Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3906/2025 11.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Yasamal rayon Polis İdarəsinin 29cu polis şöbəsinin polis sahə inspektoru X6, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmnin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X10 tərəfindən Şəxs barəsində İXM-in 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X10 protokolu müdafiə edərək bildirmişdir ki, X4 19 may 2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, əvvəllər poçtda işləyən Kəmalə Yusubova adlı şəxsin xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında 70 saylı poçta yaxınlaşıb onu təhqir etməsi və vətəndaşların bağlamalarına ziyan verməsini, bundan sonra xx.xx.2025-ci il tarixdə yaxınlaşıb onun üzünə naməlum maye tökməsi nəticəsində gözünün zədə alması və ölümlə hədələdiyi barədə məlumat vermişdir. Bundan əlavə, X4 həmin tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək həmin məlumatları bir daha təsdiq edərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə X8 PŞ-nə ərizə ilə müraciət edərək Kəmalə Yusubova adlı qoşusunun dəfələrlə yaşadıqları ümümumi istifadədə olan həyətdə uca səslə onu və onun anasını təhqir etməsi barədə məlumat vermişdir. Bununla da, Şəxs əməlinə hüquqi qiymətin verilməsi üçün şöbəyə təmin olunmuş və barəsində İXM-nin 157 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yekun olaraq Şəxs Azərbaycan Respublikasının İXM 157 və 510-cu maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, Şəxs 11 iyun 2025-ci il tarixdə, saat 16:00-da 29-cu Polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, əvvəllər 70 nömrəli poçtun işçisi olmuşdur. X2 əməlləri nəticəsində işdən çıxarılmışdır. Məfkurə Allahverdiyeva ilə aralarında şəxsi münasibət zəmnində narazılıq olmuşdur. O iki dəfə həmin poçta daxil olsa da sonuncuya qarşı heç bir fiziki zorakılıq tətbiq etməmiş və onun sağlamlığına və bədəninə xəsarət yetirməmişdir, sadəcə üzünə su tökmüşdür və əlavə olaraq başqa vaxt onun üzərinə qələm atmışdır. X8 onun qonşusudur və ona qarşı heç bir təhqiredici ifadələr işlətməmişdir. İctimai asayişi pozmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, o, 70 nömrəli poçt şöbəsinin rəisidir. Həmin vəzifəyə təyin olunandan poçtun işçisi Şəxs işə vaxtında gəlməyərək əmək şəraiti qaydalarına əməl etməmişdir. Bu səbəbdən onun əmək müqaviləsinə xitam verilmişdir. 05 may 2025-ci il tarixdə Şəxs onunla aralarında sözügedən məsələ ilə bağlı yaranmış narazılıq və mübahisə fonunda emosional baxımdan gərgin bir vəziyyətdə ünvan 3 ünvanında yerləşən 70 saylı poçta yaxınlaşıb onun başına banderol ataraq ona fiziki təzyiq göstərmiş, bundan sonra 14 may 2025-ci il tarixdə yenidən poçta yaxınlaşaraq onun üz nahiyəsinə naməlum maye tökmüşdür. Üzərinə tökülən naməlum mayenin yer səthində qaynadığını görmüşdür. Bunun nəticəsində üzündən xəsarət almışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Şəxs onun qonşusudur. Şəxs daimi və davamlı olaraq uca səslə onun, onun valideynlərinin ünvanına küçəsi söyüşləri süymüşdür. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, Ü.Əkbərov küçəsində içtimai yerdə yəni küçədə onun ünvanınna onun, onun valideynlərinin ünvanına küçəsi söyüşləri süymüşdür. Şəxs barəsində məhkəmə qərarı ilə eyni əməllərə görə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmasına baxmayaraq sonuncu daimi analoji hərəkətlərinə davam edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin təhqiqatçısı Ədalət Abbasov tərəfindən Yasamal RPİ-nin 29-cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, zərərçəkmiş şəxs X4 19 may 2025-ci il tarixdə saat 11:29-da DİN-nin 102 xidmətinə zəng edərək, əvvəllər poçtda işləyən Kəmalə Yusubova adlı şəxsin ünvan 2 ünvanında 70 saylı poçta yaxınlaşıb onu təhqir etməsi və vətəndaşların bağlamlarma ziyan verməsini, sonra xx.xx.2025-ci il tarixdə yaxınlaşıb üzünə naməlum maye tökməsi nəticəsində gözünün zədə alması və ölümlə hədələdiyi barədə məlumat vermişdir. X4 həmin tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat təxminən 16 radələrində işdə olan zaman əvvəllər onunla birlikdə işləyən Şəxs içəri daxil olaraq üzərinə hücum çəkdiyini və üz nahiyyəsinə tərkibini bilmədiyi mayeni atdığını, üz və göz nahiyyəsində şiddətli ağrılar hiss etdiyini, qışqırıb kömək istədikdə qaçaraq poçtu tərk etdiyini bildirmiş və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində toplanmış HK-1/1734 nömrəli material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 6 ünvanında X1 nahiyəsinə tərkibi bilinməyən maye ataraq M.T.Allahverdiyevaya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bundan başqa Şəxs xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, Ü.Əkbərov küçəsində içtimai yerdə X5 ünvanına küçədə təhqir edici ifadələr işlətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1135/2025 saylı, 26 fevral 2025-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X14 xx.xx.2025-ci il tarixli 394 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol gözün üst göz qapağının epitel qatının soyulması ilə müşahidə olunan kiçik ölçülü qırmızımtıl rəngli sahəsi aşkar edilmişdir. Qeyd olunan sahə 14 may 2025-ci il tarixdə çilçıraqlardakı və aşındırıcı təsirə malik mayenin yerli təsirindən əmələ gələ bilməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi prosses iştirakçılarının izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin müəyyən edilməsi üçün sonuncu tərəfindən törədilməsi istinad edilən inzibati xətaları ayrı-ayrılıqda qiymətləndirmək qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməlidir. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, Şəxs X4 ilə aralarında yaranmış şəxsi münasibət zəmnində 14 may 2025-ci il tarixdə emosional baxımdan gərgin bir şəkildə ünvan 3 ünvanında yerləşən 70 saylı poçta yaxınlaşıb X2 üz nahiyəsinə naməlum maye tökmüş bundan sonra onun üzərinə banderol ataraq sonuncuya fiziki təzyiq göstərmişdir, bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə İXM-in 510-cu maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Hazırkı iş üzrə Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək, yəni 19 may 2025ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində içtimai yerdə X5 ünvanına küçədə təhqir edici ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun X3 fiziki ağrı yetirməməsi, bundan əlavə ictimai qaydanı pozmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Şəxs bu ifadəsi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlər ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi kimi halların, yəni İXM-in 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs qızının məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxsnu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəli 11 iyun 2025-ci il tarixdən saat 16:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 11 iyun 2025-ci il saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3906/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3906/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver