Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3912/2024 13.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 mübahisələndirdiyi Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3693/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ləğv edilmiş qərarla bağlı məhkəməyə müraciət edildiyindən (artıq mübahisələndirildiyindən) həmin müraciətə baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3912/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3912/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver