Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-391/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 21 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs MMC, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 307 nömrəli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolu, “Qanlı Göl” ərazisində 15.0 ha torpaq sahəsində tullantılar basdırmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 3(004)- 5928/2024 saylı qərarı ilə Şəxs AR İXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilinərək 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 3(103)-2783/2024 saylı qərarı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 3(004)- 5928/2024 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi, "xxxx" vəkil bürosunun vəkili Nümayəndə1 MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmadığını, məhkəməyə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin təqsirli olması ilə bağlı sübutlar təqdim edilmədiyini, şahidin adından akta təhrif olunmuş ifadələrin daxil edildiyini, orada torpaq sahəsində hamarlama işlərinin görüldüyünü, həmçinin həmin torpaq sahəsinin MMC-yə aid olması barədə heç bir sübutun olmadığını, belə olan halda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinin əsassız olduğunu qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Yeni Yasamal ərazisində olurmuş. Ona 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən gəlirlər demişlər, o da onlarla əlaqə saxlamış, daha sonra şirkət rəhbərliyinə demişdir ki, müəyyən sənədləri təqdim etmək lazımdır. Onun tərəfindən nümayəndələrə heç bir sənəd təqdim edilmədiyini, onlar tərəfindən tərtib edilmiş aktda qeyd olunan ifadənin ona aid olmadığını, yalnız onun tərəfindən həmin şəxslərə nömrə verildiyini, göstərilən hüquqi şəxslə sadəcə rəhbəri ilə qohumluq əlaqəsinin olduğunu və orada işləmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 307 nömrəli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolu, “Qanlı Göl” ərazisində 15.0 ha torpaq sahəsində tullantılar basdırmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2024-cü il tarixli, 87866 saylı aktdan görünür ki, Yasamal rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Xarici Dairəvi avtomobil yolu, “Qanlı Göl”ün ərazisində, avtomobil satışı bazarının şimal hissəsində tikinti-söküntü tullantılarının və torpaq kütləsinin tökülərək qalaqlanması, həmçinin tökülmüş torpaq kütləsinin bir hissəsinin dövlət qeydiyyat nömrə nişanı olmayan hamarlanma işlərində istifadə edilməsi faktı müəyyən edilmiş, araşdırma zamanı sözügedən 15.0 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli 307 nömrəli sərəncamı ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə Şəxs MMC-yə icarə əsasında ayrıldığı müəyyən edilmişdir. Həmçinin həmin akta MMC-nin nümayəndəsi kimi Adəm Umudovun da izahatı əlavə edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 20 aprel 2018-ci il tarixli, 307 nömrəli sərəncamdan görünür ki, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolu, “Qanlı Göl”ün ərazisində, avtomobil satışı bazarının şimal hissəsində yerləşən 15,0 ha torpaq sahəsində (icarə əsasında) yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, 11 saylı Bakı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 87866621 saylı akt əsasında Bakı şəhəri Yasamal RPl-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2024-cü ilin 05-10 oktyabr tarixlərində Şəxs MMC-yə məxsus Bakı şəhəri İH xx.xx.2018-ci il tarixli, 307 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolu, “Qanlı göl” ərazisində 15,0 ha torpaq sahəsinə Şəxs MMC tərəfindən tullantı tökülməsi faktı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyi sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hüquqi şəxs Şəxs əməlində AR CM-nin 266.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün sübutların olmadığı, iş üzrə lazımınca araşdırılma aparılmadığından, yəni MMC-nin təqsirinin sübuta yetirilmədiyindən MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-si tərəfindən verilmiş məktubdan da göründüyü kimi 2024-cü ilin 05-10 oktyabr tarixlərində Şəxs MMC-yə məxsus Bakı şəhəri İH xx.xx.2018-ci il tarixli, 307 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolu, “Qanlı göl” ərazisində 15,0 ha torpaq sahəsinə Şəxs MMC tərəfindən tullantı tökülməsi faktı aşkar edilmədiyi qeyd edilmiş, həmçinin məhkəmə iclasına şahid qismində dəvət edilərək dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2024-cü il tarixli, 87866 saylı aktda izahatı qeyd edilmiş Adəm Umudov da məhkəmə iclasında verdiyi izahatında qeyd edilən akta münasibətdə izahat vermədiyini, həmçinin MMC-nin nümayəndəsinin də həmin ərazinin məhz Şəxs MMC-yə aid olduğu ilə bağlı protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim edilmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iş materiallarında olan sübutların müqayisəli tədqiqi protokolda göstərilən inzibati xətanın məhz Şəxs MMC tərəfindən törədilməsinin, həmin ərazinin məhz MMC-yə aidiyyatının olmasının və bununla da Şəxs inzibati xətanın törədilməsində təqsirli olmasının sübuta yetirilmədiyinə dəlalət edir. Məhkəmə göstərilənləri ümumiləşdirərək “Hermes» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində AR İXM-nin 266.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyi qənaətinə gələrək MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsi ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində AR İXM-nin 129-cu maddəsində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-391/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-391/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver