Məhkəmə qərarları › İş №3(004)-3911/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3911/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3911/2024 10.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs (tələbkar) X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Rusiya Federasiyasının, Volqoqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(086)-1737/2020 saylı icra sənəddinin icrası ilə bağlı borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. 02 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(086)- 1737/2020 saylı icra sənədinə əsasən X13 azad edildiyi dövr üçün əmək haqqı ödənilməklə əvvəlki işinə bərpa edilməlidir. İcra sənədi borclu qurum tərəfindən icra olunmur. Bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin protokola əlavədən görünür ki, Şirvan İnzibati Məhkəməsinin 2-1 (086)- 1737/2019 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X13 işdən azad edildiyi dövr üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Lənkəran rayon Məşğulluq Mərkəzinin "İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoruna məsləhətçi vəzifəsinə işə bərpa edilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və tələbin könüllü icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Lənkəran rayon Məşğulluq Mərkəzinə müraciət olunmuş, alınmış cavab məktubunda E.İsmayılova X7 14 saylı Ərazi Məşğulluq Filialında aparıcı mütəxəssis vəzifəsi təklif edildiyi, lakin onun təklifdən imtina etdiyi bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib edildiyi, daha sonra isə onun filiala dəvət olunduğu, lakin gəlməkdən imtina etdiyi, həmçinin məcburi iş buraxmaya görə ona 7092.06 manat ödəniş olunduğu bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq sözügedən icra sənədi "İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.5-ci maddəsinin tələblərinə əsasən xx.xx.2021-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. Sözügedən qərar iş üzrə tələbkarın şikayətı əsasında Şirvan Apellyasiya Məhkəməsinin 8-1(106)-1/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən ləğv olunmuş və xx.xx.2023-cü il tarixdə qeyd olunan icra sənədi yenidən icra olunması üçün şöbəyə daxil olmuşdur. Bundan sonra iş üzrə tələbkar xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli ərizələrlə icra şöbəsinə müraciət edərək icra sənədinə izah verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsini xahiş etmiş bundan əlavə icra məmurundan və icra şöbəsindən heç bir şikayətinin olmadığını bildirmişdir. Daha sonra məlum olmuşdur ki, iş üzrə tələbkar icra sənədinə izah verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olan Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-479/2020 saylı xx.xx.2023cü il tarixli qərardadına əsasən iddiaçı X1 qətnaməyə izah verilməsi ilə bağlı ərizəsi təmin edilməmişdir. Bildiririk ki, bundan sonra xx.xx.2024-cü il tarixdə icra məmuru iş üzrə tələbkarın iştrakı ilə borclu qurumun inzibati binasında görüş keçirmişdir. Bununla bağlı qeyd olunur ki, tələbkar E.İsmayılova Nazirliyin tabeliyində X7 X9 filialının İşsiz şəxslərlə iş şöbəsində vakant mütəxəssis-karyera məsləhətçisi vəzifəsi təklif olunmuş, lakin E.İsmayılov təklif olunan vəzifədən imtina etmişdir. Bu barədə müvafiq akt tərtib olunmuşdur. İcra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən icra sənədinə izah verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizə baxılması üçün məhkəməyə göndərilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-479/2020 saylı xx.xx.2024-cü il qərardadına əsasən icra məmurunun ərizəsi təmin olunmuşdur. İzah verilmişdir ki, X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında yaradılmış X7 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialında (X4 filialı) işə bərpa olunmalı, ona iş buraxma dövrünə görə ödənilmiş 7092 manat məbləğ onun işdən çıxarıldığı gündən xx.xx.2020-ci il tarixədək ödənilməli məbləğ olduğundan ona işburaxmaya görə ödənilməli məbləğin qalan hissəsi xx.xx.2020-ci il tarixədək ödənilməli məbləğ olduğundan ona işburaxmaya görə ödənilməli məbləğin qalan hissəsi xx.xx.2020ci il tarixdən işə bərpa olunduğu günə qədər hesablanaraq ödənilməlidir. Bunula bağlı tərəfimizdən xx.xx.2024-cü il tarixdə borclu quruma icra sənədinin icrasının verilmiş izaha uyğun icra olunması üçün müraciət olunmuşdur. Cavabdeh qurum tərəfindən şöbəyə ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunda izahla bağlı qərardaddan Ali Məhkəməyə şikayət verildiyi bildirilmişdir. Bundan sonra məlum olmuşdur ki, yuxarıda qeyd olunan qərardaddan verilən şikayət Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)- 479/2020 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən geri qaytarılmışdır. xx.xx.2024cü il tarixdə tərəfimizdən yenidən cavabdeh quruma müraciət olunmuş, icra sənədinin icrasının təmin olunması tələb olunmuş, həmçinin icra sənədi icra olunmadıqda Nazirliyin vəzifəli şəxsi barədə inzibati protokol tərtib olunacağı bildirilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə hazırda barəsində protokol tərtib olunan vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7İnsan resursları departamentinin müdiri Şəxs icra sənədinin tələbini təmin etmədiyi təqdirdə barəsində inzibati xəta haqqında protokolun tərtib olunaçağı barədə xəbərdarlıq məktubu ünvanlanmışdır. Qeyd olunanlara baxmayaraq iş üzrə tələbkarın icra sənədi üzrə tələbi təmin olunmamış və aparılmış danışıqlara baxmayaraq borclu qurum tərəfindən E.İsmayılovun işə bərpa olunması və ona məcburi işburaxmaya görə ödənilməli pul vəsaitinin ödənilməsi təmin olunmamışdır. Bu isə öz növbəsində tələbkarın haqlı şikayətlərinə səbəb olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X19 resursları departamentinin müdiri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələssinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(086)-1737/2020 nömrəli icra vərəqəsindən görünür ki, iddiaçı X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(106)-479/2020 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1737/2019 nömrəli qərarı ləğv edilmişdir. İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixli, **********5 nömrəli əmrin ləğv edilməsi, daimi qulluğa qəbul olunmaqla əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********5 nömrəli əmri ləğv edilmişdir. İddiaçı X13 işdən azad edildiyi dövr üçün əmək haqqi ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Lənkəran rayon Məşğulluq Mərkəzinin “İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoruna məsləhətçi vəzifəsinə işə bərpa edilməsi qərara alınmışdır. İcra sənədi üzrə icraata 11 iyun 2021-ci il tarixli qərarla başlanılmışdır. Buna baxmayaraq, cavabdeh icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan sonra onları mürəciəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-479/2020 saylı xx.xx.2024-cü il qərardadı ilə X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında yaradılmış X7 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialında (X4 filialı) işə bərpa olunması, ona iş buraxma dövrünə görə ödənilmiş 7092 manat məbləğ onun işdən çıxarıldığı gündən xx.xx.2020-ci il tarixədək ödənilməli məbləğ olduğundan ona işburaxmaya görə ödənilməli məbləğin qalan hissəsi xx.xx.2020ci il tarixdən işə bərpa olunduğu günə qədər hesablanaraq ödənilməsi qərara alınmışdır. Hazırda cavabdeh icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-479/2020 saylı xx.xx.2024-cü il qərardadından verilmiş kassasiya şikayəti ilə bağlı qəbul ediləcək yekun məhkəmə aktı icra vərəqəsinin tam şəkildə həllinə əhəmiyyətli təsir edə bilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs nümayəndəsi və vəkili “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(086)-1737/2020 saylı qərarlarından məlumatlıdır. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-479/2020 saylı xx.xx.2024-cü il qərardadından kassasiya şikayəti verilmiş və iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Ona görə də X2 tərəfindən irəli sürülən tələblər və icra məmuru tərəfindən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Göstərilənlərin nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs hərəkətlərində inzibati xəta tərkibinin olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X2 Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(086)-1737/2020 saylı icra vərəqəsini tam şəkildə icra olunmasını tələb etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(086)-1737/2020 nömrəli icra vərəqəsindən görünür ki, iddiaçı X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(106)-479/2020 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1737/2019 nömrəli qərarı ləğv edilmişdir. İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixli, **********5 nömrəli əmrin ləğv edilməsi, daimi qulluğa qəbul olunmaqla əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********5 nömrəli əmri ləğv edilmişdir. İddiaçı X13 işdən azad edildiyi dövr üçün əmək haqqi ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Lənkəran rayon Məşğulluq Mərkəzinin “İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoruna məsləhətçi vəzifəsinə işə bərpa edilməsi qərara alınmışdır. İcra sənədi üzrə icraata 11 iyun 2021-ci il tarixdə başlanılmış və həmin tarixdə borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxsna tələbin könüllü icrası haqqında bildirişin təqdim edilərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(086)-1737/2020 nömrəli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-479/2020 saylı xx.xx.2024-cü il qərardadından görünür ki, İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixli, **********5 saylı əmrin ləğv edilməsi, daimi qulluğa qəbul olunmaqla əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2-1(106)-479/2020 saylı qərarının izah edilməsi barədə Yasamal Rayon İcra Şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev tərəfindən verilmiş müraciət təmin edilmişdir. İzah edilsin ki, X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında yaradılmış X7 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialında (X4 filialı) işə bərpa olunmalı, ona iş buraxma dövrünə görə ödənilmiş 7092 manat məbləğ onun işdən çıxarıldığı gündən xx.xx.2020-ci il tarixədək ödənilməli məbləğ olduğundan ona işburaxmaya görə ödənilməli məbləğin qalan hissəsi xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2805/2024 saylı bildirişindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-479/2020 saylı xx.xx.2024-cü il qərardadından verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli 2-1(086)-1737/2020 saylı icra vərəqəsinə əsasən iddiaçı X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(106)-479/2020 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1737/2019 nömrəli qərarı ləğv edilmişdir. İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixli, **********5 nömrəli əmrin ləğv edilməsi, daimi qulluğa qəbul olunmaqla əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********5 nömrəli əmri ləğv edilmişdir. İddiaçı X13 işdən azad edildiyi dövr üçün əmək haqqi ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Lənkəran rayon Məşğulluq Mərkəzinin “İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoruna məsləhətçi vəzifəsinə işə bərpa edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-479/2020 saylı xx.xx.2024cü il qərardadına əsasən iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixli, **********5 saylı əmrin ləğv edilməsi, daimi qulluğa qəbul olunmaqla əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2-1(106)-479/2020 saylı qərarının izah edilməsi barədə Yasamal Rayon İcra Şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev tərəfindən verilmiş müraciət təmin edilmişdir. İzah edilmişdir ki, X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında yaradılmış X7 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialında (X4 filialı) işə bərpa olunmalı, ona iş buraxma dövrünə görə ödənilmiş 7092 manat məbləğ onun işdən çıxarıldığı gündən xx.xx.2020-ci il tarixədək ödənilməli məbləğ olduğundan ona işburaxmaya görə ödənilməli məbləğin qalan hissəsi xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər hesablanaraq ödənilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin 2- 1(106)-479/2020 saylı xx.xx.2024-cü il qərardadından kassasiya şikayəti verilmiş və həmin iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Bütün qeyd edilənlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(086)-1737/2020 saylı icra sənədlərinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 İnsan resursları departamentinin müdiri Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən tərtib olunmuş 04 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar