləsinə nəzərdə tutulan müddətdən sonra gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmiş, əmək müqaviləsinə işdən çıxma ərizəsində əmək münasibətinin dayandırmaq istədiyi günü xx.xx.2025-ci il tarixində qeyd etsə də, qanunvericiliyin tələbləri pozularaq xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmişdir. K.Aslanovun bayram günü qabağı iş saatlarının 1 saat qısaldılmadığı (xx.xx.2024, xx.xx.2025) və həmin artıq saatlara görə ödənişin olunmadığı, bununla da son haqq-hesabın ödənilmədiyi müəyyən edilmişdir. Şikayətdə qeyd olunan hallar qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını tənzimləyir. Həmin maddədə qeyd olunur ki, 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Bu halda isə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi tarixi (xx.xx.2025-ci il) qeyd etsə də onunla əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsi İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddətini müəyyən edir. Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli iş vaxtının uçotu cədvəlindən görünür ki, X15 xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə 04 saatlıq iş rejimində işləmişdir.Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələri isə bu hala aid deyil. Bununla da X8 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 192.4, 192.6 və 198.1.5-ci maddələrində tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 14 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X6 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 14 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-3892/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3892/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver