Məhkəmə qərarları › İş №3(004)-3898/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3898/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3898/2024 13.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , AR DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin baş inspektoru, polis kapitanı X3, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 AR DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 AR DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi ilə M.F.Axundov küçəsinin kəsişməsində ** AB *** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobillə idarə etdiyi ** KG *** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobillərinin işriakı ilə qəza olmuşdur. Hadisə yerinə yol patrul xidməti inspektoru Yaqubov Nəbati gələrək hadisənin görüntülərini çəkmiş, təqsirin qarşı tərəfdə olduğunu bildirərək sənədlərini alıb idarəyə dəvət etmişdir. xx.xx.2024-cü il tarixində idarəyə gedərkən yenə də təqsirin qarşı tərəfdə olmasını bildirərək ona dedi ki; “1 həftə ərzində forma 4 arayışını göndərəcək”. Bundan sonra təqribən 7-8 iyul tarixlərində yenidən o idarəyə dəvət edilmiş və bildirilmişdir ki, araşdırmanın nəticəsində günahın onda olduğu qərara alınmışdır. Bundan sonra tərəfindən səlahiyyətli orqanlara şikayətlər edilmişdir. Nəticədə ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Nəzərə alınması zəruridir ki, qarşı tərəf onun hərəkətdə olduğu istiqamətə çıxaraq onun hərəkət istiqamətinin qarşısına atılmış və nəticədə qəzanın səbəkarı olmuşdur. Onun təqsirli olmasını birbaşa özü də qəbul edir. Lakin ona məlum olmayan səbəblərdən DYP əməkdaşı qanunsuz və əsassız qərar qəbul etmişdir. Hal-hazırda hesab edir ki, protokol və ona əsasən qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında AR DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin baş inspektoru, polis kapitanı X6 şikayət verilən qərarın əsaslı və qanuni olduğunu, şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, hadisənin baş verməsinin sxemi tərtib edilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə eyni əhəmiyyətli yolların kəsişməsində baş vermişdir. Bu zaman hər kəs sağ istiqamətdən gələn avtomobili gözləyərək yoluna davam etməlidir. X2 idarə etdiyi **-KG-*** dövlət qeydiyyat nişanlı, “Kia Forte” avtomobili Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi ilə M.F Axundov küçəsinin kəsişməsində hərəkətdə olarkən sağdan gələn **-AB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobillini buraxmadan hərəkətinə davam etmiş və bu zaman qəza baş vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 **-KG-*** dövlət qeydiyyat nişanlı, “Kia Forte” minik markalı avtomobili idarə edərkən nəqliyyat vasitəsi Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi ilə M.F Axundov küçəsinin kəsişməsində “yolayrıcını keçmə qaydalarını pozmasına” görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin tələblərinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Əgər sürücü yolun örtüyünün olub-olmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi ilə M.F.Axundov küçəsinin kəsişməsində ** AB *** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobillə idarə etdiyi ** KG *** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobillərinin işriakı ilə qəza olmuşdur. Hadisə AR DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırılarkən müəyyən edilmişdir ki, hadisə X2 idarə etdiyi **-KG-*** dövlət qeydiyyat nişanlı, “Kia Forte” minik markalı avtomobili ilə hərəkətdə olan zaman Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi ilə M.F Axundov küçəsinin kəsişməsində “yolayrıcını keçmə qaydalarını” pozmuşdur. Belə ki, hadisə eyni əhəmiyyətli yolların kəsişməsində baş vermişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və AR DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar