Məhkəmə qərarları › İş №3(004)-3910/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3910/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3910/2024 15.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X18, X3 iştirakı ilə X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X16 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin gecə növbətçisi X11 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək onunla xx.xx.2024-cü il tarixdə gecə növbəsində olan GESKO ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə idarəsinin mühafizəçisi X17 arasında təxminən saat 20:00 radələrində münaqişə olmasını və nəticədə xəsarət aldığını bildirmişdir. Zərərçəkənin dediyinə görə hadisədən 2 saat sonar o, təcili yardıma və 29-cu PŞ-nə müraciət etmiş, təcili yardım onu xəstəxanaya aparılmışdır. İki mühafizəçi arasında baş vermiş münaqişə barədə hər iki mühafizəçi rəhbərliyə məlumatı xx.xx.2024-cü il tarixdə vermişlər. Hadisə zamanı digər hadisə şahidləri olmadığına görə iki mühafizəçi arasında olan bu hadisəsədən xx.xx.2024-cü il tarixdə zərərçəkənin müraciəti əsasında məktəb rəhbərliyinin məlumatı olub. xx.xx.2024-cü il tarixdə işə gələrkən məktəbin gecə növbətçisi Abdullayev Ələddinin harada olmasını GESKO ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə idarəsinin mühafizəçisi X1 o, xx.xx.2024-cü il tarixdə məktəbin qarşısındakı küçədə yaşayan qonşunun ailə üzvlərinin məktəbə hücum etdiklərini və onlarla aralarında münaqişə olduğunu bildirmiş, onunla Abdullaye Ələddin arasında olan dalaşma barədə heç nə ona bildirməmiş, o da bu məlumat əsasında qonşunun qeyri-qanuni hərəkətləri barədə dərhal Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Yasamal rayon Pİ-nin 29-cu PŞ-nə məktubla müraciət etmişdir. Münaqişənin ətraflı araşdırılması ilə bağlı Ələddin Abdullayev təsərrüfat işləri üzrə direktor müavini Daşqın Məlikov tərəfindən xx.xx.2024-cü il tarixdə məktəbə dəvət olunsa da, iş günü olmamasını bildirən Ələddin Abdullayev məktəbə gəlməmiş, iki mühafizəçi arasında dalaşma olduğunu rəhbərlikdən gizlətmişdir. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.6-cı maddəsində göstərilir: “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir". Gecə növbətçisi Ələddin Abdullayev xx.xx.2024-cü il tarixdə günortadan sonra məktəbə gələrək xəsarət alması ilə bağlı ona şifahi məlumat vermiş və onun tələbi ilə iki mühafizəçi arasında olan dalaşma ilə bağlı ərizə yazmışdır. Həmin gün bu barədə X13 Bakı şəhər İdarəsinə şifahi və yazılı məlumat verilmişdir. Lakin, Əmək Müfəttişliyində barəsində qərar qəbul edilərkən hər iki mühafizəçinin öz aralarına dalaşma faktının məktəb rəhbərliyindən gizlədilməsi halı nəzərə alınmamışdır. Bakı şəhər 5 nömrəli şəhər poliklinikasının X10 verdiyi SN 00008 seriyalı ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi” də xx.xx.2024-cü il tarixdən açılmışdır. Uzun sürən araşdırmadan sonra bağlı qapılar arxasında idarənin rəisi Rüfət Əliyev onun barəsində 15 iyul 2024-cü il tarixli 3-17-5/2-45958/2024 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul etmiş və bu qərarı müavini Sadiq Əliyev vasitəsilə idarənin 1-ci mərtəbəsində ona elan edilmişdir. İki mühafizəçi arasında olan bu münaqişə Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-də araşdırılmış və xx.xx.2024-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində göstərilir: "Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin gecə növbətçisi X11 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək onunla xx.xx.2024-cü il tarixdə gecə növbəsində olan GESKO ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə idarəsinin mühafizəçisi X17 arasında təxminən saat 20:00 radələrində münaqişə olmasını və nəticədə xəsarət aldığını bildirmişdir. Zərərçəkənin dediyinə görə hadisədən 2 saat sonar o, təcili yardıma və 29-cu PŞ-nə müraciət etmiş, təcili yardım onu xəstəxanaya aparılmışdır. İki mühafizəçi arasında baş vermiş münaqişə barədə hər iki mühafizəçi rəhbərliyə məlumatı xx.xx.2024-cü il tarixdə vermişlər. Hadisə zamanı digər hadisə şahidləri olmadığına görə iki mühafizəçi arasında olan bu hadisəsədən xx.xx.2024-cü il tarixdə zərərçəkənin müraciəti əsasında məktəb rəhbərliyinin məlumatı olub. xx.xx.2024cü il tarixdə işə gələrkən məktəbin gecə növbətçisi Abdullayev Ələddinin harada olmasını GESKO ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə idarəsinin mühafizəçisi X1 o, xx.xx.2024-cü il tarixdə məktəbin qarşısındakı küçədə yaşayan qonşunun ailə üzvlərinin məktəbə hücum etdiklərini və onlarla aralarında münaqişə olduğunu bildirmiş., onunla Abdullaye Ələddin arasında olan dalaşma barədə heç nə mənə bildirməmiş, mən də bu məlumat əsasında qonşunun qeyri-qanuni hərəkətləri barədə dərhal Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Yasamal rayon Pİ-nin 29-cu PŞ-nə məktubla müraciət etmişəm. Münaqişənin ətraflı araşdırılması ilə bağlı Ələddin Abdullayev təsərrüfat işləri üzrə direktor müavini Daşqın Məlikov tərəfindən xx.xx.2024-cü il tarixdə məktəbə dəvət olunsa da, iş günü olmamasını bildirən Ələddin Abdullayev məktəbə gəlməmiş, iki mühafizəçi arasında dalaşma olduğunu rəhbərlikdən gizlətmişdir. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.6-cı maddəsində göstərilir: “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir". Gecə növbətçisi Ələddin Abdullayev xx.xx.2024-cü il tarixdə günortadan sonra məktəbə gələrək xəsarət alması ilə bağlı mənə şifahi məlumat vermiş və mənim tələbimlə iki mühafizəçi arasında olan dalaşma ilə bağlı ərizə yazmışdır. Həmin gün bu barədə X13 Bakı şəhər İdarəsinə şifahi və yazılı məlumat verilmişəm. Lakin, Əmək Müfəttişliyində barəmdə qərar qəbul edilərkən hər iki mühafizəçinin öz aralarına dalaşma faktının məktəb rəhbərliyindən gizlədilməsi halı nəzərə alınmamışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X26 protokolu müdafiə etmiş, həmçinin X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən X9 xəbərdar olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X11 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə növbəsində olan GESKO ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə idarəsinin mühafizəçisi X17 ilə aralarında təxminən saat 20:00 radələrində münaqişə olmmuş və nəticədə xəsarət almışdır. Hadisədən 2 saat sonra o, təcili yardıma və 29-cu PŞ-nə müraciət etmişdir. Rəhbərliyə isə xx.xx.2024-cü il tarixdə xəsarət almağı ilə bağlı məlumat vermişdir. Sədrlik edənin sualına cavab olaraq X11 rəhbərliyin xx.xx.2024-cü il tarixdə münaqişə ilə bağlı hadisədən xəbəri olduğunu, lakin həmin vaxt xəsarəti ilə bağlı məlumat vermədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X21 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri üzrə Təhsil idarəsi Bakı şəhəri 52 nömrəli tam orta məktəbin işçisi X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən X16 tərəfindən X19 Xidmətinə hadisə baş verdiyi gün məlumat verilməmiş, nəticədə X16 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, həmçinin X16 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 1300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir; Bakı şəhəri üzrə Təhsil İdarəsinin 52 №li tam orta məktəbinin direktoru Qabil Nəsibov tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Tural Nəzərova ünvanlanmış 25 aprel 2024-cü il tarixli 145 nömrəli məlumatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 207 ünvanda yerləşən M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbdə 24 aprel 2024-cü il tarixdə saat 20:00 radələrində məktəbin gecə növbətçisi X11 ilə "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə təşkilatının mühafizəçisi X17 arasında münaqişə olmuşdur. İlkin məlumata görə münaqişə məktəbin giriş qapısı ilə üzbəüz, evdə yaşayan Zeynalov Məmmədağanın məktəbin həyətinə iti ilə birlikdə özbaşına daxil olması və mühafizəçi Vüqar Xəlilov tərəfindən həyəti tərk etməsi tələbinə rədd cavabı verməsi ilə başlamışdır. Zeynalov Məmmədağa məktəbin həyətindən çıxmış, sonra isə qızı Vüsalə ilə birlikdə yenidən məktəbin hasarından aşaraq mühafizəçinin üzərinə hücum etmişlər. Sonda münaqişə iki mühafizəçi arasında davam etmişdir. Məlumat üçün bildirilmişdir ki, vətəndaş Zeynalov Məmmədağa və qızı Vüsalə dəfələrlə məktəbin texniki işçilərinin üzərinə hücum etmiş, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilmişdir. X20 və qızı Vüsalə qeyri-qanuni əməllərindən əl çəkmirlər. Adları qeyd edilən şəxslərin məktəbin həyətinə özbaşına daxil olmalarının və işçiləri qeyri-qanuni hərəkətlərə sövq etmələrinin qarşısının alınmasında rəhbərliyə köməklik edilməsi xahiş edilmişdir; Bakı şəhəri üzrə Təhsil İdarəsinin 52 №li tam orta məktəbinin direktoru Qabil Nəsibov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X19 Xidmətinə ünvanlanmış 26 aprel 2024-cü il tarixli, 147 nömrəli məktubdan görünür ki, M.İ.Cuvarlinsi adına 52 №-li tam orta məktəbin gecə növbətçisi X11 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xəsarət aldığını bildirmişdir. Ələddin Abdullayev ərizəsində göstərir ki, xx.xx.2024- cü il tarixdə növbədə olarkən təxminən saat 20:00 radələrində onunla birlikdə həmin gün növbədə olan GESKO ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə idarəsinin mühafizəçisi X17 ilə arasında mübahisə olmuş və nəticədə dediyinə görə xəsarət almışdır. Hadisədən 2 saat sonra o, təcili yardıma və 29-cu PŞ- nə müraciət etmiş, təcili yardımla xəstəxanaya aparılmışdır. xx.xx.2024-cü il tarixdə iki növbətçi arasında gecə baş vermiş mübahisənin araşdırılması ilə bağlı Yasamal rayon Pİnin 29-cu PŞ-nə məktəb rəhbərliyi adından rəsmi məktub göndərilmişdir. Eyni zamanda bildirir ki, təsərrüfat işləri üzrə direktor müavini X25 Abdullayevi xx.xx.2024-cü il tarixdə hadisə ilə bağlı məktəbə dəvət etsə də, o polikilinikaya müayinəyə gedəcəyini və xx.xx.2024-cü il tarixdə növbəyə gələrkən ərizə yazacağını bildirmiş və xx.xx.2024-cü il tarixdə məktəbə gələrək xəsarət alması ilə bağlı yazılı müraciət etmişdir. Həmin gün bu barədə X15 şifahi və yazılı məlumat verilmişdir; İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, M.İ.Cuvarlinsi adına 52 №-li tam orta məktəbdə xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində gecə növbətçisi X11 ilə GESKO ASC-nin mühafizəçisi arasında dalaşma faktına görə X11 xəsarət almışdır. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 52 №li tam orta məktəbinin direktoru Qabil Nəsibov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X19 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevə ünvanlanmış 14 may 2024-cü il tarixli, 164 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə məktəbin kargüzarlığına daxil olmuş sizin 317-5/224857/2024 nömrəli 30 aprel 2024-cü il tarixli məktubunuza cavab olaraq bildirilir ki, M.İ.Cuvarlinsi adına 52 №-li tam orla məktəbin gecə növbətçisi X11 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək onunla xx.xx.2024-cü il tarixdə gecə növbəsində olan GF.SKO ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə idarəsinin mühafizəçisi X17 arasında təxminən saat 20:00 radələrində münaqişə olmasını və nəticədə xəsarət aldığını bildirmişdir. Zərərçəkənin dediyinə görə hadisədən 2 saat sonra o, təcili yardıma və 29-cu PŞ-nə müraciət etmiş, təcili yardımla xəstəxanaya aparılmışdır. xx.xx.2024-cü il tarixdə növbətçilər arasında gecə baş vermiş mübahisənin araşdırılması ilə bağlı Yasamal rayon Pİ-nin 29-cu PŞ-nə məktəb rəhbərliyi adından rəsmi məktub göndərilmiş, münaqişənin ətraflı öyrənilməsi ilə bağlı Ələddin Abdullayev təsərrüfat işləri üzrə direktor müavini Daşqın Məlikov tərəfindən xx.xx.2024-cü il tarixdə məktəbə dəvət olunmuşdur. İş günü olmadığını və polikilinikaya müayinəyə gedəcəyini bildirən Ələddin Abdullayev xx.xx.2024-cü il tarixdə növbəyə gələrkən ərizə yazacağını bildirmiş və xx.xx.2024-cü il tarixdə günortadan sonra məktəbə gələrək xəsarət alması ilə bağlı müraciət etmişdir. Həmin gün bu barədə X15 şifahi və yazılı məlumat verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, X7 döyərək İnzibati xətaya yol vermiş X17 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılaraq qərarın sürəti icra edilməsi üçün aidiyyəti əməkdaşa həvalə edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi, toplanmış materialın saxlanılması üçün Yasamal RPİ-nin 29-cu PŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 52 №li tam orta məktəbinin direktoru Qabil Nəsibov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X19 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevə ünvanlanmış 20 iyun 2024-cü il tarixli, 190 nömrəli məktubdan görünür ki, sizin 3-17-5/2-35746/2024 nömrəli 06 iyun 2024-cü il tarixli məktubunuza cavab olaraq bildirilir ki, M.İ.Cuvarlinsi adına 52 №-li tam orta məktəbin gecə növbətçisi X11 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək onunla xx.xx.2024-cü il tarixdə gecə növbəsində olan GESKO ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə idarəsinin mühafizəçisi X17 arasında təxminən saat 20:00 radələrində münaqişə olmasını və nəticədə xəsarət aldığını bildirmişdir. Zərərçəkənin dediyinə görə hadisədən 2 saat sonra o, təcili yardıma və 29-cu PŞ-nə müraciət etmiş, təcili yardımla xəstəxanaya aparılmışdır. xx.xx.2024-cü il tarixdə növbətçilər arasında gecə baş vermiş mübahisənin araşdırılması ilə bağlı Yasamal rayon Pİ-nin 29-cu PŞ-nə məktəb rəhbərliyi adından rəsmi məktub göndərilmiş, münaqişənin ətraflı öyrənilməsi ilə bağlı Ələddin Abdullayev təsərrüfat işləri üzrə direktor müavini Daşqın Məlikov tərəfindən xx.xx.2024-cü il tarixdə məktəbə dəvət olunmuşdur. İş günü olmadığını və polikilinikaya müayinəyə gedəcəyini bildirən Ələddin Abdullayev xx.xx.2024-cü ıl tarixdə növbəyə gələrkən ərizə yazacağını bildirmiş və xx.xx.2024-cü il tarixdə günortadan sonra məktəbə gələrək xəsarət alması ilə bağlı müraciət etmişdir. Həmin gün bu barədə X15 şifahi və vazılı məlumat verilmiş, sonrakı günlərdə hadisə ilə bağlı digər sənədlər də təqdim edilmişdir. 26 aprel 2024-cü il tarixli hadisə yerinə baxış aktından görünür ki, gecə növbətçisi X12 ilə "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə təşkilatının mühafizəçisi X17 arasında xx.xx.2024-cü il tarixdə vəzifə funksixalarım yerinə yetirən zaman münaqişə olmuş və dalaşmışlar. Məktəbin gecə növbətçisi Ələddin Abdullayevin dalaşma nəticəsində xəsarət alması ilə bağlı verdiyi məlumat əsasında dalaşma verinə baxış keçirdik və aşağıdakılar müəyyən edilmişdir: Hadisə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 207 ünvanda yerləşən M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbdə 24 aprel 2024-cü il tarixdə saat 20:00 radələrində məktəbin gecə növbətçisi X11 ilə "GESCO” ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə təşkilatının mühafizəçisi X17 arasında münaqişə nəticəsində olmuşdur. İlkin məlumata görə münaqişə məktəbin giriş qapısı ilə üzbəüz evdə yaşayan Zeynalov Məmmədağanın məktəbin həyətinə ili ilə birlikdə özbaşına daxil olması və mühafizəçi Vüqar Xəlilov tərəfindən həyəli tərk etməsi tələbinə rədd cavabı verməsi ilə başlamışdır. Zeynalov Məmmədağa məktəbin həyətindən çıxmış, sonra isə qızı Vüsalə ilə birlikdə yenidən məktəbin hasarından aşaraq mühafizəçinin üzərinə hücum etmişlər. Sonda münaqişə həyətə daxil olmuş kənar şəxsin çıxarılması ilə bağlı darvazanın açılıb-açılmamsı ilə bağlı olaraq iki mühafizəçi arasında davam etmişdir. Hadisə iki mühafizəçi arasında olmuş və həmin saatda şahidlər olmamışdır. xx.xx.2024-cü il tarixində iki mühafizəçi arasında baş vermiş münaqişə ilə bağlı gecə növbətçisi Abdullayev Ələddin xx.xx.2024-cü il tarixdə məktəbə dəvət olunmasına baxmayaraq iş günü olmadığını bəhanə gətirərək məktəb rəhbərliyinin göstərişinə əməl etməmiş və yalnız xx.xx.2024-cü il tarixdə məktəbə gələrək hadisə barədə məlumat vermişdir. Hadisə yerində məktəbə hər hansı ziyan dəyməmişdir. Qərara alınmışdır ki, gecə növbətçisi Abdullavev Ələddinin xəsarət alması ilə bağlı verdivi ilkin məlumat əsasında X19 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilsin. Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, X8 onurğanın bel-omba şöbəsinin kapsul bağ aparatının gərilməsi diaqnozu qoyulduğu üçün o, xx.xx.2024-cü il tarixdən işdən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X19 Xidmətinin Bakı şəhər idarəsi yerli bölməsinə (və ya birbaşa X19 Xidmətinin Bakı şəhər idarəsi aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X19 Xidməti həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərara əsasən Bakı şəhəri üzrə Təhsil idarəsi Bakı şəhəri 52 nömrəli tam orta məktəbin işçisi X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən X16 tərəfindən X19 Xidmətinə hadisə baş verdiyi gün məlumat verilməmiş, nəticədə X16 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, həmçinin X16 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 1300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinin tərkib əlamətlərinin yaranması üçün istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsi əsas şərt kimi çıxış edir. Lakin şikayətçinin və şahidin izahatlarından, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, X11 tərəfindən xx.xx.2024-cü il tarixdə hadisə barədə rəhbərliyə məlumat verilən kimi bədbəxt hadisə haqqında akt tərtib olunmuşdur. İlkin olaraq məhkəmə qeyd edir ki, hadisə ilə bağlı Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə məhkəmə nəzərə çatdırır ki, İXM-nin 555.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, hadisə barədə işəgötürənin məlumatı olan gün X19 Xidmətinə bu barədə məlumat vermişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 555.1-ci maddəsinin dispozisiyasında məsuliyyət istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə nəzərdə tutulmuşdur. Göründüyü kimi Bakı şəhəri üzrə Təhsil idarəsi Bakı şəhəri 52 nömrəli tam orta məktəbin direktoru X16 tərəfindən bədbəxt hadisənin baş verməsi barədə səlahiyyətli orqana məlumat verilmişdir. Aktın göndərilməsi və bədbəxt hadisənin baş verməsi faktları proses iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Bu işin mübahisəsiz hallarıdır. Göründüyü kimi hadisənin hadisənin baş verməsi ilə bağlı səlahiyyətli orqana məlumat verilmişdir. Həmcinin onuda vurğulamaq vacibdir ki, İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarında bədbəxt hadisələrin dairəsi müəyyən edilmişdir ki, hazırki baxılan işdə X11 "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə təşkilatının mühafizəçisi X17 arasında münaqişə səbəbindən işçinin xəsarət alması istehsalatda baş verən bədbəxt hadisə hesab olunmur. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri üzrə Təhsil idarəsi Bakı şəhəri 52 nömrəli tam orta məktəbin işçisi X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən X16 tərəfindən X19 Xidmətinə hadisə baş verdiyi gün məlumat verilməməsi onun təqsirindən olduğu sübuta yetirilməmiş, lakin buna baxmayaraq X11 "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən mühafizə təşkilatının mühafizəçisi X17 arasında münaqişə səbəbində xəsarət alınması istehsalatda baş verən bədbəxt hadisə hesab olunmadığından şikayət təmin edilməli, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Bakı şəhəri üzrə Təhsil idarəsi Bakı şəhəri 52 nömrəli tam orta məktəbin direktoru X9 barəsində qəbul edilmiş 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsaəsən xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 şikayəti təmin edilsin. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsaəsən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar