Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3894/2025 30.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X14 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X15, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, “Hümbətov və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, vətəndaş X5 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci tarixədək Şəxs MMC-də AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən kassir işinin yerinə yetirilməsinə cəlb edilmiş və nəticədə Şəxs MMC tərəfindən AR İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X31 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, vətəndaş X2 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edildiyini, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Suallara cavab olaraq isə İmaməddin adlı şəxsin izahatından başqa sübutlarının mövcud olmadığını, Whatsapp yazışmalarının aprel ayına aid olduğunu və Səbinə Məmmədovanın mart ayından kassir işlədiyini bildirmişdir. Növbəti məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X25 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək hüquqi şəxs Şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, “Hümbətov və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq göstərmişdir ki, protokolda adı keçən şəxs X7 mart ayında kassir işlədiyini, lakin fevral ayında işləməsi iddasının yalan və qərəzli olduğunu, bunun bank məlumatları ilə təsdiq olunduğunu, beləliklə protokolun əsassız olduğunu və heç bir sübut olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında bildirmişdir ki, o, Şəxs MMC-nin Şamaxinka ərazisində yerləşən sexində 15 günə yaxın təcrübə keçmiş, məqsədi isə orada işləmək yox, sadəcə olaraq yaradılacaq Şəxs MMC-də bacarıqlı işçi kimi fəaliyyət göstərmək olmuşdur. Lakin işdə yaranan bəzi problemlərlə bağlı o, işdən uzaqlaşmış, mart ayının 22-si şirkətin müdiri Şəhriyar bəy ona zəng edərək yenidən işə qayıtmağını xahiş etmişdir. İkitərəfli görüşdən sonra yenidən işə başlamış, iki gün işlədikdən sonra xx.xx.2025-ci il tarixində şirkətlə rəsmi müqavilə imzalanmış, rəsmi qeydiyyatdan sonra ona əmək haqqı kartı verilmədi, tam əmək haqqı ala bilməmişdir. xx.xx.2025-ci il tarixində heç bir səbəb olmadan şirkətin meneceri Kənan bəy tərəfindən işdən uzaqlaşdırılması barədə ona məktub gəlmiş, səbəbini soruşduqda isə səbəbsiz arqumentlər gətirərək onun gördüyü işin onları qane etmədiyini bəhanə edərək sadəcə ərizə yazıb uzaqlaşmağını istədi. O isə cavabında işə ikinci dəfə gəldikdə müdir Şəhriyar bəylə danışıb başladığını, onunla danışaraq məsələyə aydınlıq gətirmək istədiyini bildirmişdir. İşə gəlib işini gördüyü halda kənar şəxsin telefonu ilə zəng edərək bardan kənarlaşmağını əmr etdilər. Daha sonra isə özü gələrək onu təhqir edərək müdir otağına çağırdı. Orada müdirə yığaraq bəhanələrlə nə üçün işdən uzaqlaşdırılmasına dair yalanlar söylənildi. Şəhriyar bəyin danışıqları da üst-üstə düşmürdü, işə götürdüyü vədlərlə, işdən çıxardığı səbəblər heç biri bir-birini doğrultmurdu. O isə söhbəti uzatmayaraq şikayət edəcəyini bildirib uzaqlaşmaq istədiyində Kənan bəy əgər ərizə yazıb işdən çıxmasa onu statya ilə işdən çıxaracağını bildirdi. Orada qruplaşma var idi və ona verilən vədə heç birinə əməl edilmədi, hətta ona hədə-qorxu gəldilər və şantaj etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, Məmmədova Səbinə MMC-də yalnız mart ayının sonlarında işləyib, fevral ayında isə heç bir halda kassir və ya başqa vəzifədə fəaliyyət göstərməyib. O, həmçinin bildirmişlər ki, Səbinə kollektivə uyğunlaşmaqda çətinlik çəkmiş, müdiriyyət və digər işçilərlə yola getməmiş, bu səbəbdən də işdən çıxarkən acıqlı və narazı vəziyyətdə olmuşdur. Həmçinin mağaza mart ayında açıldığı üçün kassa da həmin vaxtdan işləmiş və Səbinə də mart ayında işə qəbul olunmuşdur. Verilən suallara cavab olaraq isə X7 fevral ayında Şəxs MMC-yə aid mağazada işləmədiyini, Əhmədov İmaməddinin bişirdiyi məhsuldan şüşə çıxdığı üçün işdən çıxarıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 məhkəmədə şahid qismində dindirilmiş X10 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X5 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci tarixədək Şəxs MMC-də AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən kassir işinin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-nin direktoru X8 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-49637/2025 nömrəli bildirişin surətindən görünür ki, bildirişin məzmunu “vətəndaş X3 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı Mərkəzinə ünvanladığı müraciətə Nazirlik yanında X24 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. X24 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməniz məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 12:30-da 5 saylı Bakı DOST Mərkəzinə (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29, və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunursunuz” məzmunda olmuşdur. X6 X24 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək Şəxs MMC-də baş çörəkçi vəzifəsində işləmiş, fevral ayında digər əməkdaş X19 həmin MMC-də barista kassir kimi çalışmışdır. 2 dəfə çağrılmaqla xx.xx.2025-ci il tarixdə işə başlamış, işçi öz vəzifəsini düzgün yerinə yetirmişdir. Səbəbsiz şəkildə işdən çıxarılmışdır. (səbəbsiz bəhanələrlə). Belə ki, xəbərdarlıq edilən gün işdən çıxarılmışdır, 3 və yaxud bir həftə qabaq belə xəbərdar edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 60 nömrəli əmrdən görünür ki, Şəxs bölməsində “baş çörəkçi” vəzifəsində işləyən X11 ilə bağlanılmış 6FL59WX000500 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 57 nömrəli əmrdən görünür ki, Şəxs bölməsində “satıcı” vəzifəsində işləyən X21 ilə bağlanılmış 6XH7KJQ000700 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70.”d” – sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Whatsapp yazışmalarından görünür ki, MMC-nin nümayəndəsi (55-610-14-10) ilə X19 arasında olan dialoqda MMC-nin nümayəndəsi Səbinə Məmmədovaya gəlməyə ehtiyac olmadığını, ərizə yazaraq maaşının veriləciyini, bu qərara tək gəldiyini, Səbinə Məmmədovanın onun üzünə qayıtmağının son nöqtə olduğunu, əlavə olaraq da nə barista, nə də kassir kimi işinin onu qane etmədiyini, uzatmaq istəmədiyini, sözü olarsa üzüzə danışa biləcəklərini, pulu ərizə yazıldıqdan sonra ata biləcəklərini bildirmiş, Səbinə Məmmədova isə həmin şəxsə uşaq bağçasına gəlmədiyini, üzə qayıtmağının həmin şəxsin yaratdığı haldan irəli gəldiyini, gözünün görə-görə kimisə nəyəsə görə üstün tutmaqlarına, ona belə rəftar edilməsinə icazə verməyəcəyini, yaltaq hərəkət etməyəcəyini, gününün pulunun və tipsdə düşən pulun **********899320 hesaba atılmasını, ərizə yazmayacağını, şikayət edəcəyini bildirmişdir. Whatsapp yazışmalarından görünür ki, MMC-nin nümayəndəsi (70-270-03-93) ilə X19 arasında olan dialoqda MMC-nin nümayəndəsi Səbinə Məmmədovaya 1 aylıq sınaq müddəti ilə işə alındığını, sınaq müddətini tamamladığı üçün də işinə xitam verəcəyini bildirmiş, Səbinə Məmmədova isə həmin şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərziə yazdığını, orada ona heç bir halda belə bir halın baş verə bilməyəciyini bildirdiklərini, Kənan bəyin də kamera önündə şantaj edib və səsyazmada bildirdiyi “siz əgər ərizə yazmasaz maddə ilə sizi yazıb, çıxaracayıq” deməsinin də bir sübut olduğunu, ona əvvəlcədən xəbərdarlıq edilmədiyini, çıxarma qərarı verilən kimi ona deyildiyini, hədəqorxu gəlindiyini, öz xeyrinizə sınaq müddəti yazdırmısınız deyə öz başına xitam verilmə anlamına gəlmədiyini, öz hüquqlarını bildiyini, elə ordan ayrıldığı gün şikayətini yazdığını, heç kəsə onu alçaltmağa icazə vermədiyini bildirmişdir. Çıxarışdan görünür ki, 10-208-77-66 nömrəsi ilə 22 mart 2025-ci il saat 22:50-də 1 dəqiqəlik danışıq olmuşdur. Whatsapp yazışmalarından görünür ki, MMC-nin nümayəndəsi (10-208-77-66) ilə X19 arasında olan dialoqda MMC-nin nümayəndəsi Səbinə Məmmədovaya hamı kimi onun da sınaq müddətində rəsmi müqavilə əsasında çalışdığını, komanda onu qəbul etmirsə hamısının problemi ola bilmədiyini, qərarı Kənan bəyin verdiyini bildirmiş, Səbinə Məmmədova isə həmin şəxsə (Şəhriyar bəy) orada qruplaşma olduğunu, gəldiyi gündən qəbul edilmədiyini, nəsə deməyib deyə səhv olduğu mənasına gəlmədiyini bildirmişdir. Əmək müqaviləsindən görünür ki, X26 Şəxs MMC-də menecer vəzifəsinə qəbul olunmaqla 210 manat əmək haqqı almışdır. 2BMDD0S000100 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 əmək müqaviləsi üzrə maliyyə departamentinin direktor müavini olmaqla 550 manat əmək haqqı almışdır. Əmək müqaviləsindən görünür ki, X13 Şəxs MMC-də direktor vəzifəsinə qəbul olunmuşdur. İcra cavabından görünür ki, müraciətin nəticəsinin cavabı aşağıdakı kimi olmuşdur: vətəndaş X21 satış vəzifəsində çalışıb, əmək haqqı tam ödənilib. Sınaq müddətində özünü doğrultmadığına görə işə davam etdirilməyib və buna görə problem yaradır. Əmək müqaviləsindən görünür ki, X21 Şəxs MMC-də xx.xx.2025-ci il tarixdən satıcı vəzifəsinə qəbul olunmaqla 400 manat əmək haqqı almış, əmək müqaviləsinin müddəti bəndində göstərilmişdir ki, işin birinci 1 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər. Bu əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Res.Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinədək 2 ay 1 gün müddətinə bağlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəxs MMC qanuni təmsilçisi X16 olmuşdur. 11 aprel 2025-ci il tarixli, N-01/25 nömrəli aktdan görünür ki, Şəxs MMC-nin İstehsalat rəhbəri vəzifəsində çalışan X36 aşpaz vəzifəsinə çalışan X17 və aşpaz köməkçisi X23 bu aktı tərtib etmişlər ondan ötrü ki, baş çörəkçi vəzifəsində çalışan X18 xx.xx.2025 tarixində hazırladığı sandviç çörəyinin içərisindən şüşə çıxmışdır. Şəxs MMC tərəfindən hazırlanmış xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arası işə qəbul haqqında cədvəldən görünür ki, 31-ci sırada adı qeyd olunan satıcı vəzifəsində çalışan X21 (FİN: 6XH7KJQ) 39 nömrəli əmrlə xx.xx.2025-ci il tarixdə işə qəbul olmuşdur. ABB tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Şəxs MMC-də xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək debit dövriyyə 15928.60 manat, kredit dövriyyə 17462.61 manat, ümumi komissiya məbləği 81.00 manat, yekun balans isə 1534.01 manat olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 67.5-ci maddəsinə əsasən bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq edilir. Şahid izahat verməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını, şahidlərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, X1 və X37 verdikləri ifadələrində göstərmişlər ki, Məmmədova Səbinə yalnız mart ayında işləyib, fevral ayında isə heç bir halda kassir və ya başqa vəzifədə fəaliyyət göstərməyib. Onlar həmçinin bildirmişlər ki, Səbinə kollektivə uyğunlaşmaqda çətinlik çəkmiş, müdiriyyət və digər işçilərlə yola getməmiş, bu səbəbdən də işdən çıxarkən acıqlı və narazı vəziyyətdə olmuşdur. Bu məqam Whatsapp yazışmaları ilə də təsdiqlənir. Yazışmalardan görünür ki, Səbinə rəhbərliklə mübahisəli dialoqlarda açıq şəkildə bildirib ki, “ərizə yazmayacam”, “şikayət edəcəm”, “heç kəsə yaltaqlanmayacam” və s. ifadələr işlədərək məqsədli şəkildə dövlət orqanlarına müraciət etmə niyyətində olmuşdur. Həmin yazışmalar Səbinənin şikayət vermək qərarının əsasında qərəzli mövqeyinin durduğunu, şəxsi narazılıq zəminində bu addımı atdığını göstərir. X4 isə məhkəməyədək icraat zamanı yalnız bir cümlə ilə Səbinənin kassir işlədiyini bildirmiş, lakin məhkəməyə dəfələrlə çağırılmasına baxmayaraq gəlməmişdir. Bu şəxs öz izahatını məhkəmədə təsdiqləmədiyindən və onun ilkin izahatında bilə-bilə yalan izahat verməyə görə İXM-nin 530-cu maddəsinə əsasən inzibati məsuliyyət haqqında xəbardarlıq edilmədiyi üçün mötəbər sübut hesab edilə bilməz. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X12 özü çörək istehsalı zamanı ciddi nöqsana — çörəyin içindən şüşə çıxması faktına görə işdən azad edilmişdir. Həmin fakt 11 aprel 2025-ci il tarixli aktla, həmçinin Rüstəmzadə Qüdrət və Ağayev Faiq tərəfindən təsdiqlənmişdir. Belə şəraitdə onun verdiyi izahatın qərəzli olduğu və şəxsi maraqlara söykəndiyi açıq şəkildə ortaya çıxır. Əlavə olaraq, X10 və X37 ifadələrində konkret olaraq bildirmişlər ki, Səbinə yalnız mart ayının sonlarında işə başlayıb, fevral ayında heç bir fəaliyyət göstərməyib. Bu ifadələr bank sənədləri ilə də uyğun gəlir. ABB bank çıxarışından görünür ki, fevral ayında kassaya aid heç bir pul dövriyyəsi olmayıb. Kassanın yalnız mart ayında fəaliyyətdə olması və dövriyyə əməliyyatlarının həmin dövrə təsadüf etməsi, fevral ayında kassir funksiyasının yerinə yetirilmədiyini maddi cəhətdən təsdiqləyir. Belə olan halda, Səbinə Məmmədovanın fevral ayında kassir işlədiyini iddia etməsi tam əsassızdır və obyektiv sübutlarla təkzib olunur. Əgər Şəxs MMC-nin məqsədi X9 əmək müqaviləsiz işlətmək olsaydı, mart ayında onunla əmək müqaviləsi bağlanmazdı. Halbuki, 25 mart 2025-ci il tarixində Səbinə Məmmədova ilə əmək müqaviləsi bağlanmış, həmin müqavilədə sınaq müddəti, əmək haqqı və digər hüquqi şərtlər açıq şəkildə göstərilmişdir. Bundan əlavə, X7 ilkin müraciəti və izahatında əsas məsələ kimi onun qanunsuz şəkildə işdən azad edilməsi göstərilmişdir. Həmçinin, şahid ifadələri də bu faktı təsdiqləyir. X1 və X37 izahatlarında Səbinənin əsas narazılığının məhz işdən çıxarılma ilə bağlı olduğunu, fevral ayına dair heç bir iddianın və ya fəaliyyətin olmadığını bildirmişlər. Bu sübutlar bir daha təsdiq edir ki, Səbinə Məmmədovanın ilkin şikayətinin predmeti fevral ayında kassir işləməsi deyil, mart ayında bağlanmış əmək müqaviləsi əsasında sınaq müddəti ərzində xəbərdarlıq edilmədən və qərəzli şəkildə işdən azad edilməsidir. Fevral ayı ilə bağlı işləmə iddiası isə sonradan qərəzli mövqe əsasında irəli sürülmüş və əsaslandırılmamışdır. Bundan başqa, Whatsapp yazışmalarının da aprel ayına aid olması təsdiqləyir ki, əmək münasibətləri məhz mart ayında rəsmiləşdirilmiş və mübahisələr həmin dövrdə yaranmışdır. Fevral ayı ilə bağlı heç bir yazışma və ya razılaşma mövcud deyil. Nəticə etibarilə, X7 fevral ayında kassir işlədiyi iddiası həm şahid ifadələri, həm bank çıxarışı, həm də digər sənəd sübutları ilə təkzib olunur. Şirkət tərəfindən mart ayında əmək müqaviləsi bağlanması işə qanuni yanaşmanı, Səbinə Məmmədovanın isə qərəzli və şəxsi narazılığa əsaslanan şikayət yolunu seçdiyini açıq şəkildə göstərir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, protokol tərtib etmiş səlahiyyətli orqan X7 həqiqətən də Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyini sübut edəcək heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində əsassız olaraq 04 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3894/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3894/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver