Məhkəmə qərarları › İş №3(004)-3894/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3894/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3894/2024 13.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Carçalova Nuranə Həsrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Yasamal RPİ DYPS-nin İTÜİ-nün polis baş leytenantı Kamran Məmmədov tərəfindən 29 iyul 2024-cü il tarixdə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitəsinin qadağan olunmuş hissəsinə reklam vurulmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 tərtib edilmiş protokola etirazını bildirərək qeyd etmişdir ki, tərtib edilmiş protokolda göstərilənlər əsassızdır. Belə ki, avtomobilin üzərinə reklam yerləşdirilməsi üçün Bakı şəhər BPİ DYPİ-dən müvafiq icazə alınmışdır. Göstərilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AB seriyalı 2550 nömrəli “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportundan” görünür ki, Şəxs MMC-yə məxsus “Renault Dokker” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü il tarixədək üzərində reklam yerləşdirilməsinə icazə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması inzibati məsuliyyət yaradır. Məhkəmə baxışı zamanı reklamın Şəxs MMC-yə aidiyyatı olmasını və bununla bağlı icazənin verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinə reklam yerləşdirilməsinə icazə”dən görünür ki, Şəxs MMC-yə məxsus nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək reklam yerləşdirilməsi üçün Bakı şəhər BPİ DYP İdarəsi tərəfindən müvafiq icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5 -ci maddəsində nəzərdə tutulmuş xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 109, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC-nin barəsində 29 iyul 2024-cü il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5 -ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar